ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

Unutsaq, unudularıq!..

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993) Əliyev Ramiz Sayad oğlu - 1968-ci il avqustun 25-də
qədim Borçalı mahalında -
indiki Gürcüstanın
Bolnisi rayonundakı
Saraclı kəndində
anadan olub.

Seperatçı ermənilərin
cənnət Qarabağımıza
təcavüzünü eşidən kimi,
Ramiz Əliyev könüllü olaraq,
Azərbaycan Milli Ordusuna
yazılıb və torpaqlarımızın
yağı düşməndən
müdafiəsi naminə
ön cəbhəyə yollanıb.

Ramiz Sayad oğlu Əliyev 1993-cü il yanvarın 15-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Doğma Saraclı kəndinin
qəbiristanlığında
dəfn olunub.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..


Müşfiq BORÇALI,
Marif BAYRAMOV,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: