Çox insanda cəm olaraq insani keyfiyyətlər vəhdət təşkil etmir. Söhbət insanlıqdan düşmüşkən, mənim səhhətimlə bağlı olaraq narahatçılıq keçirən hər bir dostuma öz minnətdarlığımı bildirirəm, "Nə yaxş ki, varsınız!" - deyirəm.
Əzizlərim, mən sözün əsl mənasında əsl insandan, dostdan, sirdaşdan, dəyərli bir yoldaşdan söhbət açmaq istərdim.
Daha doğrusu, varlığından söhbət gedən böyük şəxsiyyət - "XƏZƏR" KLİNİKASININ BAŞ HƏKİMİ, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU İLQAR YUSUBOVdur.
Bu insanın insani əməllərini, keyfiyyətlərini sadalamaqla bitməz...
İLQAR YUSİBOV mənim üçün həyatda dünyanın ən uca pik nöqtəsində dayanan bir şəxsiyyətdir.
Tanrı bu insanı yaradanda öz nurundan pay vermişdir.
Könüllərə, dərdli ürəklərə, o, da, oz nuru ilə şəfqətli əlləri ilə insanlara məlhəm verə bilsin deyə.
Əzizim İlqar həkim, mənədə mənəvi, maddi dəstəyinizi heç zaman əsirgəməmisimiz...
Bilmirəm sizə necə təşəkkürümü bildirim ki, Uca Allahımın da könlü xoş olsun.
Tanrı sizi qorusun, yar və yardımçınız olsun.
Siz daimə məlhəm olduğunuz ürəklərdə yaşayacaqsınız!..
Min sevdalı ürəklərin,
Dostu, yarı İlqar həkim.
Ümidsizin əlacsızın,
Ümidvarı, İlqar həkim.
Sevinc səndən olmasın kəm,
Ürəyini üzməsin qəm.
Sənsən elə kömək, həmdəm,
Könül varı, İlqar həkim.
Borçalıtək bir elin var,
Halal eşqin, əməlin var.
Şəfa verən həm əlin var,
Dərər barı, İlqar həkim.
Ziyalılıq qanındadı,
Safllq, düzlük canındadı,
Pozmadın içdiyin andı,
Etibarı, İlqar həkim.
Dağıldı dumanım,çənim,
Yenə üzüm güldü mənim.
Səninlədir Pərvanənin,
Duaları, İlqar həkim.
Pərvanə MƏMMƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.