Ali təhsilli iqtisadçıdır. İyirmi ildir Azərbaycan Maliyyə sektorunda rəhbər vəzifədə çalışır.
Dövrü mətbuatda və müxtəlif almanaxlarda
şeirləri dərc olunub.
"Məhsəti" Şairlər Məclisi
İctimai Birliyinin Sədridir.
"Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" və "Dünya Azərbaycanlıları Konqresi"nin üzvüdür.
"Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatıdır.
Biz də hörmətli Cəvahir xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza
ərmağan edirik!..
ZiM.Az
Səni sevdim
Səni sevdim bu dünya,
Bir sehir oldu mənə.
Gündüz günəş, gecə ay,
Nəğmə dedilər yenə.
Səni sevdim küləklər,
Aldı dərdim apardı.
Dəli dolu rüzgarlar,
Bir özgə hava çaldı.
Səni sevdim dil açdı,
Çəmən, çayır oxudu.
Yollar, izlər, cığırlar,
Hər tərəf gül qoxurdu.
Səni sevdim dağlardan,
Ötdü duman, ötdü çən.
Yaşamağın nəşəsin,
Səndən aldı bu aləm.
Səni sevdim yamandan,
Pisdən qutardı dünya.
Bir ayrı rəngə girdi,
Güldü, sevindi, dünya.
Cəvahirin sevgisi,
Yerdi, göydü dənizdi.
Dünya bizim evimiz,
Sevdası eşqimizdir!
Sevdası eşqimizdir!
Dünya
Gəl dərdinə həmdəm olum,
Yaziq oldun, yazıq Dünya.
Naşıların hədəfində,
Bağrın qazıq-qaziq Dünya!..
Öyrəndim
Həsrət nədir bilməz idim,
Sənsiz öyrəndim, öyrəndim,
Dərd tarlasına toxumu
Səpdim öyrəndim, öyrəndim...
Yuxu
Qəm sevincin, sevinc qəmin,
Bu hissi tək yaşayıram.
Yumruq boyda ürəyimdə
Dünya qəmin yaşayıram.
Qış tez gəldi, soldu güllər,
Payız ağlatdı bağları.
Dunya bir qaçhaqovdakı
Endirdi uca dağları.
Gələn gəldi,
gedən soldu...
Ömrüm keçdi sağa-sola,
Bir taleyi verdim yola,
Dünənimi qova-qova,
Bu günümə yetən oldum,
Sənin üçün bitən oldum.
Qış səhərləri
Kövrək agacların xışıltısıyla
Uzun gecələrin pıçıltısıyla
Narın, bəyaz qarın işıltısıyla
İsinir, isidir qış səhərləri.
Yurd salıb yamacda yollarin üstə
Cigirlar yuxudur yolların üstə
Sərçələr çıgrışır kollarin üstə
Nagılın izidir qış cəhərləri.
Cəvahir, daglarin qışından danış,
Ötən baharından, qışından danış
İl üstə il gələn yaşından danış
Həyatın sözüdür qış səhərlərı.
İstərəm
Taleyin əcəl kəmərin
Belindən açmaq istərəm,
Səni allıb bu dünyadan
Götürüb qaçmaq istərəm.
Gəl gedəlim uzaqlara,
Söz çatmayan qulaqlara,
İrmaqlardan irmaqlara,
Quş olub uçmaq istərəm.
Sənsiz deyiləm nəşədə,
Gecəm-günüm əndişədə
Eşq şərbətin bir guşədə,
Səninlə içmək istərəm
Cəvahir der asan deyil
Daim yaşar süsən deyil
Dost yoluna düzən deyil
Bu işi biçmək istərəm.
Sən gələcəksən
Pəncərəmə gün düşüb,
Qəlbimə səs-ün düşüb,
Kədərim də gen düşüb
Bəlkə sən gələcəksən.
Daglar qol-boyun olub
Uşaqlar oyun olub
Qonşu qiz boyun olub
Deyir sən gələcəksən.
Həyət baca güllənib
Cıgırlar ətirlənib
Budaqlar çətirlənib
Deyir sən gələcəksən.
Yolda bir ətək dözüm
Yolda bir dünya sözüm
Bir də Cəvahir özü
Deyir, sən gələcəksən.
Qalıb, sən gələcəksən.
Gəlinə
Bu nə toydur, nə büsatdır ay gəlin
Səni alan yarıyıbdır bəxtindən.
Durun tamaşaya ay ellər gəlin
Bir gözəl enibdir göylər təxtindən.
Doğulub dünyanın təzə Leylisi
Ona layiq olan Məcnunu varmı?
Elimin- günümün gözəl balası
Seçdiyin de sənə layiqli yarmı?!
Cəvahirdən bu leyliyə bir namə
Yarıyan olasan bəxtindən gəlin
Abad olsun evin qurulsun xanən
Heç vaxt enməyəsən taxtından gəlin!
Səninlə yenidən görüşmək üçün.....
Bir gözəl düşübdür yadıma mənim,
Bir istək qəlbimi yandıracaqdır.
Sonra da gözlərimdə dərdli həsrətin,
Hara getsəm səni soruşacaqdır.
Sənmi tələsmişdin, mənmi gecikdim.
Günahı de kimə bağlayım indi,
Mənim qismətimə sən düşəcəkdin,
Sənin də bəxtin mən olardım indi.
Hara getsəm səni soruşacaqdır
Baxacam gözlərə sənin gözünçün,
sözlərə sözünçün,
Qızlara baxacam,tək səndən ötrü,
bəlkə səni görüm.....
Birisi gözüylə, sözüylə özüylə,
sənə bənzəyəcək.
Amandır, aman, birdən sən bilərəm
Tutub əlindən,aparıb anama
göstərərəm mən,
Yığmısan gözünü gözümə
sözünü sözümə,
Bir yazıq baxışla,
Gəl mənə özünü bağışla.
Atacağam tənhalığın daşını
Atacağam tənhalığın daşını,
Çıxacam o yerə sən gələcəksən,
Gözümdən siləcəm həsrət yaşını
Səninlə yenidən görüşəcəyəm.
Dolacaq qəlbimə bir dəli həsrət
Yaş o yaş olaydı, gündəki o gün.
Səninlə rastlaşım təzədən gərək
Səninlə yenidən görüşmək üçün.
Cəvahirəm sizə yazdım bu şeri
Bir igid oğlana, bir gözəl qıza.
Məndən ötdü şirin gənclik illəri.
Siz verin baş-başa, verin baş başa.
Dünya
Torpaq özü mat qalıbdır
Yaratdıgı varlıqlara.
İnsan çıxıb Allahıyla
Qismətiylə qeylü-qala.
Torpaga bax damarları
Çəkilibdir tarım-tarım.
Üzərində hələ çoxmu gəzəcəkdir
Yaratdıgı insanları qarın-qarın,
Sinəsini deşən vardir ,
Dünyamızı eşən vardir.
Heç bilmirsən nə millətdir
Nə sifətdir, nə zillətdir?!
Niyə belə qənim olub varlıgına...
İnsan qənim kəsilərmi?
Qismətinə saglıgına?!
Cəvahirəm deyim bilin
Dünya sənin, dünya mənim
Aglar gözün, yaşın silin
O, aglarsa çarəsi yox
O gülərsə sənin, mənim
hər bir kəsin ...
Sarı bülbül
Bağlar güldü, qəlb sızladı
Nə ağlarsan, sarı bülbül
Qış qışladı, yaz yazladı
Od ağlarsan, sarı bülbül.
Sarı bülbül qəlbim qandı
Ayrılığın nə yamandı.
Deyirlər kı odda yandı
Külə döndü bağrı bülbül.
Mənim günüm ahu-zardı
Sənin eşqin ilk bahardı,
Axı söylə niyə qaldı
İlk sevdamız, yarı bülbül.
Könlü qırıq tel ağlasın,
Dağdan ötən yel ağlasın,
Dodaq yanıb, dil ağlasın
Ay eşqimin varı bülbül.
Cəvahirəm eşqimdən kəm,
Getdi yarım qaldım nakam,
Gəl ağlama, eyləmə qəm
De hər kəsə yarı bülbül.
“Dünya tənhalaşır”… silsiləsindən
Mənim sevdiyimi
bəxtim sevmədi,
Taleyim sevmədi,
Tanrım sevmədi...
Qismətim beləymiş söylədi hər kəs,
Qismətlə qismətlə barışam gərək?!
Necə barışıga gəlim söylə bir,
Sən könül dünyamı viran eylədin.
Yıxdın al taxtımi, şirin röyamı,
Gölərim önündə tarmar eylədin.
Xilaskar əllərim uzalı qaldı,
Əcəl alıb məndən apardı onu.
Aylarım, illərim zavallı qaldı,
Eh kim əvəzləyər, əvəzlər onu.
Məndən içəridə tənha bir qadın,
Onu ovundura bilmir sözlərim.
Xəyalımda əksin dilimdə adın,
Yollarda, izlərdə qalıb gözlərim.
Kim dönüb geriyə gedər-gəlməzdən.
Yaxından uzaqdan sordugun yetər
Düşür saçlarına birər-birər dən.
Cəvahir gedənlər dönməz o yerdən,
Dönməzlər, dönməzlər, dönməz, biləsən...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.