QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI...

QƏLBİ GÖYÇƏDİSƏ, GÖZÜ BORÇALI... XATIRƏLƏR

1986-cı il 13 iyun. Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar və Aşıq Pəri məclisinin üzvləri Göyçədə qonağımızdır. Qonaqlar Aşıq Ələsgərin məzarı başında.
Qurulmuş məclisdə həmin gün mən bu şeiri oxudum:


QƏLBİ GÖYÇƏDİSƏ,
GÖZÜ BORÇALI


Pir olmuş bu elin əzəl binadan
Sazı Göyçədisə, sözü Borçalı!
Göylərə səs salan polad bir xalqın
Qolu Göyçədisə, dizi Borçalı!

Ünü nə, səsi nə aranın , dağın?
Meyvəsi əfsanə, dastan bu bağın..
Bu barlı- bəhərli qədim torpağın
Qəlbi Göyçədisə, gözü Borçalı!

Bürküsü bürküdü, dumanı duman,
Yayda Mil gözəldi, payızda Muğan.
Odlar diyarının ömrünə qurban,
Qışı Göyçədisə, yazı Borçalı!

Burda Gizir oğlu min şeşpər atıb,
Neçə cahangirlər ordusu batıb.
Burda mərd kişilər bir ocaq çatıb,
Odu Göyçədisə, közü Borçalı!

Eldar, Vətən dedin coşdumu qanın?
Elə sev Vətəni Vətənlə tanın.
Azərbaycan adlı ulu atanın
Sözü Göyçədisə, sazı Borçalı!

Eldar İSMAYIL BÖYÜKTÜRK

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: