NƏĞMƏ OXUYAN ŞƏHİDİM - XUDAYAR YUSİFZADƏ

NƏĞMƏ OXUYAN ŞƏHİDİM - XUDAYAR YUSİFZADƏ Şəhid olması olması ilə ürəkləri sızıldadan, səsi ilə dostlarını ruhlandıran, dastan yazan XUDAYAR MÜSLÜM OĞLU YUSİFZADƏ.
Bərdə rayonunda doğulub. Dünyaya gəlişi ilə həyat ona ilk zərbəsin vurmuş. Atasını erkən itirmişdi. 32 yaşında qarmon ifaçısı olan atası Yusifzadə Müslüm urək tutmasından gözünü əbədi yummuşdu.
Ailədə üç qardaş bir bacı idilər. Onlar ana, nənə, baba himayəsində böyümüşlər.

Qarşısında neçə-neçə belə surprizlərin olduğunu bilmirdi.
Çox ərköyün və dəcəl idi. Nənə-baba əllərindən gələni edirdilər ki, uşaqların gözlərində bir damla yaş görməsinlər. Nakam atalarının ruhunu incitmiş olarlar. Uşaqlar qayğısız böyüyürdülər, ailə onları elə saxlayırdılar ki, yox nədi bilmirdilər.

Bərdə rayonunun 1 saylı müsiqi məktəbində xanındəlik dərsi alırdı Xudayar. Hər gün harda olurdusa eləcə oxuyurdu. 1 ci sinifə gedəndə bir gün nənəsi ona hərbi forma almışdı. Hərbi formanı geyendən sonra fikri dəyişib. Məktəbi bitirdikdən sonra o hərbi xidmətə getmişdi.
Əsgəri xidmətdən gələndə isə görür ki, yaşadıqları ev qısa qapanmadan yanıb kül olub. Ailənin belə ağır vəziyyətində Xudayar işləmək qərarına gəlir. Bunun üçün o, Bakıya gəlir. Marketlərin birində mühafizəçi işləyir.
Bir gün işlədiyi marketin müdiri darvazanı açmağı ona deyir. Xudayar darvazanı açmadığı üçün marketin müdiri ona acığı tutur. Xudayar cavabında sizin gəldiyinizi görmədim, birdə ki, mən qapı açan işləmirəm mən mühafizəçiyəm.
Bu söhbəti təsadüfən qulaq müsafiri olan market müştərisi Xudayara yaxınlaşıb qulağına mən səni bayırda gözləyirəm deyir.
Xudayar bilir ki, bu söhbətdən sonra müdir onu işdən çıxaracaq. Ona görə o marketdən çıxıb həmin adama yaxınlaşır. Bayırda gözləyən Orxan adlı adam ona sabah sənədlərini də götür gəl Sərhəd Qoşunlarına. Səhəri gün sənədləri ilə Sərhəd Qoşunlarına gedir və oxumağa başlayır. Lakin Xudayar işləmək istəyirdi. Tezliklə Xudayarı Astaraya Sərhəd Qoşunlarında gizir kimi işləməyə başlayır.
Xudayar vətənpərvər idi. Müharibənin ilk günündən döyüşlərə qatılır. Xudayarın anası onun döyüşdə olduğunu bilmirdi. Anası Rada Yusifzadə deyirdi bizə zəng edəndə gülə-gülə zarafata salıb deyirdi. Bizi müharibəyə aparmırlar, təlim keçirler. Bir dəfə ona zəng vurdum güllə səsi gəldi, dedim o nə səsdi. Dedi torpaqlar işgaldan azad olub, Zəngilan rayonu əsgərlər atəşfəşanləq edirlər. Heç birimizə deməmişdi bircə balaca dayısına demişdi ki, döyüşə gedirəm. Dayısı deyir onu saxlamaq olmazdı.
Şəhidliyindən iki gün əvvəl onun ifasında sosial şəbəkələrdə yayımlanan mahnının sözlərində dediyi kimi

Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xiymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.

Xudayarın Murovdan başlayan döyüş yolu bir-bir alınan rayonlardan Zəngilandan, Qubadlıdan, Cəbrayıldan, Fizulidən keçir. O dağların başında dumanı gördükcə dumandan xiymə qurmuşdu, döyüş yoldaşlarına bu səsi ilə döyüşə ruhlandırırdı.
Xudayar o mahnını oxuyanda 3 gün idi ki, ac-susuz olub. Döyüşlərin gərgin vaxtı idi. O mahnı oxuyaraq döyüş yoldaşlarına da ruh yüksəkliyi verirdi. Hər bir yaralını çiynində məntəqəyə çatdırırdı. Heç bir yaralını tək qoymurdu.
O, döyüşlərə elə oxuya-oxuya qatılmışdı. İçində qorxu hissi belə yox idi, həmişə öndə gedirdi.
Xudayarın şəhid xəbərini gətirən döyüş yoldaşları deyirdi ki, düşmən mühasirəsində qalan yoldaşlarının birinə deyib qorxma gəlib səni xilas edəcəm. Ölsəmdə şəhid olmağa gəlirəm. O, dostunu mühasirədən sa salamat çıxarıb gətirmişdi.
Xudayar Fizuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı rayonları uğrunda qaynar döyüşlərdə iştirak edib.
Onun bir arzusu var idi. Xudayarın anası tərəfi Ağdamlı idi. Babasına deyirdi gəlib səni doğma yurduna Ağdama aparacam.
Mahnının sözlərində deyildiyi kimi

Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür,
Təbiətdə mənə heyran görünür.

Xudayar Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə oktyabrın 23 də şəhid olur. Zəngilanda çox yaxın məsafədən döyüşüblər. Ən qabaqda gedən də Xudayargilin komandası olub. Birinci güllə dəyəndə döyüş yoldaşına deyib ki, deyəsən şərəfsizlər məni vurdular. Amma heç nə olmamış kimi döyüşə davam edib. Təxminən 40 dəqiqə də döyüşüb, sonra plamyotla onun boğazından vurublar. Elə oradaca şəhid olub. Ondan sonra silahdaşları həmin yerə üç rəngli bayrağımızı Xudayarın şərəfinə sancıblar, rahat yat deyiblər, sənin şəhid olduğun qəsəbəni azad etdik.
Beləcə dastana döndü 22 yaşlı Xudayar Yusifzadə. Arzusu olduğu hərbçidə oldu, döyüşçüdə oldu, şəhiddə oldu.
Xudayar müharıbədən əvvəl xanəndə kimi tanınmaq arzusuda ürəyində qalmadı.

Deyirlər bülbülə çəmən yaxşıdı,
İnsan üçün laləzar Vətən yaxşıdı,
Vahid sorma Vətən yaxşıdı,
Adı gəlcək könlüm xəndan görünür.

Təlcə " Vətən yaxşıdır" mahnısını ifa etməklə bütün xanəndəliyin rütbəsinə yüksəldi. Onun bu oxuduğu " Vətən yaxşıdı" mahnısın Xalq artisti Əlbaba Məmmədova məxsus idi. Xudayarın şəhidliyindən sonra xalq artisti Əlbaba Məmmədov bu mahnını Xudayar mahnısı adlandırdı.
Öz xoş siması ilə, gülər gözləri ilə, batıq yanaqları ilə, gözəl ifası ilə və qəhrəmanlığı ilə ürəklərə əbədi hopub. Belə bir qəhrəman biz kinolarda görmüşdük. Lakin bu canlı həqiqətdi. Onun qəhrəmanlığı dastanlar yazdı. ALLAH RƏHMƏT ELƏSİN. MƏKANI CƏNNƏR OLSUN.

Pəri RƏVAN (HÜSEYNOVA),
"Borçalı" nəşriyyatının redaktoru

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: