avqustun 8-də Qardabani rayonunun Soğanlıq (indiki Poniçala) kəndində anadan olub.
O, 1965-ci ildə kənd orta məktibin birinci sinfinə daxil olub və 1975-ci ildə orta məktəbi başa vurub.
A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı, gürcü dili və ədəbiyyatı fakültəsinə daxil olaraq 1980-ci ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirib.
Gürcü dilini azərbaycanlı şagirdlərə öyrətmək üçün Marneuli rayonunun Təzəkənd və Hacıisə kənd məktəblərinə müəllim təyin olunub.
Sonra Soğanlıq orta məktəbinə dəvət alıb və məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.
1981-1991-ci ilə qədər bu vəzifədə çalışan Abay Paşayev ailə vəziyyəti ilə əlaqədar olaraq məktəbdən ayrılıb.
A. Paşayev daha sonra Qardabani rayonunun Qaratəhlə və Ağtəhlə ictimai məktəblərində gürcü dili müəllimi işəyib.
2002-ci ildən Gürcüstan Təhsil və Elm Nazirliyinin Kvemo Kartli bölgəsinin məktəblər idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
O, 2003-cü ilin sonuna qədər bu vəzifədə Azərbaycan dilli məktəblərin koordinatoru olub.
Kvemo Kartli bölgəsi üzrə məktəblər idarəsi ləğv edildikdən sonra Abay Paşayev Rustavi şəhər Təhsil Ehtiyat Mərkəzində metodist vəzifəsində çalışıb.
O, 2006-cı ilin dekabr ayından “Yeniləşmiş məktəb” qəzetini, 2008-ci ilin oktyabr ayından isə “Təhsil” qəzetini nəşr etdirir.
Hal-hazırda 2000 nəfər abunəçi müəllimi olan “Təhsil” qəzeti səhifələrində müəllimlərin uğurla fəaliyyət göstərməsi üçün zəruri olan metodiki və praktiki istiqamətlər təqdim edilir. Qəzetin səhifələrində həmçinin ölkədaxili qanunlar, hüquqi və normativ sənədlər, Gürcüstan Elm və Təhsil Nazirliyinin rəsmi sənədləri tərcümə edilərək müəllimlərə çatdırılır.
Abay Paşayev həm də “Gürcüstan azərbaycanlılarının vətəndaş inkişaf mərkəzi” adlı QHT-nin sədridir.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.