"SALDO" QƏZETİNƏ UĞURLAR ARZULAYIRIQ!...

"SALDO" QƏZETİNƏ UĞURLAR ARZULAYIRIQ!... Hörmətli oxucu, bugün sizin sərəncamınıza cəmiyyətimizin iqtisadi,siyasi,mənəvi və sosial həyatının müxtəlif sahələrini işıqlandıracaq,sizin dünyagörüşünüzün və intellektual səviyyənizin inkişafına xidmət edəcək yeni bir qəzet istifadəyə verilir.Müasir insanlatın zəngin və hərtərəfli elmi və qeyri -elmi informasiyalara böyük ehtiyacı vardır.Bu baxımdan müasir həyatımızın ayrılmaz hissəsini və atributunu təşkil edən,ayrıca bir fərdlə onun yaşadığı cəmiyyətin vəhdətini və hərtərəfli əlaqəsini şərtləndirən kütləvi informasiya mənbələrinə həmişə böyük ehtiyac duyulur. Mübaliğəsiz demək olar ki,bugün zəngin informasiya mənbəyi olan kütləvi informasiya mənbələrindən biri və bəlkədə məhz birincisi qəzetdir.

Qəzetin müasir insanın həyatında kəsb etdiyi əhəmiyyəti dəyərləndirmək həqiqətən çox çətindir,zira gündəlik həyat hadisələrinin təcəssümünə çevrilmiş qəzet adi kağız parçası olmayıb,gündəlik həyat hadisələrini adekvat təcəssüm əks etdirən əvəzsiz güzgü,durmadan inkişaf edən elmi,insanın dünya hadisələrinə çıxışını təmin edən şəxsiyyətlə cəmiyyət arasında üzvü əlaqə yaradan,öz fəaliyyəti ilə insan şəxsiyyətinin tərəqqisinə xidmət edən zəngin bilik mənbəyidir.

Əsası 1875-ci ildə xalqımızın böyük ruhlarından olan Həsənbəy Zərdabi tərəfindən qoyulan hazırda yüzlərlə müxtəlif adlar altında can olunan qəzet milli mədəniyuətimizin yüksəlişinə ,ictimau mühitin yaratdığı müxtəlif çətinliklərin aradan qaldırılmasın,hər birimizin özünə tənqidi yanaşmağımıza əsas verən unikal bir sərvətdir.

"SALDO" QƏZETİNƏ UĞURLAR ARZULAYIRIQ!... Müasir cəmiyyətdə kütləvi informasiya cəmiyyəti olmaq etibarilə qəzet qarşısında duran öndə vəzifələrin və daşımaqda olduğu funksiyanı nəzərə alaraq, heç bir mübaliğəyə yol vermədən deyə biləriik ki, bu gün mədəni həyatımıza “Saldo” adı altında daxil olan yeni qəzet öz sələflərinin yolu ilə gederək milli mədəniyyətimizin inkişaflna, müasirhəyat həqiqətlərinin aşkara çıxarılmasına və düzgün işıqlandırılmasına ziddiyyətli və mürəkkəb dünyamızın ortaya qoyduğu aktual problemlərin adekvat həllinə,gündəlik problmimizi aydın əks etdirməyə xidmət edəcək sözün həqiqi mənasında həyat səlnaməmizin böyük maraq doğuran və öz ətrafında yüzlərlə minlərlə oxucu kütləsini birləşdirən əsl cazibə mərkəzinə, danılmaz həyat həqiqətlırinə yol açan böyük paradiqmaya çevriləcəkdir.

Məlumdur ki, müasir və sosial həyat insan və cəmiyyət qarşısında müxtəlif və rəngarəng problemlər irəli sürür. Bu baxımdan müasir respublakımızın ictimai gerçəkliyi xeyli mürəkkəb və münaqişəli görünür: mənfur erməni qonşularımızın nankorluğu üzündən itirilmiş tarixi torpaqlarımız, Sovetlər birliyinin süquta uğramasl səbəbindən sosial sistemimizdə baş verən kardinal dəyişikliklər, beynelxalq vəziyyətdə müşahidə olunam gərginlik və onun gündən-günə kəskinləşməsi, böyük dövlətlərin dünya miqyasında apardığı siyasətlərin bir çox hallarda qeyri-etik xarakter alması, dini münaqişələrin kəskinləşməsi fonunda yaranan neqativ hadisələr və birbaşa digər proseslərin oxucu diqqətinə çatdırılması zəruri xarakter aldığından tanınmış jurnalist və təcrübəli iqtisadçı Rəcəb Əfəndi İsmayılovun təsis etdiyi “Saldo” qəzetinin nəşr olunması böyük oxucu kütləsinin ruhunu və tələblərini təmin edə biləcək bir səviyyədə onlara çatdırılması fikrimizcə ləyaqətlə və ardıcıl yerinə yetiriləcəkdir.

Biz oxucular qəzetin işıq üzünün görməsini, birinci nüsxəsinin oxucularla tanışlığını,
qabaqcıl kütləvi informasiya mənbələrindən birimə çevrilməsini, uzun ömür sürməsini və
öz ətraflnda tələbkar və düşüncəli geniş oxucu kütləsini birləşdirməsini ürəkdən arzulayır
və ona gələcək fəaliyyətində yeni-yeni uğurlar diləyirik!..


"SALDO" QƏZETİNƏ UĞURLAR ARZULAYIRIQ!... Əziz Bəşir oğlu MƏMMƏDOV,
Müasir Beynəlxalq Elmlər Akademiyasının,
Avrasiya İdarəçilik Elmlər Akademiyasının və
Eko Energetika Elmlər Akademiyasının akademiki,
BDU-nun fəsəfə kafedrasının professoru,
fəlsəfə elmləri doktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: