QALDIRIB BAYRAĞI, ZİRVƏLƏRƏ ŞƏHİDLƏR...

QALDIRIB BAYRAĞI, ZİRVƏLƏRƏ ŞƏHİDLƏR... Günəş kimi, nur çiləyir Şəhidlər,
Gələcəyə işıq salır Şəhidlər.
Qurban verib canını, vətən uğrunda,
Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.

Ölməyiblər, qəlbimizdə yaşayırlar Şəhidlər,
Qızıl hərflərlə, tarix yazıb Şəhidlər.
Anılanda, yerdə-göydə, qərənfìlə bürünər,
Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.

İgidliyin-hünərin, yol-yoldaşı Şəhidlər,
Bu xalqın, bu torpağın, qan yaddaşı Şəhidlər.
Ocağa-pirə dönər, yatdığı torpaq,
Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.

Ucalıq zirvəsi, qeyrət tacıdır,
Zülmətlərə, nur ciləyər Şəhidlər.
Haqqın səsi, azadlıq nəğməsidir,
Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.
08.01.2022

Pərvanə Salmanqızı

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: