qədim Borçalı mahalının Başkeçid bölgəsində -
indiki Gürcustanın Dmanisi rayonundakı
Şindilər kəndındə şair ailəsində anadan olub.
1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
1989-cu ildə orta məktəbi bitirib və elə həmin ildə də
Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin - AzTU-nun) Maşınqayırmanın texnalogiyası fakultəsinə qəbul olub.
1990-1992-ci ildə hərbi xidmət borcunu şərəf və ləyaqətlə
yerinə yetirib. Sonra ali təhsilini davam etdirib.
1995-ci ildə AzTU-nu müvəffəqiyyətlə bitirib.
Hazırda bizneslə məşqul olur.
Ailəlidir. İki övlad atasıdır.
Müşviq Bayramov Vətəninə, elinə çox baglı bir insandır.
Hələ uşaq yaşlarından saza-sözə, şeirə böyük maraq göstərib.
Məktəbdə oxuduğu illərdən özü də şeirlər yazmağa başlayıb.
Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Zirvə",
"Sazlı-sözlü Başkeçid", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" adlı poeziya antalogiyalarında və ədəbi məcmuələrdə çap olunur.
Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub.
Biz də Müşviq Rafael oğluna uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
biznes fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və
aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..
ZiM.Az
ATATÜRK
Zülmət qaranlıqlar nura boyandı,
Sönmüş çıraqlarda ümid qalandı,
Müstəqil yaşamaq hissi oyandı,
Damarda oyanan qanım Atatürk!
Azadlıq qədəhin içən bu xalqın,
Önündə var ikən bu qədər azgın,
Dedi qılıncımız görməyəcək qın,
Paşalar paşası şanım Atatürk!
Əqidə çıxardı xalqı ağ günə,
Əzəmət göstərdi xalq da bu ünə,
Bayağı yaradıb basdı köksünə,
Dövləti yaradan canım Atatürk!
Cahanı sarsıdır Türkün ordusu,
Paşası Nuridir budur qorxusu,
Döyüşdə göstərdi o, əsl kabusu,
Zəfərin şərbətim dadım Atatürk!
Sən Türk dünyasının yaqut, gövhəri,
Qüdrətin bürüdü bütün bəşəri,
Osmanlı paşası çaldı zəfəri,
Qüdrətim, şərəfim, şanım Atatürk!
MARŞ
Əmr elə, hücuma keçim, komandir,
Səngərdə mövqemi seçim, komandir!
Düşmənə dağ çəkim irəli gedim,
Hər addım atdıqca birin məhv edim.
Vətənə göz tikən gözlərin oyum,
İzn ver, işığa mən həsrət qoyum!
Əmr elə, hücuma kecim, komandir.
Səngərdə mövqemi seçim, komandir.
Analar görməsin daha göz yaşın,
Qisasın alacam şəhid qardaşın!
Hər qarış torpaqçün candan keçərik,
Odlar Yurdumuzu azad edərik.
Əmr elə hücuma keçim, komandir.
Səngərdə mövqemi seçim, komandir.
Üç rəngli bayrağım şərəfim, şanım,
Başımın tacıdır, həmdə vüqarım.
Vətənə qurbandır mənim bu canım,
Yaşa sən, ey şanlı Azərbaycanım!!!
ŞƏHİDİM
Vətən azadlığı uğrunda daha bir şəhidimiz General-mayor
Polad Həşimov şəhidlik zirvəsinə yüksəldi. Sumqayıtda yaşayırdı.
Bu şeiri ürək ağrısı ilə ona həsr etmişəm.
Yol verin vətənin ərən oğluna
Havadan şəhidin qoxusu gəlir.
Çiçəklər döşəyin onun yoluna,
Vətənə can verən şəhidim gəlir.
Səngərə sığmadı qüruru onun,
Namərdə göstərdi gücünü qolun.
Torpağı almağın tək bircə yolun
Bu xalqa göstərən şəhidim gəlir.
Düşmən üzərinə əsgər tək getdi,
Zirehli tankını özü məhv etdi.
Düşmən təlaşlanıb süquta yetdi,
General rütbəli şəhidim gəlir.
Vətənin ağrılı bu dar günündə,
Dayandı zabit tək əsgərdən öndə.
Qorxuda bilmədi onu ölümdə,
Qəhrəman rütbəli şəhidim gəlir.
Adından bəllidir Polad ərənin,
Zəhmiylə öldürdü yüzün gədənin.
Vətənin olacaq qədir bilənin,
General rütbəli Poladım gəlir.
OĞULLAR
Xalqımda əzəmət vüqarı gördüm,
Qürurludur Vətən deyən oğullar.
Qəzəbli intiqam hissini gördüm,
Düşməni didməyə hazır oğullar!
Şəhidi şərəflə torpağa verib,
Qan örtmüş gözlərlə kəfəni geyib.
Vətənçün ölməyə hazıram deyub,
Şəhid qisasını alar oğullar!
Mərmilər bu xalqı sarsıda bilməz,
Babəklər yurdunda igidlər ölməz.
Namus, ləyaqəti düşmənə verməz,
Hər gün doğulacaq şəhid oğullar!
Zəfərə aparan yolum səngərdi,
Hər övlad mübariz, igid əsgərdi.
Oğlum Koroğludur, qızım Həcərdir,
Yenilməz ordumda mərddir oğullar!
AĞLAMA, ANAM!
Göz yaşında min qürurla,
Şəhidinə baxan Anam.
Fəxr edirik biz onunla ,
Ağlama sən, igid anam.
Şəhid oğlu məğrur dayan,
Sevinməsin düşmən olan.
Alqışlayır hər tin, dalan,
Ağlama sən, igid Anam.
Şəhid qızı sil yaşını,
Uca tut hər an başını.
Atan sevməz heç ahını,
Göz yaşına qıymaz anam!
Bu Vətənin ən şərəfli,
Övladısan sən fərəhli,
Atan deyər şir ürəkli,
Ol, ağlama mənim balam!
Qorxuram Qarabag nağıla dönə
Dogma nəfəs duymayır Ana qucağı.
Közə də həsrətdir Ata ocağı
Vətənə məhəbbət artırar həsrət
İfrata çatdıqca olar müsibət.
Torpaq ar eyləyir gülü, çiçəyi
Düşmən tapdagında bitirdiyiçün
Lalənin qan sızır hər bir ləçəyi
Bülbül nəgmə demir öz laləsiyçün.
Göyçə artlq qalıb düşüncələrdə
Zamanında yamacların gəzirdik
İrəvan yaşayır xatirələrdə
Vaxt vardı bir xalı üçün əsirdik.
Qarabag gedəli otuz il olub
Laçın gözləməkdən saralıb, solub
Ruhlar inildəyir, dagılıb məzar
Qanlı göz yaşına bogulub yazar.
Qorxuram Qarabag nagıla dönə
Ümid gözlərimdən əbədi sönə
Xocalı bir dərdli yaziya dönə
Dəhşət adiləşə, insanlıq ölə.
Qopuzu ucadan qoy çalsın Ozan
Silaha sarılsın həm qoca, cavan
Azad etmək üçün olaq biz rəvan
Qanla tarix yazaq eyləyək bəyan!
Əsgər ogluma
Ay ogul sən artıq ərən kişisən,
Vətənə gərəksən əsgər gedirsən
Düşmən üzərinə elə getki sən
Titrəsin vicudu görsün ki nərsən.
Yurdumun hər parçası əmanətdir
Bir qarış itər ilsa xəyanətdir
Xocalı faciəsi müsibətdir,
İntiqam alanmasaq rəzalətdir.
Unutma ki torpagın qan aglayır
Gözü yaşlı analar yas saxlayır
Xan qızı girov qalıb sızıldayır
Əsgər ! Vətən sizə bel baglayır.
Get ogul qurban olum qeyrətinə
Dag çəkin erməninin ümmətinə
Nizə soxun ciyərinə, ürəyinə
Vətənimə o göz tikən gözlərinə.
Xain düşmən qorxaq olar bilin siz,
Ayaq yalın, yalın əllə gedin siz
Parçalayıb, dişinizlə didin siz
Vətən üçün canı fəda edin siz.
Qalib kimi dönər olsan qarşıma,
Cəsarətli ürəyindən öpərəm,
Şəhid olsan! Sıgınıb göz yaşıma,
Büründüyün o bayragı öpərəm!
Yaşa Vətən! Yaşa Vətən! - deyərəm!
ŞİNDİLƏR
Vüqarında uca Şindi dağının,
Ətəyində xoş səfası Şindilər.
Yaz ətirli duasında anamın,
Laylasında naz ədası Şindilər.
Babaların izi bəzər yamacı,
Bərəkətdir nənələrin umacı.
Səxavətdir yurdumun hər amacı,
Yaradanın bol vəfası Şindilər.
Qayasında min ətri var çiçəyin,
Al-qırmızı qızlar hörər ləçəyin.
Füsunkardı siması da göyçəyin,
Başkeçidin zər-zibası Şindilər.
Ağbirçəkli sənəmlərin örpəyi,
Həyasında Borçalının örnəyi.
Müşviqin də hər kökünün özəyi,
Gözlərinin nur şəfası Şindilər.
Yagışlı gecə
Sakit bir ruzigar, narın yagışlar
Gecəni bəzəmiş ayla, ulduzlar
İslanmış cismimiz, odlu baxışlar
Tükənməz hissimiz, sonsuz arzular.
Sevdalı gecənin tilsimindəydik
Susqun dalgaların sahilindəydik
Yagışın dənizə tökülən səsi
Bizə bəxş etdiyi sevgi nəgməsi.
İstəmirdik tükənə bu gecə, bu an
Necə xoşbəxt idik biz həmən zaman
Sənin gözlərindən alovlanmışdım
Ruhumu, cismimi məndən almışdın.
Deyirdim o yagan yagış mən olam
Süzüləm zülfündən yanaqlarına
İstərdim yagışdan bir damla olam
Yayılam o incə dodaqlarına.
Yagışlı gecənin qaranlıgında
Köç etdin gözümdən ürəyimə sən
Aylı ulduzların o işıgında
Möhürlü imzanla təsdiqlədin sən!
Bivəfa dünya
Üzümə aynadan baxdı gözlərim
Gördüm saçlarıma artıq dən düşüb.
Təəcüblü göründü ötən illərim
Əqrəb zamanıyla düzmü ötüşüb.
Xəyallar içində eylədim soraq
İtən illərimi tapa bilmədim
Bürüdü qəlbimi kədərli maraq
Ömür keçir mən ürəkdən gülmədim.
Edərkən keçmişi mən varaq varaq
Ruhum pıçıldadı : həyat tez keçir
Ömrünün çoxuna vurmusan daraq
Bivəfa dünyadan insan tez köçür!
Gəl elə baxma
Laləli baxçada gördüm bir gözəl
İncə çiçəklərdən çələng əlində
Gözüm görməmişdi bu qədər gözəl
Ən zərif çiçəkdi güllər içində.
Yaradan qələmin nə gözəl çəkmiş
Rəhmindən bir damla əsirgəməmiş.
O, iri füsünkar qara gpzləri
Sanırdım mələkdir yada ki Pəri.
Bilmirəm qəlbimdə cücərən nədir
Bir dəli sevdanln eşq atəşimi?
Sevinclə döyünüb əsdirən nədir
Bir nazlı gözəlin vüsal səsimi.
Kükrək bir sevdalı baxışla baxdı
Bu baxış qəlbimi yandlrdı, yaxdı
Uzun kiprikləri elə bil oxdu
Ürəyim o oxdan yaralı qaldı.
Hicran baxışlarla gözünə baxdım
İçimdən keçəni sanki danışdım
Xəyallar içində süzdü baxışlar
Vurgun oldugumu yəqin ki anlar.
Anlayış halıyla dedi incimə
Gecikmiş bir sevgi salma qəlbimə
Dedi sevdalıyam, uyma him-cimə
Yandırma nə məni, yanma tüstümə.
Dedim eşq dəlisiyəm yoluma cıxma
Nə olar bir daha gəl elə baxma
Hər atəş Müşviqi yaxmazdı əsla
Yandlrdı kipriklə o qaşlar məni.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.