ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992) Musayev Vaqif Dursun oğlu -
1961-ci ildə qədim Borçalı mahalında
- indiki Gürcüstanın Respublikasının
Marneuli rayonundakı
Kürtlər (Qurdlar) kəndində
anadan olub.

1967-ci ildə doğma kəndlərindəki
orta məktəbdə birinci sinifə gedib.
IV sinifdən sonra təhsilini
Bakı şəhərindəki 32 saylı
orta məktəb
də davam etdirib.
Daha sonra Cəmşid Naxcıvanski
adına Hərbi məktəb
də oxuyub.

Hərbi məktəbi müvəffəqiyyətlə bitirəndən sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.
Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi hərbi xidmətə yollanıb.
İki il Batumidə qulluq edib.
Sonra kapitan rütbəsiylə Əfqanıstana hərbi qulluğa göndərilib.
3 il Əfqanıstanda hərbi kəşfiyyatcı olub.
Bakı şəhərinə qayıdandan sonra Bakının Sabunçu rayonunda hərbi komisar işləyib.

Mayor Vaqif Musayev Qarabağda müharibə başladıqda 3 azyaşlı övladı
həyat yoldaşı Nailə xanımın öhtəsinə buraxıb könüllü olaraq ön cəbhəyə yollanıb.
1991-ci ilin yanvar ayında Şuşa şəhəri uğrunda gedən döyüşlərdə, xüsusilə də,
Şuşanın yaxınlığındakı strateji əhəmiyyətli olan Daşaltı adlanan yerdə hərbi kəşfiyyatcı kimi igidlik göstərib.

Mayor Vaqif Musayev sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik etdiyi məlum "DAŞALTI ƏMƏLİYYATI"nda iştirak edib. Yanvarın 25-də gecə Nəbilər kəndi yaxınlığında qeyri bərabər döyüş zamanı mühasirəyə düşmüş əsgərlərlə birlikdə sona qədər döyüşməyə davam edib.
Həmin gecə döyüşdə azərbaycanlı əsgərlərin 90 nəfərdən artıq itki vermələrinə baxmayaraq, səhərə kimi böyük şücaət göstərdiklərinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən belə çəkinməyiblər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partladıb, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurub. (https://az.wikipedia.org/wiki/Da%C5%9Falt%C4%B1_%C9%99m%C9%99liyyat%C4%B1)

Musayev Vaqif Dursun oğlu da elə həmin gün - 1992-ci il yanvar ayının 26-da qəhramancasına şəhid olub. Allah rəhmət eləsin...

"DAŞALTI ƏMƏLİYYATI"nın sağ qalmış iştirakçısı, keçmiş hərbçi İsmayılov İlyas Hümmət oğlu 06.05.2014-cü ildə "Axar.az" saytına verdiyi müsahibəsində (https://axar.az/news/toplum/16857.html) Daşaltı əməliyyatından söhbət açarkən demişdir ki, "- Riyad (Əhmədov - nəzərdə tutulur. - M.B.) yaralandı. Atışa-atışa yerə uzandı. Yaxınlaşıb, təhlükəsiz yerə çəkdim. Dedi ki, heç kəsə demə vurulmağımı. Kapitan (Mayor - M.B.) Musayev Vaqif Dursun oğlu ağır yaralandı. Onu döyüş yerindən çıxartdıq, göndərdik geriyə, "özünü xilas et", - dedik. Tapança ilə özünü ağzından vurdu. İki nəfər döyüşçüsü də öldü - Zeynalov Sahib, bir də şair Qaçay Köçərlinin oğlu Elcan. Kapitanı onlar çıxaracaqdılar. Ermənilərlə qeyri-bərabər döyüşdə hər ikisi şəhid oldu."

Allah bütün şəhidlərimizə rəhmət eləsin!.. Ruhları şad olsun!..

Müşfiq BORÇALI,
Eltun MEHDİOĞLU,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: