"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 10-cu toplantısı "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin onuncu toplantısı 2019-cu il yanvarın 13-də Bakı şəhəri Nizami rayonu Mərkəzi Kitabxanasının
oxu zalında baş tutdu.

Bu günkü məclis Azərbaycanın xalq şairi ZƏLİMXAN YAQUBun
həyat və yaradıcılığına
həsr edilmişdi.


Məclisi tanınmış şair-publisist Sədi Yaradanqulu aparırdı.

Şairin ruhuna və qarşıdan gələn “20 yanvar” şəhidlərinin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla yad edildi.

Sonra şairin qısa tərcümeyi-halından və yaradıcılığından söhbət edildi.

Borçalının tanınmış aşığı Fikrət Cəfəroğlu şairin “Divanisi” ilə məclisi açdı.

Sonra məclisin yaradıcısı Rahilə Qaralova və söz adamları növbə ilə çıxış edib şairlə əlaqədar xatirələri bolüşdülər.

Şairin şeirləri ilə yanaşı özlərinin şairə həsr elədikləri şeirləri oxudular.

Aşıq-şairə Ayşə xanımın, aşıq Kənan Gülməmmədov kiçik aşıqlarımız Fatimə Məmmədova ilə Vasif Məmmədlinin bir-birindən gözəl ifaları alqışla qarşılandı.

Tarix Vüsallı, Murtuz FərhadoğluBabazadə Məhərrəm məclisdə çıxış edənləri lentə-köcürdülər və şəkillər çəkdilər.

Aşıq Fikrət “Müxəmməslə” Məclisi bağladı.

Sonda ümumi xatirə şəkilləri çəkdirildi.

Bizə qucaq açıb xoş üzlə qarşılayan kitabxananın müdiri Sevil xanıma və onun rəhbərlik elədiyi kollektivə öz təşəkkürmüzü bildirib, "Çox sağ olun!" - dedik.

Məclisdə 24 nəfər saz-söz adamı toplaşmışdı.
Məclisdə iştirak edirdilər: - Rahilə Qaralova, Sədi Yaradanqulu, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Hüseyn Faxralı, Ramiz Məmmədov, Təbriz İman, Zeynalova Şəhla xanım, Rəfiqə xanım, Əfşan Yusifqızı, Xavər xanım, Tarix Vüsallı, Ayşə Səyyad qızı, Rövşən Xələddinoğlu, Qəzənfər Məsimoğlu, Adil Cəfakeş, Məhəbbət Nizam, Qulu İsmayılov, Surxay Hatəm, aşıq Fikrət Cəfəroğlu, aşıq Kənan Gülməmmədov, Fatimə Məmmədova və Vasif Məmmədov.

İlyas Əfəndi VƏFALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: