YARIŞLAR BAŞA ÇATDI

YARIŞLAR BAŞA ÇATDI “Təhsil” Respublika İdman Mərkəzi Şirvan şəhər Uşaq Gənclər İdman-Şahmat məktəbinin idmançıları 8 noyabr Zəfər Gününə həsr olunmuş Bakı şəhərində və Türkiyə Respublikasında keçirilən boks və futbol üzrə yarışlarda uğurla çıxış etmişlər.
Belə ki, məktəbin idmançılarından Zakir Ramil oğlu Bağırov boks üzrə keçirilən açıq birincilikdə bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülmüşlər.
Onun komanda yoldaşları Kənan Vadər oğlu İsayev və Əli Ceyhun oğlu Əkbərli fəxri kürsünün 3-cü pilləsinə qalxmışlar.
Qaliblərə diplom və medallar təqdim olunmuşdur.

Noyabr ayının 15-dən 19-a kimi Türkiyə Respublikasında Türkiyə Azərbaycan qardaşlığı Beynəlxalq futbol turnirində iştirak edən məktəbin komandası 3-cü yerə çıxmış və diplom, medal və kubokla təltif olunmuşdur.


Məktəbin şahmatçıları isə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Ucar rayonunda keçirilən “Təhsil” Respublika İdman Mərkəzinin Şahmat üzrə Respublika birinciliyinin zona yarışlarında müxtəlif yaş qrupları üzrə 5 şahmatçı I, 2 şahmatçı II, 1 şahmatçı isə III yerə çıxmışlar.
I və II yeri tutmuş şahmatçılar finala vəsiqə qazanmışlar.

Bunlarla yanaşı, Uşaq Gənclər İdman-Şahmat məktəbində Zəfər Gününə həsr olunmuş şahmat üzrə oğlan və qızlar arasında 4 yaş qrupu üzrə qruplararası yarış keçirilmişdir. 10 yaşlı qızlar arasında Bənövşə Zöhrab qızı Salmanova, 12 yaşlı qızlar arasında Aysun İsmayıl qızı Cəfərli bütün rəqiblərinə qalib gələrək çempion olmuşlar. II növbə üzrə keçirilən yarışlarda isə 6 yaşlı oğlanlar arasında Nihat İlkin oğlu İskəndərli, 8 yaşlı oğlanlar arasında Səid Namiq oğlu Cəfərli, 10 yaşlı oğlanlar arasında Xalid Ruslan oğlu İbadlı, 12-14 yaşlı oğlanlar arasında Nurlan Elxan oğlu Quliyev, 8 yaşlı qızlar arasında Nurlana Zamiq qızı Məmmədova, 10 yaşlı qızlar arasında Tahirə Rəşad qızı Babazadə, 12-14 yaşlı qızlar arasında isə Aysad Fikrət qızı Fərhadlı bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülmüşlər.

Qaliblərə və mükafatçılara “Təhsil” Respublika İdman Mərkəzi Şirvan şəhər Uşaq Gənclər İdman- Şahmat məktəbi tərəfindən diplomlar təqdim olunmuşdur.Məktəb idmançılarının yuxarıda göstərilən yarışlarda uğurlu nəticələr əldə etmələrində məktəbin məşqçi-müəllimləri Radin Tağıyevin (şahmat), Qalib Cahangirovun (boks), Vüsal Vəliyevin (futbol) əməyi qeyd edilməlidir.

Alik Rzayev,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı


ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: