SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993) UNUTSAQ, UNUDULARIQ!..

Fuad Mürvət oğlu Mirzəyev
-
1974-cü il sentyabrın 11-də
qədim Borçalı mahalında –
indiki Gürcüstan Respublikasının
Bolnisi rayonundakı
Saraclı kəndində anadan olub.

Bakı şəhəri Səbail rayonu hərbi komissarlığından
777 saylı xüsusi təyinatlı polka göndərilib.
Çavuş qismində tağım komandirinin köməkçisi
vəzifəsində xidmət edib.
Türkiyədən gələn milliyyətçi komandir
Yusif Ziya Arpacıq tərəfindən yaradılmış
“Rüzigar Birliyi” təşkilatı tərəfindən
Tağıyev qəsəbəsində hərbin sirrlərinə yiyələnib.
Beyləqan rayonunda, Füzuli bölgəsində, Ağdamda
və ətraf kəndlərində gedən döyüşlərdə iştirak edib.

1993-cü il dekabrın 16-da qəhrəmancasına ŞƏHİD olub.
Bakıdakı Birinci Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin!..

Bakının Səbail rayonunun Bayıl qəsəbəsindəki
8-ci Buxta və Beyləqan şəhərinin
Meyvə Tinkçilik qəsəbəsinin mərkəzi küçəsi
Fuad Mürvət oğlu Mirzəyevin adını daşıyır.


Dəyanət OSMANLI,
Müşfiq BORÇALI,

ZiM.Az




.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: