DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988) "Dəllək Hüseyn" kimi tanınan Hüseyn Məmmədalı oğlu Hüseynov 1926-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur. Ağrılı-acılı ikinci cahan savaşı dönəmlərində ailəsi ilə birlikdə Borçaının Baydar kəndinə köçmüş və ömürlük bu yurda bağlanmışdı. Əliyüngül (el arasında belə deyirlər) dəllək (sünnət ustası) kimi Borçalı kəndlərində ad-san qazanmışdı.

Uşaqlıqdan saz-söz aləmində böyüyən Hüseyn Məmmədalı oğlu sünətilə əlaqədar toy məclislisləri də aparmışdır.
Şirin danışıqlı, xoş qılıqlı bi adam kimi yeri düşəndə söz qoşmaq, saz çalmaq, dastan söyləmək bacarığına da malik olmuşdur.

Dəllək Söyün 1988-ci ildə vəfat etmiş və yaşadığı Baydar kəndində dəfn olunmuşdur.


Dəllək Hüseynin vəfatından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, indi də Borçalıda elə bir sünnət toyu tapılmaz ki, onun "Kirvə xoş gəldin" mahnısı oxunmasın.

Allah rəhmət eləsin!..

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: