Mənim dəyərli və əziz dostum Azər həkim.
Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib gözəl dost, yaxşı ailə başçısı, yaxşı dinləyici, sirdaşsız. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Arzu edirəm, bu yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edir,yeni yaşınızda sizə yeni nəaliyyətlər,yeni uğurlar arzulayıram.
Təbrikə “Saldo” qəzetinin bütün idarə heyyəti qoşulur.
"SALDO"
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.