ZEMFİRA AYVAZOVAYA

ZEMFİRA AYVAZOVAYAZEMFİRA AYVAZOVAYAZEMFİRA

Danışanda şirin-şirin söhbətin,
Ruh gətirir xəstə cana, Zemfira.
Yayılıb aləmə şanın-şöhrətin,
Soraq çatıb Gürcüstana Zemfira.

Yerişində çaylar kimi axırsan,
Çəkilibdir ilahidən naxışın.
İşvəli, qəmzəli xumar baxışın,
Qəsd eyləyir neçə cana, Zemfira.

Şirin-şəkər sözlərindən süzülər,
Yetişmiş meyvətək tağdan üzülər.
Ləli-mərcan, dürdanətək düzülər,
Ucalıbsan asimana, Zemfira.

Səni görən eşq oduna yanıbdı,
Öz meylini səhralara salıbdır.
Neçə canlar həsrətində qalıbdır,
Arif olan gərək qana, Zemfira.

Gülsəfa söylədi sözün düzünü,
Görənlər cənnətlikdi gözəl üzünü.
Unutmaq olarmı şirin sözünü,
Sən bir şamsan, mən pərvanə, Zemfira.
09.03.2020

Gülsəfa AYVAZOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: