GÜLYAZ ƏLIYEVA (1957-2011)



Gülyaz Əliyeva 1957-ci ilin gözəl bir payız günü Kaspi rayonunun Ağayanı kəndində dünyaya göz açıb.
Ədəbiyyata, sənətə və ədəbi yaradıcılığa bağlılıq onu A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə gətirib çıxardıb.
O, 1976-cı ildə bu institutu Fərqlənmə diplomu ilə başa vurub və bir müddət həmin təhsil ocağında Azərbaycan ədəbiyyatından dərs deyib.
O, eyni zamanda Azərbaycan Elmlər Akademiyasının Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutunun aspirantı olub.
2000-ci ildə o, Gürcüstan radiosunun birinci kanalının xarici ölkələr üzrə yayım departamentinin Azərbaycandilli redaksiyasında aparıcı redaktor vəzifəsində çalışıb.
Gülyaz Əliyeva 2003-2004-cü illərdə Gürcüstan İctimai Televiziyasında Azərbaycandilli regional informasiya proqramının redaktoru vəzifəsində də işləyib.
2005-2009-cu illərdə Türkiyənin Dövlət radiosunun “Türkiyənin səsi” proqramında gürcü dilində gedən verilişlərin Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində işləyib.
O, eyni zamanda Tiflis Siyasi Akademiyasında mühazirələr oxuyub.
G.Əliyeva daha sonra 2008-ci ilə kimi Gürcüstan İctimai Televiziyasının “Moambe” (“Xəbərlər”) informasiya proqramının Azərbaycan dili üzrə verilən xəbərlər proqramının redaktoru olub.
2008-ci ildən sonra təsis olunan “Gürcüstan Azərbaycanlıları Konqresi” təşkilatının nəzdində nəşr olunan “Gürcüstan Azərbaycanlıları” qəzetinin, 2010-cu ildə yenə həmin təşkilatın keçirilən ikinci qurultayından sonra qəzetin adı dəyişdirildikdən sonra “Konqres” adı ilə nəşr olunan mətbu orqanın baş redaktoru seçilib.
Gülyaz Əliyeva həm də 2010-cu ildə elmi-texnoloji yeniliklərdən yazan “Junyor- Azərbaycan” jurnalının müxbiri olub. Azərbaycan, gürcü, rus və
türk dillərini bilirdi.
2011-ci ilin noyabrın 8-də Tifl isdə vəfat edib.
Allah rəhmət eləsin!...

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: