Vətəndir can verib məni yaşadan,
Nurlu şöləsiylə könüllər açan.
Laləsi-nərgizi min ətir saçan,
Çiçəklər bitirən Borçalım mənim.
Ad salıb dünyaya şan-şöhrətiylə,
Üz tutub tanrıya haqq-hörmətiylə.
Əbədi pay verib məhəbbətiylə.
Nəsillər gətirən Borçalım mənim.
Axtardım dünyanı olmadı təni,
Sədasi göylərə ucaldir məni.
Ozanlar oylağı şair məsgəni,
Zəlimxan yetirən Borçalım mənim.
Nemətəm bu yurda bağlıyam özüm,
Həsrətlə alışıb qəlbdəki közüm.
Yazib yaratdığım hər şerim, sözüm.
Könlümə ruh verən Borçalım mənim.
Yerində
Cənnətə bax bir sən, allah.
Naxiş vurub gül, yerində.
Ulu tanrim bəxş eyləyib.
Dür cəvahir ləl yerində.
De harda var tayi görən.
Yetişdirib igid ərən.
Bundan artiq nə, istərəm.
Şirin ləhcə dil, yerində.
Dur vəsf eylə ay qadasi.
Dərdə dərman yaz havasi.
Ne mətin öz yurd yuvasi.
Çox şadamki el yerində.
Mən
Sən allah qəlbimə dəymə amandi.
Yüz yerdən vurulmuş yaraliyam mən.
Qürbətdə yad olub unudulmuşam.
Ləhcəmdən bəllidi haraliyam mən.
Unutmaq asanmi elə diyari.
Burnumda göynəyir dağlarin qari.
Neynirəm qürbətdə dövləti vari.
Ayrilmiş elindən paraliyam mən.
Doğmadir vətənin torpaği daşi.
Ayrildim qurumur gözümün yaşi.
Nə bilsin bu dərdi çəkməyən naşi.
Bir ömür keçsədə oraliyam mən.
Qorxuram bu həsrət belimi bükər.
Ne mətin ömrünə bir əcəl çökər.
Qürbətdə məzarim qazilsa əgər.
Ünvani yazarsiz hamamliyam mən.
Olmasa
Neynirəm mən bu dağlari.
Zirvəsində qar olmasa.
Gərək deyil fərsiz bağban .
Bağçasinda nar olmasa.
Helal olmaz haram tikə.
Ad-sanima salma ləkə.
Dağilsin qoy belə ölkə.
Deyrət -namus "ar"olmasa.
Yazim gedib qişim gəlir.
Doğmam gedir naşim gəlir.
Bu başima daşin gəlir.
Bəhər olmaz bar olmasa.
Bəs mürvətin söylə hani.
Usandim mən ne mət cani.
Gəl tərk edək bu dünyani.
Tanrim bizə yar olmasa.
Vətəndi
Yolum düşüb qürbət elə.
Son mənzilim bil vətəndi.
Yoxdu burda can deyənim.
Şirin şəkər dil vətəndi.
Ömür verdim aya-ilə.
Yaş axitdim gilə-gilə.
Bağban olsanm qürbət elə.
Ətir saçan gül vətəndi.
Qəmli keçir hal-əhvalim.
Kədərlənib yenə halim.
Neynirəm mən dünya malin.
Dür cəvahir ləl vətəndi.
Yoxdu burda söz kəsərim.
Döğma yurtdu şah əsərim.
Qibləgahim ümüd yerim.
Ne mət deyər gəl vətəndi.
Nemət Vəli oğlu
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.