“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb

“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb TƏBRİK EDİRİK!..

Bu günlərdə respublikamızda nəşr olunan mətbuat orqanlarının sırasına daha bir qəzet də əlavə olunub. “Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıq üzü görüb. Qəzetin təsisçisi və baş redaktoru mənim yaxından tanıdığım, dərin biliyə və bacarığa sahib olan, bir çox sahələrdə fəaliyyət göstərmiş, nailiyyətlər əldə etmiş istedadlı jurnalit və tanınmış iqtisadçı
Rəcıb Vəfalı İsmayılovdur.
Bütün təbriklərə mən də qatılıram, Rəcəb müəllimin uğurlarının davamlı və sonsuz olmasını diləyirəm.


R.V.İsmayılovun uğurlarına və göstərmiş olduğu fəaliyyətlərə əsaslanaraq söyləyə bilərəm ki, bu qəzet bir çox nailiyyətlər əldə edəcəkdir.
Qəzetin elə ilk sayı ilə tanışlıqdan sonra deyə bilərəm ki, "Saldo" qəzetinin bir neçə sahədə: elm, təhsil, mədəniyyət və bunlarla yanaşı, ictimai-iqtisadi inkişaf haqqında faydalı məlumatlar verəcəyinə əminəm.

Uğura gedən yol daşlı kəsəkli olar. R.İsmayılov bunu ən yaxşı bilənlərdəndi.

Mən səni bu əzmin, səbrin, uğurların üçün ürəkdən təbrik edir, gözəl və son dərəcə qurur verici nəaliyyətinə canı-könüldən sevinirəm.

“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb Danışmaq çox asandır, lakin planlayıb bir işə başlamaq isə zəhmət istəyir, amma böyük uğurları əldə etmək xüsusi bacarıq və qabiliyyət tələb edir.

Bu nəaliyyətin sənin üçün bir başlanğıc deyil,
əldə etmiş uğurlarından biridir.
İnşallah, daha böyük uğurlara imza atmağını
arzu edirəm.

Bir daha səni bu nailiyyətinə görə səmimi qəlbdən təbrik edir, nailiyyətlərinin davamlı olmasını diləyirəm!...


Səyavuş Murtuza oğlu TALIŞLI,
fəlsəfə elmləri doktoru,
professor


ZiM.Az



“Saldo” adlı ictimai-iqtisadi qəzetin ilk sayı işıqüzü görüb


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: