MÜŞFİQ BORÇALIYA
Minnətdarlıq məktubu
Nə qədər ki günəş “məşriqdən” (şərqdən) doğur
Tövbə qapıları açıqdır demək.
SƏDİ ŞİRAZİ.
Mən də deyirəm, - Nə qədər ki, Müşfiq Borçalının rəhbərlik etdiyi “Şərqin səsı” qəzeti var, bütün qapıları üzümüzə açıqdır demək...
Dövrü mətbuatda çap olunan - istər iqtidar yönlü, istər müxalifət yonlü, istərsə də müstəqil qəzetlərin sayı nə qədər çox olsalar da onların içərisində oxunaqlı qəzetlərin sayı çox azdır. Ən çox oxunaqlı qəzetlərdən biri də Müşfiq Borçalının rəhbərlik etdiyi “Şərqin səsi” və “Elm və Təhsil” qəzetləridir.
“Şərqin səsi”nə “hay” verən və onun işığına toplaşan ziyalıların sayı da gün-gündən çoxalır və artır..
Yenə adətim üzrə bu günlərdə yeni çapdan çıxmış 20 Aprel, 2014 tarixli, 64 (294) saylı “Şərqin səsi” qəzetini başdan-ayağa oxuyuram. Rənga-rəng mövzularla yanaşı həmin qəzetdə Müşfiq Borçalı mənim 60 illik yübleyimi təbrik edərək “Gözəl insan, istedadlı şair” başlığı altında üç (9-11) səhifəlik yazı dərc etdirmişdir. Burada müxtəlif illərdə çap olunmuş kitablarım haqda geniş məllumatla yanaşı yazdığım bəzi şeirlərlə birlikdə “Yadındamı?” poemamı da tam olaraq bu qəzetdə işıqlandırmışdır.
Təkcə indi deyil, hər vaxt “Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərində təmənnasız və məndən xəbərsiz yazılarım, - şeirlərim çap olunmaqdadır. Bununla yanaşı “Borçalı” nəşriyyatında bir neçə şeirlər kitabımin çap olunmasında da öz köməyini əsirgəməyən Müşfiq Borçalıya minnətdar olduğumu və təşəkkür etdiyimi bildirirəm.
Müşfiq Borçalı ustad şairlərin, ədiblərin yazıları ilə yanaşı əli yeni qələm tutan gənc yazarların da yazılarını öz qəzetlərində işıqlandırıb onları ruhlandıraraq öxucuların müzakirəsinə buraxır...
Həyat gözəldir qardaşım! Həyatda səmimi və gözəl insanlarla qarşılaşıb təmasda olduqda və ürəyə yatımlı dostlar tapdıqda həyat gözlərimiz önündə daha da gözəlləşir. Gözəl həyatda insanlar yaşadıqca yaşamaq istər. Bax, mənim üçün elə gözəl insanlardan biri də sənsən, Müşfiq qardaşım!
Mən də Allahıma şükür edərək deyirəm, - Nə yaxşı ki, həyatda sənin kimi gözəl, səmimi və mehriban bir insanı mənə rast gətirib.
Tanrı səni qorusun! Biz də, yəni bütün Müşfiqsevərlər də daima sizinlə fəxr edək və sənə bütün işlərində uğurlar diləyərək deyək:
- İşin avand, amalın kamil olsun, Müşfiq Borçalı!
Var olsun Müşfiqi, deyək, A DOSTLAR...
M üqəddəs kitabda yazılıbdır ki,
Ü midsizə ümid verən həyatda
Ş an-şöhrətli olar, - bilin, a dostlar!
F ikrindən dönməyən, əziz olanın,
İ stəyi-amalı təmiz olanın,
Q əlbi saf, pak olar, - bilin, a dostlar!
Ç ətinə düşənin qolundan tutan,
O na kömək edən, axtaran, tapan,
B orçalı Müşfiqdir, bilin, a dostlar!
A dına layiqdir tutduğu işlər,
N ə qədər iş görür, hamı görmüşlər.
O nunla çox xoşdur bizə görüşlər,
V ar olsun Müşfiqi, - deyək, a dostlar!
Hörmətlə:
AYB və AJB üzvü,
“Qızıl Qələm” mükafatı lauratı
Sədi YARADANQULU.
“Qızıl Qələm” mükafatı lauratı
Sədi YARADANQULU.
04.05.2014.
P.S.:
Sadi Yaradanqulu:
Müşfiq Mədəd oğlu Çobanovla mənim ilk tanışlığım 1990-cı illərin sonunda "Azərbaycan" Nəşriyyatında olub.
İlk baxışdan mənə o qədər doğma, o qədər yaxın göründü ki...
Bizim dostluğumuz da elə o vaxtdan başladı.
Arada yaş fərqimiz olsa da bir-birimizə qardaş münasibəti davam etməkdədir.
Müşfiq Borçalı səmimi olduğu kimi adına layiq dəyərli BORÇALI oğludur.
O, əli titrəyə-titrəyə qələm tutanların əlindən tutub yaradıcılıq yolunda inamla addımlamağı öyrədir, onlara dayaq olub öz qəzetlərində onları işıqlandırıb ictimaiyyətə tanıtdırır. Təmənnasız olaraq çoxlarının kitablarının işıq üzü görməsində yardımçı olur.
Müşfiq Borçalının son vaxtlar 3-cilddən ibarət dəyərli və əvəzsiz "SAZLI-SÖZLÜ BAŞKEÇİD" kitabları alqışa layiqdir.
Müşfiq qardaşım, Allah sizə cansağlığı, uzun ömür və bütün işlərinizdə uğurlar arzulayıram. Allah sizi qorusun! AMİN!
3 İyun 2016-cı il, saat 22:59. Fb.
***
Salam, əziz qardaşım. Elimin-obamın dəyərli və səmimi oğlu MÜŞFİQ MƏDƏDOĞLU (BORÇALI).
Sizi bu Adgününüz münasibəti ilə ürəkdən təbrik edirəm.
Sizə cansağlığı, uzun ömür arzumdur. Həmişə həyatda var olasız. Uğurların çox olsun.
Şəxsən mən sizin hər uğurunuza sevinirəm.
Allah sizi qorusun! AMİN!
TƏBRİKLƏR, QARDAŞ!
Bu gün yaş günündür, təbriklər qardaş!
Bu yaşa sən hələ elə yaş demə.
Doğsan-yüz il yaşa, amin qardaşım,
Namərdə, nadana onu aş, demə.
Həyatın mənalı olsun hər zaman,
Bizi sevindirsin uğurun hər an,
Qoy səninlə olsun bu gözəl dövran,
Sağlam ol, hər işə sən də iş demə.
Cavanlıq ömürün yazı-baharı,
Saçına düşən dən, gənclik nübarı,
Yazıb-yaratdığın əlin qabarı,
Soyuq-şaxtaya sən də qış demə.
Sədi sənə hər vaxt qardaşım dedi,
Can-ciyərim dedi, sirdaşım dedi,
Müşfiqim, eloğlum, yoldaşım dedi,
Sən də hər nadana sirdaşım demə.
Sədi YARADANQULU,
22.01.2017.
.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.