1986-cı ildə A.S.Puşkin adına (sonralar S.S.Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutunun fiologiya fakültəsinin Azərbaycan şöbəsini bitirib. Bir müddət doğulduğu kənddə müəllim işləyib. Hazırda Bakıda yaşayıb-yaradır.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ailəlidir. İki övladı var.
İsaxan İlyazoğlu bədii yaradıcılığa şeirlə başlayıb. Gənc yaşlarından müxtəlif qəzet və jurnallarda, eləcə də almanax və ədəbi məcmuələrdə öz bədii yazıları ilə çıxış edib. Tələbəlik illərindən isə nəsrimizin istedadlı nümayəndələrindən biri kimi tanınıb. Müntəzəm olaraq bədii yaradıcılıqla məşqul olan istedadlı qələm dostumuz İsaxan İlyazoğlunun «Quraqlıq» və «Əmanət» adlı hekayələr kitabları qısa bir vaxtda oxucuların böyük marağına səbəb olmuşdur. O, 2000-ci ildə BBS-nin mükafatına layiq görülmüşdür.
Bu günlərdə isə İsaxan İlyazoğlunun daha bir kitabı - «Sirr» romanı Bakıdakı «Nərgiz» nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. (Redaktoru - Ömər Dilmanc Söyünoğlu, korrektoru - Devran Dursundur). «Sirr» müəllifin oxucularla sayca üçüncü görüşüdür. Əminik ki, İsaxanın bu əsəri də oxucular tərəfindən rəğbətlə qarşıılanacaqdır.
Yazıçı qardaşımızı ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
(Bax: Müşfiq Borçalı. Təbrik edirik!.. «Şərqin səsi» qəzeti, № 58 (288) Noyabr, 2013-cü il.
Müşfiq Borçalı. Sazlı-sözlü Başkeçid. Bakı, 2015, 3 cilddə. 3-cü cild. səh. 594-595.)
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.