BİNƏLİ BAYRAM (1964)

BİNƏLİ BAYRAM (1964) Binəli Vəli oğlu, Bayramov 1964-cü il sentyabrın 22-də qədim Borçalı mahalının Bolnisi rayonundakı Kəpənəkçi kəndində anadan olmuş, 1972-ci ildə həmin kənddəki orta məktəbin 1-ci sinifinə daxil olmuş və 1982-ci ildə həmin məktəbi bitirərək, tam orta təhsil almışdır. Elə həmin il Bakı şəhərindəki Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki AzTU) qəbul olmuş, 1989-cu ildə həmin institutu bitirmiş və təyinatı üzrə işə başlayaraq, müxtəlif yerlərdə müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda “Azərİşıq” Açıq Səhmdar Cəmiyyətinində mühəndis vəzifəsində çalışır.
Gənc yaşlarından bədii yaradıcılığa həvəs göstərmiş və özü də şeir yazmağa başlamışdır. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunmuşdur.

Biz də Binəli Bayrama bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.

Bayram AŞIQLI,
“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Abdulla Şaiq”, “Qızıl qələm” və
“Zirvə” mükafatları laureatı

ZiM.Az



BAYRAĞINA QURBAN OLUM

Cıdır düzü,Xan Sarayı,
Kecirərik qışı, yayı.
Otuz ildir, bircə ayı,
Ocağına qurban olum.

Füzulidə gül olaydim,
İrəvandan bac alaydım.
O torpaqda,qocalaydim,
Bulağına qurban olum.

Şöhrətlidir, Qarabağım!
Ləl-cəvahirdir, torpağım.
Xarı bülbüllü oylağım,
Yaylağına qurban olum.

Zəngilanım, Kəlbəcərim,
Dərd əlində, bax, Tərtərim.
Şuşada gül necə dərim?
Dag-dasına qurban olum.

Bu vətənə ürək yana,
Mərd oğullar dərdim qana.
Binəliyəm, yana-yana,
Bayrağına qurban olum.
29.11.2020


İLHAM İLƏ İRƏLI

Yığdın ətrafına mərd ǝrǝnləri,
Şahin tək fəth etdin, sən zirvələri.
Hayqırdınız, düşmən üstə irəli,
Heydər oğlu İlham ilə irəli!

Sən qoxladın, Qarabağın gülünü,
San qopartdın, Paşinyanın dilini.
San sovurdun, asimana külünü,
Heydər oğlu İlham ilə irəli!

Əllərinlə yeni tarix yazmısan,
Düşmənlərə dərin quyu qazmısan.
Erməninin planını pozmusan,
Heydər oğlu İlham ilə irəli!

Donuzluqda gizlənibdir Paşinyan,
Qarabağda raqs edirdi bir zaman,
Qanın tökdü bizim All Komandan,
Heydər oğlu İlham ilə irəli!
Heydər oğlu İlham ilə irəli.

Binəliyəm, mən də sənin əsgərin,
Ürəyimə səda salıb hünərin.
Tarixə yazıldı böyük zəfərin,
Heydər oğlu İlham ilə irəli!..


İGİD ƏSGƏR

igid asgar,düşməninə od ǝlə,
Oz qazdığı səngərində qur tala.
Doyma gadalari yaxına qələ,
Bir Liderim, bir ilhamım var mənim.

Bas komandan tarix yazır dünyaya,
Minnetdariq ilham kimi Paşaya.
Bayrağımız sancılacaq Susaya,
Bir Liderim, bir İlhamım var manim.

Dağ başında dövrə vuran Sahinik,
Yağı düşman redd olacaq əminik.
Butun dünya bilməlidir biz kimik.
Bir Liderim, bir İlhamım var manim.

Binəliyəm, bayrağıma balandim,
Türk Oğluyam, daim Türkə güvəndim,
Azəriyam. torpağımda ələndim.
Bir Liderim, bir İlhamım var mənim.
20.10.2020


GÜNLƏR OLAYDI

Armudlu gölündə lilə bataydim,
Göy bulaqda şeh üstündə yataydım.
Dəli dağda arzu-kama çataydım,
Şəninə yetdiyim günlər olaydı.

Qaytara biləydim ötən illəri,
Qar yağaydı,baglanaydı yolları.
Qurd basaydı meşələri, kolları,
Piyada getdiyim günlər olaydı.

Qız,gəlini mən başıma yıgaydım,
Sarp dǝrǝdə kaş kǝkotu yıgaydım.
Boylanaydım zirvələrə baxaydım,
Dumanda itdiyim günlər olaydı.

Ay Binəli xatirələr sellənə,
Çardaq quram, nəhrə altda yellənə.
Yaylaqlar dil aça,yenə dillənə,
Qoynunda bitdiyim günlər olaydı.


QARDAŞ

Bu dünyada hər şey gəldi gedərdir,
Nankora etdiyin hörmət hədərdir.
Ömür yolumuzun sonu kədərdir,
Çalış, itirmə sən, inamı Qardaş.

Dəniz tək dərin ol,sən dostlugunda,
Su kimi sərin ol,san dostlugunda.
Dostuna əmin ol, san dostluğunda,
Çalış, itirmə sən, imanı qardaş.

Binəliyəm, ürək dostu bir olar,
Yolun düşsə, dost qapısı pir olar.
İlk məhəbbət dost arası sirr olar,
Çalış, itirmə sən, gümanı qardaş.
Çalış, itirmə sən, simanı qardaş.


AY OĞUL

Güvənmə heç zaman, dünya varına,
Göz dikmə həyatda, özgə malina.
Saxlama işini, gün sabahina,
Qoyma namərd həddin aşa, ay oğul.

Əslin-kökün Türkdür, qanın Türk qanı,
Saxla başın üstə, kitab Quranı.
Tanrı payın olsun, görmək Turanı,
Hürri -çiraban tək yaşa,ay oğul.

Ucalsın göylərə,sevgin, qüdrətin,
Olmasın heç zaman,kədər,həsrətin.
Başından tökülsün, varın,dövlətin,
Doğmalara,xoşbəxt yaşa,ay oğul.

Daim yaşat,soyadını, adını,
Yaxşı tanı, qohumunu,yadını.
Çatdırginǝn, azadlığın dadını,
Dəyməsin ayağın daşa, ay ogul.

Gözlə hər an,ahılların hörmətin,
Unutma sən, Ata-Ana qiymətin.
Sonu yoxdur,haram malın, dövlətin,
Yüz yaşı vurasan başa,ay oğul.

Eli görən gözün olsun,ay oğul,
Haqqı deyən sözün olsun, ay oğul.
Binəli deyər, dur, mərdin yanında,
Çəkilərsən hər an, başa,ay oğul.


AY ÖMRÜM

Həmişə nişanda, toyda olasan,
Hər zaman dərdimə, yanan ay ömrüm.
Unuda bilmirəm, sənli günləri,
Bir baxışdan məni,duyan,ay ömrüm.

Sənsiz lal-kar olub,daşa dönmüşəm,
Qanadı qırılmış,quşa dönmüşəm.
Boranlı, çovgunlu, qışa dönmüşəm,
Yolumda çıraq tək,yanan, ay ömrüm.

Sinəmdə ayrılıq,odu qalandı,
Gecələr yuxum da, ərşə dayandı.
Şair səhər-axşam, hey Sǝni andı,
Həmişə can deyib, anan, ay ömrüm.

Baxır gecə-gündüz, yollara gözüm,
Bilirsənki məndə, qalmayıb dözüm.
Binəliyəm Sənsiz,de necə dözüm,
Hörmətlə, İzzətlə, sanan, ay ömrüm


AY XARI BÜLBÜL

Otuz il görüşünə gəlməmişəm,
Bu müddət bircə dəfə gülməmişəm.
Əl uzadıb göz yaşını silməmisəm,
Gülsün üzün,hər an ay Xarı bülbül.

Ətrini çəkdikcə,mən ürəyimə,
Qüvvət gəlir,Tanrıdan biləyimə.
Gec də olsa qovuşdum istəyimə,
Ötsün sözün,hər an ay Xarı bülbül.

Səbr etdin, düşmənlərin tapdağına,
İkrah ilə hayların baxmagina.
Kafirin minarəyə qalxmagina,
Dözsün köksün, hər an ay Xarı bülbül.

Supər etdi,mərd oğullar öz canın,
İçdi qırx dörd günə yağının qanın.
Zəfər Ordusudur,bil, dörd bir yanın,
Gülsün gözün,hər an ay Xarı bülbül.

Binəlinin saçlarına düşüb dən,
Vətən Oğlu, soruşmursan bəs nədən?
Uzun illik ayrılıqdan,həsrətdən,
Gülsün üzün,hər an ay Xarı bülbül,
Gülsün gözün,hər an ay Xarı bülbül.


SAXLASIN

Dur ǝdə, Atam balası,
Gözlərin məni ağlasın.
Oxlov gətir, kündə kəsim,
Xalan fəsəli yağlasın.

Yağı təzə, xəmri maya,
Kǝkotunu atım çaya.
Kəsim töküm qaynar suya,
Yağ ilə soğan daglasın.

Xəngəli çəkim siniyə,
Xəbər verin Binəliyə.
Həsrətdən döndüm dəliyə,
Gəlmirsə payın saxlasın.


ŞAİRLƏR

Yatmamışam səsim obadan gəlir,
Keçmişdən nənədən babadan gəlir.
İsinmiş ocaqdan, yuvadan gəlir,
Şairlər bircə kəs öləndə yatar.

Zalım fələk yaman atıb kəməndi,
Çıxmayır qəlbimdən Borçalı dərdi.
Düşmən Qarabağın gülünü dərdi,
Şairlər bircə kəs öləndə yatar.

Göyçə, Zəngəzur tək səsəm sorağam
Yuxum yoxdur gecə gündüz oyagam.
Binəli der bu dünyada qonağam,
Şairlər bircə kəs öləndə yatar.


