Beydulla Gəraylı (1964)

Beydulla Gəraylı (1964) Beydulla Gəraylı (Beydulla Baldadaş oğlu Garayev) -
1964-cü il dekabr ayının 03-də Şamaxı rayonundakı
Ovculu kəndində anadan olub.
1972-ci ildə orta məktəbin birinci sinifinə qəbul olub
və 1982-ci ildə orta məktəbi bitirib.
1983-cü ildə hərbi xidmətə gedib.
1985-ci ildə əsgəri xidməti başa vurduqdan sonra
Şamaxı rayon mədəniyyət şöbəsində fəaliyyət göstərən
Xalq teatrında əmək fəaliyətinə başlayıb.
1987-ci ildə yaxşı fəaliyyətimə görə ali təhsil almaq üçün
Bakı şəhərinə göndərilib və orta ixtisas məktəbində təhsil alıb.
1990-cı ildə Ə.Cavad adına Mədəni-maarif kollecini bitirib.
1990-cı ildən 2012-ci ilə qədər Şamaxı rayon mədəniyyət şöbəsində
müxtəlif vəzifələrdə çalışıb.
Rayonun bütün tədbirlərinin təşkilində və keçirilməsində fəal iştirak edib.
1987-ci ildən indiyə qədər el şənliklərində və toylarda müğənni və masabəyi kimi fəaliyyət göstərir.

Biz də Beydulla Gəraylıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdm edirik.

ZiM.Az



Vətən gözəl

Ürəyim atlanır hər an,
Görəm səni Vətən, gözel!
Gəzirəm qürbet ellərdə,
Səndən yoxdu Vətən, gözəl!

Bu yer təbiətən gözəl,
Allah verib gözəl-gözəl.
Nə qədər olsada gözəl,
Səndən yoxdu Veten, gözel!

Dolanışıq burda xošdu,
Canım snsiz bil, naxoşdu.
Gəraylı bir nəĝmə qoşdu...
"Səndən yoxdu Vətən,gözəl!"


Gözəl Şamaxı

Hər daşın tarixdir, ey ana yurdum,
Qədimdən qədimsən, gözəl Şamaxı.
Atam da,anam da əzizdir mənə,
Başımın tacısan əzəl, Şamaxı!

Şirvandır mahalım, Şamaxı elim,
"Qadoyalım" deyir, ən acı dilim.
Elə istəyirəm!... Qoynunda gəlim,
Dincəlim doyunca, gözəl Şamaxı.

Hər daşın rəssamdır,hər qayan şair,
Kim söz qoşmayıb ki, hüsnünə dair!?
Hər bir sənətkarın işində mahir,
Mahnısan,şeirsən, qəzəl Şamaxı.

Seyyidin,Sabirin, Abbas Səhhətin,
Nəsimin, Xəqanin, dərin hikmətin.
Şeirdir, muğamdır, varın, dövlətin,
Şahlığın əzəldən, özəl Şamaxı.

Gəraylı qoynundan düşübdür uzaq,
Ey ana vətənim, ey ulu torpaq.
Gözümə işıqsan, ruhuma dayaq,
Gözəllər gözüsən, gözəl Şamaxı!
Perm, 12.08.2020


Elin solmazısan, Solmaz Şirvanlı!

(El-obamızın dəyərli, sinədəftər şairə xanımı
Solmaz Şirvanlı bacıma)


Elimin, obamin dəyərli qızı,
Dillərdə dastansan, Solmaz Şirvanlı.
Sənət aləmində,söz aləmində,
Bəhərli bostansan, Solmaz Şirvanlı.

Hər sözün söhbətin,dürdür,incidir,
Haqq sözün namərdin qəlbin incidir.
Yerin kürsülərdə ən birincidir.
Sahibi ürfsnsan, Solmaz Şirvanlı.

Vətəndir ürəyin,vətəndir canın,
Bütöv Azərbaycan,Turan üsyanın.
Tökülə torpağa,daşa al qanın,
Vətənə qurbansan, Solmaz Şirvanlı

Gəraylı fəxr edir sənin adınla,
Dostuna dostam mən, yadam, yadinla.
Ucalıb ad aldın təmiz adinla,
Elin solmazısan, Solmaz Şirvanlı!


Olma sən

Qoru mənliyini, qoru adını,
Ar, namus çeynəyən yalaq olma sən.
Kiminsə ağzının suyun götürüb,
Kimisə adlayıb,qabaq olma sən.

Qane ol tanrının verdiyi paya,
Zəhmət çək,özünə kəsb elə maya.
Hörmət et kökünə, döndərmə zaya,
Bir kəsə yük olub,yamaq olma sən.

Gəraylı,gör kimdir dövran eyləyən,
Yaxşını yamana,fərman eyləyən.
Mərdin qafasında cövlan eyləyən,
Namərdin əlində çomaq olma sən.
09.11.2021


Qurban olum

Qaldır zəfər bayrağını,
Bayrağına qurban olum!
Güldür qəmli növrağını,
Növrağına qurban olum!

Açılsın xoş səhərimiz,
Möhkəmlənsin sərhəddimiz.
Sıralansın əsgərimiz,
Yarağına qurban olum!

Dostunu,yadını tanı,
Azad edin bu Vatanı.
Hər qarışı Şəhid qanı,
Torpağına qurban olum!

Özgül olun,azad olun,
Sevinc olun qəlbə dolun.
Qartal olun qana qonun,
Caynağına qurban olum!

Azərbaycan əsgərləri,
Baban yazıb tarixləri.
Qırın,tökün gədələri,
Yumruğuna qurban olum!

Canım SİZƏ olsun fəda,
Düşmən ömrün verin bada.
Od qalayın hər obada,
Ocağına qurban olum!

Gülsün üzü Gəraylının,
Qelbi Vətən haraylının.
Azərbaycan torpağının,
Bu çağına qurban olum!!!
Perm, Yelovo.


ŞƏHİDİM

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Nə yazım ki şərəfinə,
Layiq olsun, can ŞƏHİDİM!
Gecələri doğan Aysan,
Gündüzlərə, dan ŞƏHİDİM!

Gələcəyə qeyrətinlə,
Örnək oldun, şöhrətinlə.
İnanılmaz cürətinlə,
Oldun bir dastan, ŞƏHİDİM!

Önündə qul oldu yağı,
Güldü Vətənin növrağı.
Qanla suladın torpağı,
Oldu gülüstan, ŞƏHİDİM!

Düşmən qaçdı,dovşan kimi,
Qovdun iti qovan kimi.
Nərə çəkdin Aslan kimi,
Oldun qəhrəman ŞƏHİDİM!

Zamanlar ötüb keçəcək,
Nəsillər gəlib gedəcək.
Sizinlə hey fəxr edəcək.
Tün Azərbaycan, ŞƏHİDİM!

Haqqını halal et bizə,
Qürur verdiz Ölkəmizə.
Gəraylı qurbandı Sizə,
Hər biri Aslan ŞƏHİDİM!!!

Perm... 2020..


ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: