Aramızdakı münasibət sadəcə ata qız münasibətindən ibarət olmadığı, o qədər sevindirir ki məni. Yeri gələndə ən yaxşı dost, ən yaxşı sirdaş oluruq. Bu gün sabah rəbbim güc verdikcə yanında olacam canım qızım. Hər zaman səninlə qürurla fəxr etmişəm. Məhz yaxşıki sən mənim qızımsan. Gözəl qəlbinlə anlayışlı düşüncənlə tək atanın yox, hər kəsin rəğbətini qazanmısan. Bir ata üçün qız övladının yeri tamam başqadır. Varlığın hər zaman mənə güc verib gözəl balam. Arzu edirəm bütün xəyalların, arzuların gerçəkləşsin həyat günəşi hər daim səni aydınlatsın.
Həyatında qəlbin, üzün kimi gözəl keçsin canım qızım. Həyatının hər pilləsində yanında olub dayaq dəstək olmağa çalışmışam. Arzu edirəm bu həyatın pilləsində nə zaman çətinliklər ilə üzləşsən, büdrəsən, atanın bu yaşına kimi sənə öyrətməyə çalışdıqlarıyla dimdik ayaqda durmağı bacarasan. İnşallah, heç büdrəmə, canım qızım.
Vaxt oldu atan oldum, vaxt oldu müəllimin oldum, amma sən hər şeyin öhtəsindən özün gəlməyə çalışdın. Arzulayıram həyatda həmişə güclü, iradəli olasan. Yeni yaşında sənə yeni nailiyyətlər, uğurlar arzulayıram. Bir ata olaraq səni hər zaman həyatın ən yüksək pilləsində görmək arzusundayam. Sağlam, xoşbəxt bir ömrün olsun. Ad günün mübarək gözəl qəlblim, canım qızım.
Atan Rəcəb Əfəndi VƏFALI.
Təbrikə qoşulurlar:
Qəzetin bütün idarə heyəti, dr.prof. Əziz Məmmədov, dr.prof. Səyavuş Talışlı, dr.prof. Novruz Quluyev,
dr. Müşfiq Borçalı, Saleh Salehzadə, Saleh Taleh, xalq artisti Arif Babayev, xalq artisti Teyyub Aslanov,
Azər həkim, "Sağlam ailə" Ailələrin marifləndirilməsinə kömək ictimai birliyinin idarə heyəti və
bütün üzvləri və s.
"SALDO"
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.