DAĞLAR

Buludlar toqquşa, şimşəklər çaxa,
Göydən leysan tökə, sel sular axa.
Yağışı islada, günəşi yaxa,
Dönəydim qoynunda, mən daşa dağlar.

Ayrılıq ürəyi yaman daglayir,
Qarlı dağlar qan yaş töküb ağlayır
Həsrət nəğməsindən, qara bağlayır,
Dönəydim gözündə, mən yaşa dağlar.

Dağların başında qar nişanəsi,
Güllərin köksündə, xar nişanəsi.
Ölərəm könlümdə, yar nişanəsi,
Mən də, bir qonagam, sən yaşa dağlar.

Əlim çatmır, ünüm yetmir, a qardaş,
Gözü yaşlı qalıb, hər qaya, hər daş.
Allah Binəliyə, qismət edə, kaş,
Yataydım əbədi, bax qoşa dağlar.
Dönǝydim qoynunda, mən daşa dağlar


AY KAMANDAR

Haqq yolunun yolçusudur.
Allahın əziz quludur,
Tutduğu haqqın yoludur,
Qiymətlisən,ay Kamandar.

Sazıdır, sözüdür varı,
Şirindir, bağının barı.
Saza verdi, ömrü yarı,
Qudrətlisən, ay Kamandar.

Tuş gəlmə,namərd oxuna,
Sazına tellər toxuna.
Sadəliyinlə çoxuna,
İbrətlisən,ay Kamandar.

Qocalığı yada saldı,
Ağsaqqal qeydinə qaldı.
El içində, çox ucaldı,
Hörmətlisən, ay Kamandar.

İlhamını,eldən aldı,
Ürəklərə,işıq saçdı.
Binəlini, qardaş sandı,
Diqqətlisən,ay Kamandar,
İzzətlisən,ay Kamandar.


NƏ GÖZLƏYİM MƏN

Hər güləndən dərdə dava gözləmə,
Hər ürəkdən ruha şəfa gözləmə.
Yurda xor baxandan vəfa gözləmə,
İmansız adamdan nə gözləyim mən.

Heç zaman bərəkət olmaz əlində,
Şirin bir kəlamı olmaz dilində.
Allahın sevgisi olmaz qəlbində,
Əyri yol gedəni nə izləyim mən.

Hərdən bir vaxt tapıb xəyala dalar,
Olub keçənləri hey yada salar.
Binali ilhamın elindən alar,
Nadandan yaltaqdan nə özləyim mən.


DÜNYADIR

Əhmədalı əminin əziz xatirəsinə

Sən kama yetişdin səksən yaşında.
Külfət ətrafında, ağlın başında.
Min hikmat görürəm hər baxışında,
Düşünmə xəyala dalan Dünyadır!

Bilirəm enişdi, yoxuşdu yolun.
Çoxunun çiynində qalibdi qolun.
Nəvə-nəticədir sağınla-solun,
Varını yoxunu alan Dünyadır!

El-oba uğrunda çağladı ürək,
Min qaynar qazanda qaynadı ürək.
Dərd səri çəkməyə bir hünər gǝrǝk.
Hər ömrə baltanı çalan Dünyadır!

Ha çalış yaxşını yamanı bulmaz,
Bir dəfə çevrilib üzünə gülməz,
Yapışar yaxandan insafa gəlməz,
Varlıqdan yoxluğa salan dünyadır!"

Nə mənə bəllidir nə sənə, bəlli,
Kimi yüz yaşayır, kimi də ǝlli.
Sevgi dolu bir ummandır Binǝli
Ay ami heç kimə qalan Dünyadır!


QOHUM QIZIL PULDUR

Bir urvatdir qohum yaxşı olarsa,
Bir sərvətdir qohum sadiq qalarsa.
Bir mərfətdir qohum yada salarsa,
Qohum qızıl puldur xırdalamasan.

Dar gündə köməyin dayağın olar,
Əlində yağ daşsa yarağın olar.
Qaranlıq gecəndə çırağın olar,
Qohum qızıl puldur xırdalamasan.

Yüz il keçsə qohum səndən yad olmaz,
Alışsanda səni yaxan od olmaz.
Ay Binəli kədərlənsən şad olmaz,
Qohum qızıl puldur xırdalamasan


GÖRƏRSƏN

Təbiət qoynuna gəlmək istəsən,
Toplayıb güllərdən, çələng hörərsən.
Ağsaqqal Babaya, Qoca Nənǝyǝ,
Əllərindən öpüb, salam verərsən.

Borçalı uludur, tarixi dərin,
Dağların qoynunda bulaqlar sərin.
Dədə-baba yurdu olub Türklərin,
Qarapapaq Türkü, özün görərsən.

Binəli həqiqət olanı desin,
Burda yeri olmaz,nadan-nakəsin.
Bu yurdda ucadır, yeri hər kəsin,
Şad olub bir daha qonaq gələrsən.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: