Professor Siyavuş Talışlı - 80

Professor Siyavuş Talışlı - 80 TƏBRİK EDİRİK!..

Ölkəmizin tanınmış ziyalıları çoxdur.
Onlardan biri də hamımızın sevimlisi, fəlsəfə elmləri doktoru, professor Siyavuş Talışlıdır.
Bu yaxınlarda 80 illik yubileyidir. Siyavuş müəllim bizim üçün çox əzizdir. Onu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, yaşının üstünə gələn hər il onun üçün unudulmaz, xoşbəxtliklərlə dolu olmasını arzulayırıq. Ona uzun ömür, can sağlığı, gözəl günlər diləyirik.


Biz bilirik ki, Siyavuş müəllim xalqımıza çoxlu, önəmli alimlər yetişdirib. Onun həyat və yaradıcılığı geniş və keşməkeşli olmuşdur. Siyavuş müəllim xalqımızın hörmətli, dəyərli ziyalılarındandır. O, həyatda nə qazanıbsa özü qazanıb, öz zəhməti ilə, alın təri ilə: hörməti də, cəmiyyətdə tutduğu mövqeyi də. Hər zaman özünün dediyi kimi həyatda zəhmət,əziyyət çəkməsən heçnəyə nail ola bilməzsən. Siyavuş müəllim hər daim öz tələbələrinə tövsiyyələrni verir. O, öz tələbələrinə oxumağı,zəhmət çəkməyi, araşdırmağı tövsiyyə edir. Həyatda bir şeyə nail olmaq istəyirsizsə daim çalışmalı, öz üzərinizdə işləməlisiniz deyir və məsləhət görür dəyərli müəllimimiz.

Siyavuş müəllim xalqımızın zəngin milli-ənənəvi,əxlaqi dəyərlərinə yaxından bələd olan məzmunlu, çoxşaxəli həyat yolu keçmiş və 80 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır.

Siyavuş Talışlı həm insan,həm də dost kimi əvəzolunmazdır. Arzu edirik atdığınız hər addımda uğur sizinlə olsun.
Ona hər zaman bu cür dəyərli qalmağı, ailəsinin başında olmağı arzu edirik.

Hörmətli Siyavuş müəllimi bir daha Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir,
Sizə uzun ömür, möhkəm cansağlığı, böyük yaradıcılıq uğurları diləyirik!..

Rəcəb ƏFƏNDİ VƏFALI.

Təbrikə “Saldo” qəzetinin bütün heyəti qoşulur.

"SALDO"


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: