Atası aşıq olub, qardaşı Qurban nağara ustası, əmisi Məhəbbət qarmon ustası, dayısı Tabdıq qarmon ustası...
1966-cı ildə doğma kəndlərindəki 8 illik məktəbə gedib.
1974-cü ildən təhsilini Bolnisi şəhərində davam etdirib.
1976-cı ildə Bakıda gəlib.
Mədəni-Maarif Texnikumuna qəbul olub.
Rejissorluq-aktyorluq fakultəsində oxuya-oxuya müğənniliyə meyl göstərib.
Müəllimi Elşadla birlikdə el şənliklərində iştirak edib.
1979-1981-ci illərdə hərbi xidmət borcunu yerinə yetirib.
1982-ci ildə doğma kəndinə qayıdıb.
1983-cü ildən Bolnisi rayonunda fəaliyyət göstərən "Könül" ansamblında işə başlayıb.
10 il həmin ansablda çalışdıqdan sonra doğma kəndlərindəki mədəniyyət evinə müdir təyin olunub.
İşlədiyi müddətdə bir çox diplom, mükafatlarla təltif olunub.
El şənliklərində fəali iştirak edir.
Həm şeir yazır, həm musiqi bəstələyir, həm də mahnıları özünə məxsus gözəlliklə ifa edir.
Bir çox mahnıların müəllifidir.
Ailəlidir, 2 oğlu, 2 qızı var. 7 nəvə babasıdır.
Biz də Ədalət Cəfərliyə yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.
Rahilə QARALOVA,
ZiM.Az
GÖZƏL
Görüşməyə niyə gəlmir.
Məni oda salan gözəl.
Nə gecəm var, nə gündüzüm,
Məndən uzaq duran gözəl.
Bəlkə mənnən küsü gedib,
Bəlkə məni atıb, silib,
Bağrım başın şan-şan edib,
Qamətimi qıran gözəl.
Çox yalvardım ipə gəlməz,
Göz yaşımı görər, silməz,
Çox inadkar heç əyilməz,
Varmı görən güman, gözəl.
Ədalət, sən naşı olma,
Gəl çəkil yolda durma,
Nahaq yerə boyun burma,
Olar səni vuran, gözəl.
GƏLƏN HƏSRƏTİMDİ?
Gözlərimə inanmıram,
Görən gələn həsrətimdi?
Gözləməkdən cana gəldim,
Yar həsrəti çox çətindi.
Dərya mənə çətin gəlmir,
Yay günləri sərin gəlmir,
Əl uzatdım əlin gəlmir,
Məhəbbətdə Çin səddimdi.
Ədalətəm dərdim sənsən,
Niyə məndən belə gensən,
Lal deyilsən bircə dinsən,
Mən kiməmki, öz həddindi.
GƏLİN GƏLİR
Salam, ay gözəlim başın qarışıb,
Gözəldi, evinə gəlinin gəlir.
Elə bəzənmisən güldə utanır,
Elinə nur saçan köməyin gəlir.
Nazlı gözəllərin sonasıdı o,
Gələcək nəvənin anasıdır o,
Evinin var dövlə dünyasıdır o,
Sirdaşın söhbətin, bil dilin gəlir.
Gözəlim eyvanda gəl onu gözlə,
Qarşıla püstəboy, bir maral gözlə,
Ona sən ana ol, hər vaxt əzizlə,
Evinə ətirli bir gülün gəlir.
MƏN
Yavaş yavaş qocalırsan,
Unudulub itirəm mən.
Şan şöhrətə ucalırsan,
Xəyalından gedirəm mən.
Qarda əldə əriyəndi,
Meyvə yerdə çürüyəndi,
Unudulub silinəndi,
Ay kimi batıram, mən.
Vəfa, sevgi sona çatdı,
Ədalət bil, səni atdı,
O sevginə zəhər qatdı,
Can üstəyəm, yatıram mən.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.