İlyas Əfəndi VƏFALI (1960)

İlyas Əfəndi VƏFALI (1960) Mən Borçalı balasıyam

Borçalıda doğulmuşam anadan,
Ehram çalıb ilk laylamı binadan.
Yaxşı bilir yeri-göyü yaradan,
Bu diyarın öz baharı, yazı var.

Dastan yatır qayasında, daşında,
Qar görünər dağlarının başında.
Tarix desin nəçə əsr var yaşında,
Onu billəm dünya qədər azı var.

Bu diyarı qarış-qarış gəzmişəm,
Çəmənindən lalə, nərgiz üzmüşəm,
Gah gizlincə, gah da aşkar süzmüşəm,
Hər gözəlin öz işvəsi, nazı var.

Dağlarının dumanına büründüm,
Gah ətəkdə, gah zirvədə göründüm.
Kəkliklərin dalısınca süründüm,
Göllərində ördək gördüm, qazı var.

Tükənməzdir torpağının sərvəti,
Günü-gündən hey ucalır şöhrəti.
Dünyamıza bəlli olan qeyrəti,
Neçə-neçə mərd oğulu, qızı var.

Bu torpağın övladıdır Nəriman,
Dahi xadim, ədib, loğman, O, insan.
Kəm baxmayıb bu diyara Yaradan,
Həm şairi, həm alimi, sazı var.

Bil Borçalı balasıdı bu, İlyas,
Çiçəklənib ömrü olub bahar-yaz.
De susarmı, köksündəki telli saz,
Qismət adlı qədəri var, yazı var.


GÖRMƏDİM

Çox gözəllər gördüm mən bu dünyada,
Bu cür gözəl lalə yanaq görmədim.
Bu gözəlin gözəlliyi bir aləm
Bu cür gözəl mən ağ buxaq görmədim.

Gözəlliyi təbiidi özündən,
Mən baxdıqca doymayıram gözündən.
Danışdıqca bal süzülür sözündən,
Bu cür gözəl mən bal dodaq görmədim.

Canım alır onun ceyran yerişi,
Bir aləmdi təbəssümü , gülüşü.
Dürr- mərcandı ağızında hər dişi,
Bu cür gözəl mən Ay qabaq görmədim.

İlyas deyər gözəllikdə ceyrandı,
Onu görən min könüldən heyrandı.
Canım ona sadağadı, qurbandı,
Bu cür gözəl ləbi qaymaq görmədim.
16.09.2020.


Sən mənim hər şeyim

Elə bağanmışam sənə gözəlim,
İnan, ovsunundan çıxa bilmirəm.
Surətin gözümə həkk olunubdu
Başqa gözəllərə baxa bilmirəm.

O qədər doğmasan, mənə əzizsən,
Köksümdə döyünən sanki ürəksn.
O qədər nəcibsən, safsan, təmizsən,
Sən mənim gözümdə huri, mələksən.

Axı necə doyum şirinsən şirin,
Mənə də pay düşüf şirinliyindən.
Baxışın almdir, düşüncən dərin,
Batmışam gözünün dərinliyində.

Gözüm səni seçib, səni bəyənib,
Ürək bircə gün də döyünməz sənsiz.
Gözündən gözümə nurlar ələnib,
Könlüm fərəhlənib öyünməz sənsiz.

Sən oldun həyata mənim baxışım,
Sənsiz yaşamaram , inan, bircə gün.
Sən mənim ömrümə bəzək, naxışım,
Sənsiz gərək deyil nə toy, nə düyün.

Sən mənim hər şeyim eşit, agah ol,
Sənsiz nəyə gərək mal - dövlət, sərvət.
İlyasa Günəş ol, nurlu sabah ol,
Bir azca sevgi ver, bir az məhəbbt.
22.10.2020.


Doya bilmirəm

Qara qaşlım, qara gözlüm,
Almayanaq, gülərüzlüm.
Dili şəkər, şirin sözlüm,
Mən sndən doya bilmirəm.

Gözlərin var işıq-nurlu,
Hər bir kəlmən sənin dürlü.
Qədmlərin xoş , uğurlu,
Mən sndən doya bilmirəm.

Xoşxasiyyət, çox mülayim,
Hər bir işin incə, həlim.
Cana məlhəm şirin dilin
Mən səndən doya bilmirəm.

Zərrə qədər yox nöqsanın,
Sənə mənim qurban canım.
Mən İlyasam, sən ceyranım,
Mən səndən doya bilmirəm.
21.10.2020.


Görmədim inan

Gəzdim qarış- qarış eli-obanı,
Səndən gözəlini görmdim, inan.
Yoxdu gözəllikdə snə tay hanı,
Səndən gözəlini görmədim, inan.

Sən elə mələksən sinəsi xallı,
Sən elə göyçəksən dodağı ballı.
Sən elə çiçəksən yanağı allı,
Səndən gözəlini görmədim, inan.

Sən elə gülsən ki, Vətən bağında,
Gülşən solundadı, cənnət sağında.
Qoşa şamamalar vardı tağında,
Səndən gözəlini görmədim, inan.

Qaşların var sənin, bil, ayparadı,
Məni oda salan gözlər qaradı.
Geydiyin zər- ziba, ipək-xaradı,
Səndən gözəlini görmədim, inan.

Günəş parçasıdı üzün, yanağın,
Mərmərdən yonulub sinən, buxağın.
Aşiqə məlhmdi ballı dodağın,
Səndən gözəlini görmədim, inan.

Eyibsiz gözəlsən başdan, binadan,
Gözəl doğulmusan gözəl anadan.
İlyasa bəxş edib səni Yaradan,
Səndən gözəlini görmədim, inan.
03.11.2020.


Məndən üz döndərmə

Ürəyə hökm edə bilmərəm , gülüm,
O səni bəyənib, o səni seçib.
Qovuşsam mən sənə ölmərəm, gülüm,
Qara gözlərindən ürək su içib.

Heç kəsi sevməyib ürək bu qdər,
Tək səndə tapıbdı səadətini.
Bilir verəcəksən ona bar- bəhər,
Qoruyur içində məhəbbətini.

Belə bağlanmayıb heç kəsə, heç vaxt,
Bil sənə vurulub ahıl yaşında.
Bilir olacaqdı səninlə xoşbaxt,
Düzgün seçim edib ağlı başında.

Olacam gözəlim mən sənin yarın,
Eşqi, ilhamı da səndən alacam.
Sən mənim həyatda dövlətim, varım,
Təkcə bu dünyada sənin olacam.

Bu eşq qatarında sənsən, bir də mən,
Bələdçi nə lazım bizə bu yolda.
Deyib- güləcəyik olacağıq şən,
Mən səndən dadacam qaymaq da, bal da.

Məndən üz döndərmə, qurbanın olum,
Sən mənim Günəşim, mənim Ayımsan.
İlyasam, gözəlim, qadanı alım,
Sən mənim həyatda sevgi payımsan.
03.11.2020.


Olmur

Min ağac doğramaq asandı, qardaş,
Tək bircə ağacı bitirmək olmur.
Qanımıza hopub pislik, yamanlıq
Yaxşıdan yaxşını götürmək olmur.

Yaman cılızlaşıb insanlar artıq,
Birisi kobuddur, birisi sırtıq.
Bir qismi də olub ağızdan yırtıq,
Öyüd-nəsihəti eşitmək olmur.

Haram tikə yemək dönüb vərdişə,
Duzuna baxmadan çəkirlər dişə.
Lənət belə dövrə, belə gərdişə,
Halal ola-ola ötürmək olmur.

Qurunun oduna müdam yanır yaş,
Düşmən kəsilibdir qardaşa qardaş.
Bürüyüb canları qorxuyla təlaş,
Dərdlərə bir dərman yetirmək olmur.

İlyas, kifayərdir susuynan daha,
Soyarlar dərini oturar baha.
Əlac təkcə qalıb qadir Allaha,
Dinsizi imana gətirmək olmur.


Dünyada

Hazırın naziri olmağa nə var,
Kişisən kişitək yaşa dünyada.
Özgənin atına minən tez düşər,
Gec-tez dəyər başı daşa dünyada.

Halal tikə isə yediyin tikə,
Olmaz ürəyində, inan, səksəkə.
Vardırsa qəlbində zərrəcə ləkə,
Düşərsən çovğuna, qışa dünyada.

Öz alın tərinlə qazan çörəyi,
Olgunan evinin sütün-dirəyi.
Mərd olub dar gündə elin gərəyi,
Namərdin əlindən haşa dünyada.

Uca tut, hər şeydən namus-qeyrəti,
Unutma ağırdır elin töhməti.
Kişi ol, kişitək qazan hörməti,
Mərifət baxmayır yaşa dünyada.

Ey İlyas Əfəndi – İlyas Vəfalı,
Yaxşılıq eylə ki, söyləsin hamı.
Dünyada qalacaq dünyanın malı,
Qaxma, yaxşılığı başa dünyada.


Gəlir

Haqqdan, ədalətdən danışan hakim,
Haqsızlıq edəndə “gülməyim” gəlir.
Mərdə qaç deyəndə, namərdəsə bas
Dişimlə didərək bölməyim gəlir.

Tarix çoxlarını edib imtahan,
Zalıma, qəddara verməyib aman.
Dünya beş günlükdür desə bir nadan,
İzini həyatdan silməyim gəlir.

İlyasam, dözmürəm vicdan susanda,
Haqqa nahaq deyib böhtan yazanda.
İnsan cılızlaşıb yolun azanda,
Xəcalət çəkirəm ölməyim gəlir.


Dədəmiz DƏDƏ MƏDƏD!..

(Tanınmış türkoloq,
görkəmli dilçi-alim,
Nyu-York Elmlər
Akademiyasının
akademiki,
filologiya elmləri doktoru,
çox hörmətli professor
Mədəd Namaz oğlu
Çobanova)


Sizi Allah qorusun, siz bizə lazımsınız,
Siz Dədə Qorqudsunuz, qopuzum-sazımsınız.
Siz mənim Ana dilim - əlifbam, yazımsınız,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!

Sayənizdə dilimiz təmizləşir, saflaşır,
Şirin-şəkər, bal dadır o daha da paklaşır.
Cəmi Turan elində öz taxtı var-şahlaşır,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!

Siz yeni tarix yazıb yaşadırsız tarixi,
Yenilik gətirərək ucaldırsız maarifi.
Xalqım unutmaz heç vaxt Sizin kimi arifi,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!

Borçalıdan yoğrulub damardakı qanınız,
Mənsubsuz ulu nəslə var adınız, sanınız.
Ucaldıqca ucalsın şöhrətiniz, şanınız,
Türkün böyük alimi Dədəmiz Dədə Mədəd!

Dilinizdə laylalar, dilinizdə bayatı,
Sevindirdiz hər zaman doğma yurdu, elatı.
Müqəddəs bir imzadır Tarixdə Mədəd adı,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!

Yolunuzun yolçusu olub oğlunuz Müşfiq,
Olub Vətənə, Xalqa, adınıza o layiq.
Onu bizə bəxş edib Yaradan – böyük Xaliq,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!

Bizlərə ziya saçan işıqsınız, nursunuz,
Siz elmdə alim kimi ləl-cəvahir-dürsünüz.
Siz müqəddəs qibləgah, səcdəgahsız, pirsiniz,
Türkün böyük alimi - Dədəmiz Dədə Mədəd!
27.04.2016.

MÜŞFİQ

(Borçalının fəxri-vüqarı, böyük ziyalı,
böyük insan, tanınmış tədqiqatçı-alim
Müşfiq Mədəd oğlu Borçalıya)


Allahın lütfiylə gəldi cahana,
Mədəd ocağında doğuldu Müşfiq!
Belə oğul doğur mində bir ana,
Ülvi məhəbbətdən yoğruldu Müşfiq!

Böyüdü, boy atdı, çatdı ərsəyə,
Şan-şöhrət qazandı ucaldı göyə.
O boyun əymədi kimə-kimsəyə,
Zəka sahibidir, ağıldı Müşfiq!

Onunla fəxr edir Ulu Borçalı,
Gəzir qarış-qarış doğma mahalı.
Yurdu vəsf etməkdir arzu-amalı,
Dastan, salnamədir, nağıldı Müşfiq!

Atası alimdir, özü də alim,
Doğma atasından alıbdır təlim.
Rəftarı mülayim, sözü mülayim,
Əməldə salehdir, doğrudu Müşfiq!

Allahım, Borçalı Müşfiqi qoru,
Tarixdə ad qoyub yerisin suru.
Peyğəmbər nurudur üzünün nuru,
Vətənə layiqli oğuldu Müşfiq!
25.01.2017


MÜŞFİQ BORÇALIYA

Mədəd ocağında gəldin dünyaya,
O yanar ocağın közüsən, Müşfiq!
Təbəssümlə baxıb güldün dünyaya,
Qaynar bir bulağın gözüsən, Müşfiq!

Böyüyüb, boy atdın Darvaz elində,
Eylədin dünyaya pərvaz elindən.
Düşmədi bayatı, söz- saz dilindən,
Ulu Borçalının sözüsən, Müşfiq!

Gəzib Başkeçidi, Qarayazını,
Yazdın kitablara oğul- qızını.
Vəsf etdin Yurdumun tavar sazını,
Dədəmiz Qorqudun özüsən, Müşfiq!

Sən naşir, publisist, yazar, mirzəsən,
Səs saldın imzanla, qardaş, ərzə sən.
Başı qarlı dağsan, uca zirvəsən,
Ağartdın hər zaman üzü sən, Müşfiq!

Ulu Borçalıya sən bir yaraşıq,
Saçırsan Yurduma ziya, nur, işıq.
Tərifə layiqdir sənintək aşiq,
Qoyasan arxada yüzü sən, Müşfiq!

Qırx altı yaş nədir - ömrün baharı,
QARDAŞ, davam edir ömrün axarı.
Mənalı ömür sür, həyatda yarı,
Sevindir həmişə bizi sən, Müşfiq!
İlyasın söhbəti, sözüsən, Müşfiq!


Müşfiq

(Borçalının fəxri-vüqarı, böyük ziyalı, böyük insan,
tədqiqatçı-alim Müşfiq Mədəd oğlu Borçalıya)


Allahın lütfiylə gəldi cahana,
Mədəd ocağında doğuldu Müşfiq!
Belə oğul doğur mində bir ana,
Ülvi məhəbbətdən yoğruldu Müşfiq!

Böyüdü, boy atdı, çatdı ərsəyə,
Şan-şöhrət qazandı ucaldı göyə.
O boyun əymədi kimə-kimsəyə,
Zəka sahibidir, ağıldı Müşfiq!

Onunla fəxr edir Ulu Borçalı,
Gəzir qarış-qarış doğma mahalı.
Yurdu vəsf etməkdir arzu-amalı,
Dastan, salnamədir, nağıldı Müşfiq!

Atası alimdir, özü də alim,
Doğma atasından alıbdır təlim.
Rəftarı mülayim, sözü mülayim,
Əməldə salehdir, doğrudu Müşfiq!

Allahım, Borçalı Müşfiqi qoru,
Tarixdə ad qoyub yerisin suru.
Peyğəmbər nurudur üzünün nuru,
Vətənə layiqli oğuldu Müşfiq!
25.01.2017


Xasiyyətim tünddür...

Xasiyyətim tünddür deyirsən, gülüm,
Nə deyə bilərəm sən deyən olsun.
Bir az da pəltəkdir deyirsən dilim,
Təbiət pay verib yadında qalsın.

Deyirsən şan-şöhrət düşkünüyəm mən,
Gözüm ayağımın altını görmür.
Şan-şöhrət düşkünü eşit, agah ol,
Həyatda heç zaman şən ömür sürmür.

Deyirsən yamanca qaraqabağam,
Sevməyi bacarmır məndəki ürək.
Göyçə, Təbriz, Dərbənd, Kərkük dərdim var
Onlarsız səadət nəyimə gərəkdir.

Deyərəm afərin, deyərəm əhsən,
Məni başa düşüb anlaya bilsən.
Arxadan atılan topuğa dəyər,
Bacar güləndə də üzümə, gül, sən.


Səni sevə-sevə öləcəyəm mən

(Ömür-gün yoldaşıma)


Ömür-gün yoldaşım, a can sirdaşım,
Dar gündə həyanım, a məslək daşım.
Demə şeiriyyətə qarışıb başım,
Səni unutmuşam, sevmirəm daha.

Sən ki, tək deyilsən körpələrin var,
Gör neçə ürəyə körpülərin var.
Sənindir bu dövlət, sənindir bu var,
Necə?! Unutmuşam, sevmirəm daha?!

Yoxsa ürəyimdə sevgi-məhəbbət,
Gülüm, bəs hardandır məndə şeiriyyət?
Günaha batarsan olma bədniyyət,
Demə unutmuşam, sevmirəm daha.

Sənsiz bircə gün də yaşamaq çətin,
Gör necə hökmü var bu məhəbbətin.
Sənə qarşı olan sonsuz hörmətin,
Bəllidir, deməynən sevmirəm daha.

Mən səni sevmişəm, sevəcəyəm də,
Səni sevə-sevə öləcəyəm də.
Qədrini bilmişəm, biləcəyəm də,
Sən Allah, deməynən sevmirəm daha.

Ürəyimdə sənsən, Anam, Borçalı,
Bir də körpələrim, əhli-əyyalım.
Əhdinə sadiqdir İlyas Vəfalı,
Demə unutmuşam, sevmirəm daha.

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: