Ötən əsrin sonlarında Başkeçiddə baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən sonra 1991-ci ilin iyul ayında Ramiz Əhmədov da rayon mərkəzində çalışan yüzlərlə soydaşımız kimi heç bir səbəb göstərilmədən işdən azad olunub və Başkeçid (indiki Dmanisi) şəhərində yaşayan minlərlə soydaşımız kimi Azərbaycana köçməyə məcbur edilib. Başkeçiddə yaşayan soydaşlarımız pərən-pərən olunub, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıb. Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına.
Əhmədovlar ailəsi isə Bakıya pənah gətiriblər.
Ramiz Əhmədov 1992-ci ilin yanvar ayından Azərneft Yağ Zavodunda dördüncü dərəcəli elektrik vəzifəsində işləməyə başlayıb.
Erməni seperatçılarının cənnət Qarabağımıza təcavüzünün gündən-günə artmasına dözməyən
Ramiz Əhmədov 1993-cü ilin oktaybrında könüllü olaraq torpaqlarımızın yağı düşməndən
müdafiəsi naminə yaradılmış könüllülər batalyonuna yazılıb və ön cəbhəyə yollanıb.
1994-cü ilin mart ayına qədər Başı şəhərinin Xətai rayon Hərbi Komissarlığı tərəfindən təşkil olunmuş
könüllülər bataliyonunda - 887 nömrəli hərbi hissəsində xidmət edib.
1994-cü ilin aprel ayının 14-də Xanlar rayonunun Çaykənd kəndində yerləşən 172 saylı hərbi hissənin
7-ci moto-atıcı briqadasında vzvot komandiri təyin olunub.
Kimi xidmət edib. 1994-cü il sentayabrın 1-də erməni seperatçılarına qarşı döyüşdə qəhrəmancasına ŞƏHİD olub.
Evli idi. İki evladı - 1 oğlu və 1 qızı var.
Ulu Tanrıdan Başkeçidin qəhrəman oğulu Ramiz Əhmdova
və eləcə də bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.