May ayının 18-də Bakıdakı Atatürk Mərkəzində
AMEA-nın müxbir üzvü, Milli Məclisin
Mədəniyyət komitəsinin sədri,
Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun
görkəmli alim, məşhur dilçi,
tanınmış türkoloq, Nyu-York
Akademiyasının akademiki,
uzun müddət Azərbaycan Respublikasının
Prezidenti yanında
Ali Attestasiya Komissiyasının
Ekspert Şurasının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Çobanova həsr olunmuş
“Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq”
kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, kitabda alimin mənalı həyat yolu,
ictimai, elmi-pedaqoji, həmçinin türk dünyasının
dieloktoloqu, onomatoloqu, antroponimisti kimi
məhsuldar fəaliyyəti, dilçiliyimizdəki özünəməxsus
cığırı, izi haqqında geniş məlumat verilir.
Mədəniyyət komitəsinin sədri,
Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun
görkəmli alim, məşhur dilçi,
tanınmış türkoloq, Nyu-York
Akademiyasının akademiki,
uzun müddət Azərbaycan Respublikasının
Prezidenti yanında
Ali Attestasiya Komissiyasının
Ekspert Şurasının üzvü olmuş
filologiya elmləri doktoru, professor
Mədəd Çobanova həsr olunmuş
“Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq”
kitabının təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, kitabda alimin mənalı həyat yolu,
ictimai, elmi-pedaqoji, həmçinin türk dünyasının
dieloktoloqu, onomatoloqu, antroponimisti kimi
məhsuldar fəaliyyəti, dilçiliyimizdəki özünəməxsus
cığırı, izi haqqında geniş məlumat verilir.
Yeni kitabı Ulu öndər
Heydər Əliyevin “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir” sözləri ilə başlayan müəllif ilk növbədə, türkologiya sahəsində xüsusi mövqeyə malik olan, alimlər arasında öz səsi, öz nəfəsi və qələmi ilə fərqlənən alimlərimizdən olan Mədəd Çobanovun Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Görkəmli strategiyaçı” adlı kitabı və digər 2 cilddən ibarət “Türk ədəbi dillərinin birliyinə doğru”, “Həyatnamə” kimi sanballı əsərləri haqqında qonaqlara ətraflı məlumat verir.
Nizami müəllim öz kitabında bildirir ki, professor Mədəd Çobanov hansı mövzuda yazırsa yazsın, onun araşdırmalarına söz ola bilməz...
Tədbiri giriş sözü ilə “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabının müəllifi Millət vəkili,
akademik Nizami Cəfərov
açıb və qeyd edib ki, bu gün həm də 75 yaşını təbrik etdiyimiz yubilyar - professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-a yaxın kitabın, 26 tədris proqramının, 580-ə yaxın elmi məqalənin , ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox publisistik bədii oçerklərin müəllifidir.
60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 102 elmi konfransın fəal iştirakçısı, 95 doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub.
Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-ə yaxın rəy, 30-a yaxın şeir və oçerk yazılıb. Əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub.
Professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının Diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim - ilin alimi “Qızıl medal”ı ilə təltif olunub.
Akademik Nizami Cəfərov onu da bildirilib ki, professor, Nyu-York EA-nın akademiki Mədəd Çobanov çoxşaxəli elmi və metodik yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Yaşının ahıl çağlarını yaşayan bu nurlu insan axtarıb-aramaqdan, dilimizin bu günkü vəziyyətinə, görkəminə nəzər salmaqdan doymur, yorulmur.
Tədbirdə çıxış edən görkəmli türkoloq-alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Xudiyev Mədəd Çobanovun dilçi filoloqlarımız arasında öz dəst-xətti olduğunu diqqətə çatdırdı. Daha sonra qeyd etdi ki, türkoloq alim kimi Mədəd Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.Onun əsərləri elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov professor Mədəd Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları və cansağlığı arzuladı.
Qazaxıstanın Azərbaycandakı səfiri
Serik Primbetov, Türkiyə səfirliyinin müşaviri
Fərrux Tığlı, filologiya elmləri doktoru, professor Nəbi Əsgərov, folklorşünas-alim Elxan Məmmədli, türkoloq-alim, professor Mahmud Allahmanlı, professor, fizik, şair Vaqif Nəsir, Əməkdar memar Ömər Qoçulu, İqtisad Universitetinin dosenti, şairə Aysəba Əlizadə, məşhur hərbi diktor Şəmistan Əlizamanlı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, şairlər Oqtay Rza, Mədəd Coşqun, Elbəyi Calaloğlu, Asif Ozan Bayramov, Nazilə Səfərli, alimin tələbələri, AMM-nin dekanı, filologiya elmləri namizədi, dosent Razim Məmmədli və Bakı Pedaqoji Kollesin direktor müavini, filologiya elmləri namizədi Gültəkin Əliyeva və başqaları çıxış edərək görkəmli alimin 75 illik həyat yoluna nəzər salıb, onun elmi-pedoqoji fəaliyyəti dövründə apardığı çoxsahəli nəzəri-təcrübi araşdırmaların türkologiya tarixində xüsusi yerinin olduğunu bildiriblər.
Türkiyə səfirliyinin inkişaf müşaviri Fərrux Tığlı çıxışında qürur hissi ilə bildirib ki, Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ortaq dil, ortaq mədəniyyət var. Bu baxımdan Mədəd müəllimlə yaxın dostluğunu, qardaşlığını yüksək qiymətləndirib.
Qazaxıstan səfiri Serik Primbetov da Mədəd Çobanov kimi alimlərlə bir xalqın, millətin fəxr etməli olduğunu bildirdi və bu fikrini dönə-dönə vurğuladı.
Və elə həmin gün “Qafqfz-Press” İctimai Birliyinin sədri Azadə Taleh Yubilyarı “Cəsarətli qələm” Fəxri Fərmanı ilə, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov isə İlin ən yaxşı vətənpərvər alimini “Qızıl Ürək” Qızıl medalı ilə mükafatlandırdı...
Sonra Yubiley tədbiri “Tural” restoranında bədii hissə ilə davam etdirilib.
Asıqlardan Ramin Borçalı, Aidə Gülzar, müğənnilərdən Rasim Tural, “N-star” qrupu, Kəmalə Qurbanlı, Cahan Elqızı və basqaları yubilyari ürəkdən təbrik etmiş, öz həzin mahnılari ilə tədbir iştirakçılarını feyziyab ediblər.
Yubiley tədbiri elə həmin gün AzTv, İTv, ATV, SpeysTv, DalqaTv və başqa televiziya kanallarının verilişlərində geniş şəkildə işıqlandırılıb.
Tədbirin sonunda çıxış edən professor Mədəd Çobanov iştirakçılara və təşkilatçılara səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
75 il nədir ki... Gözəl ailəsi, qazandığı çoxsaylı uğurlara əlavə Allahdan Mədəd müəllimə yalnız cansağlığı arzulayırıq!..
Məhəmməd VƏLİYEV,
“Respublika” qəzeti,
19 may, 2012-ci il, N: 109 (4398)
Fəxriyyə İKRAMQIZI,
“Yeni Azərbaycan” və “İki sahil” qəzetləri,
19 may, 2012-ci il, N: 89 (5628).
"Şərqin səsi" qəzeti, N: 43 (273) Oktyabr, 2012-ci il.
“Respublika” qəzeti,
19 may, 2012-ci il, N: 109 (4398)
Fəxriyyə İKRAMQIZI,
“Yeni Azərbaycan” və “İki sahil” qəzetləri,
19 may, 2012-ci il, N: 89 (5628).
"Şərqin səsi" qəzeti, N: 43 (273) Oktyabr, 2012-ci il.
Professor MƏDƏD ÇOBANOV - 75
FƏDAKAR ALİM,
GÖRKƏMLİ PEDAQOQ
GÖRKƏMLİ PEDAQOQ
Mədəd müəllimlə tanışlığımızdan əvvəl onun oğlu
Müşfiqlə tanış olmuşdum. Müşfiqlə tanışlığım isə məndə
Mədəd müəllimin ailəsi, ümumiyyətlə Çobanovlar haqqında
ilk xoş təəssüratlar yaratmısdı.
Mədəd müəllimin özü ilə ilk tanışlığım şair Ramiz Abdullayevin yaradıcılıq gecəsində olmuşdu. O, həmin gecəyə R.Abdullayevin yaradıcılığına həsr olunmuş sanballı əsəri ilə gəlmişdi. O zaman biz bir masa arxasında oturduq. Görünür hər ikimizin müəllimliyimizi nəzərə alıb, sonralar da Ramiz müəllim bizi həmişə öz məclislərində eyni masa arxasında oturdardı. Bu görüşlər aramızda isti münasibətlərin yaranmasına səbəb oldu və mən Mədəd müəllimin 60 illik yubileyinə dəvət olundum. Məhz onun bu yubileyində səslənən çıxışlar, çap olunan avtobioqrafik məlumatlar məndə onun həyatı və yaradıcılığı haqqında geniş və obyektiv təsəvvur yaratdı.
Gürcüstan ədəbi mühitində yetişən, yazıb yaradan, filologiya elmləri doktoru, professor adına kimi yüksələn Mədəd Çobanov doğrudan da fədakar alim, görkəmli pedaqoqdur. Onun yaradıcılığı çoxşaxəlidir.
O, Azərbaycan dilçiliyinin bir sıra aktual problemlərinə həsr olunmuş çoxsaylı əsərlər çap etdirməklə yanaşı ədəbi tənqid və jurnalistika, pedaqogika, dillərin tədrisi metodikası, tarix və hərbi tarix sahəsində qələmini sınamış və sanballı əsərlər yaratmışdır.
M.Çobanovun pedaqoji fəaliyyətinin qızıl səhifələrindən biri Gürcüstan Respublikasının Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan məktəbləri üçün 1992-1993-cü illərdə yazdığı fənn proqramları və “Azərbaycan dili”, “Azərbaycan-Türk dili” dərslikləridir. O, həmin dərslikləri yazmaqla qonşu ölkədə yaşayan həmvətənlərimizə ölçüyəgəlməz xidmət göstərmişdir. Onun yaradıcılığında Borçalı mövzusu xüsusi yer tutur. Borçalı şivələri, toponimləri, alimləri və s. barədə əsərləri doğulub boya-başa yetdiyi yurda böyük məhəbbətin, gərgin əməyin bəhrəsidir.
Azərbaycan Ali Hərbi Dənizçilik məktəbində keçirilən yubileyində mənə Mədəd müəllim haqqında çox şeylər məlum oldu. Sovet dönəmində rus dilində fəaliyyət göstərən bu məktəbin müstəqillik dövründə tezliklə Azərbaycan dilində fəaliyyət göstərməsi üçün Mədəd müəllim Azərbaycan Təhsil Nazirliyi tərəfindən bu məktəbə “Dillər” kafedrasına müdir vəzifəsinə göndərilmişdir. O, məktəbdə bütün normativ sənədlərin Azərbaycan dilinə tərcüməçisi olmaqla yanaşı, bir sıra dərslik və dərs vəsaitlərinin, habelə tədris proqramlarının müəllifi və tərtibçisi olmuşdur. Mədəd müəllim məktəbdə kursantların intellektual səviyyələrini yüksəltmək məqsədilə müxtəlif dərnəklər yaratmış, konfrans və viktorinalar təşkil etmiş, özü baş redaktor olmaqla çoxtirajlı “Dalğalar qoynunda” qəzetinin çap olunmasına nail olmuşdur... Həmin məktəbin Azərbaycan dilində uğurlu fəaliyyətində Mədəd müəllimin böyük zəhməti vardır.
Tale mənə Mədəd müəllimin 70 illik yubileyində də iştirak etməyi qismət elədi.
Onun haqqında yazılan avtobioqrafik kitabla tanış olduqdan sonra təəccülənməyə bilmirsən.
İki yubiley arası müddətdə bu insan necə məhsuldar işləmiş, nələr yaratmışdır?!
Millətinə sədaqətli, Vətəninə bağlı, Ulu Borçalını sonsuz məhəbbətlə sevən, görkəmli alim və pedaqoq, müdrik ağsaqqal, gözəl insan, filologiya elmləri doktoru, professor Mədəd Çobanov çoxsaylı kitabların və elmi əsərlərin müəllifidir. Məncə onun əsərləri siyahısında başda Müşfiq Mədəd oğlu durur.
Mədəd müəllimi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram!
Onun artıq qeyd etdiyim kimi 60 və 70 illik yubiley təntənələrində iştirak etmişəm. Gün o gün olsun 80, 90, 100 illik yubileylərində iştirak edək!
Vaqif NƏSİR,
ADPU-nun professoru,
Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
İKİ ÖLKƏ ZİYALISI
Mədəd müəllimin üçüncü yubiley tədbirində iştirak edir, onun haqqında ürək sözlərimi yazıram. Əvvəlki yazılarımda əsasən filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi axtarışlarına daha çox önəm verdiyimi nəzərə alıb, bir qədər də bu Borçalı kişisinin şəxsi keyfiyyətlərindən söz açmaq eşqinə düşdüm.
Professor Mədəd Çobanov iki ölkənin - həm Azərbaycanın, həm də qonşu Gürcüstanın sayılıb-seçilən ziyalılarındandır. Onun Gürcüstanda Tbilisi Dövlət Pedaqoji Universitetində işlədiyi illərdə yetişdirdiyi “meyvələri” indi də Borçalı bölgəsində, bütövlükdə Gürcüstan təhsil sistemində öz keyfiyyətini, təravətini saxlamaqdadır. Bu fikir bir qədər obrazlı alınsa da, demək istəyirəm ki, bu ziyalı kişinin yetirmələri doğma yurdda onlarladır və indi də belə kadrlar bu bölgəyə daha çox fayda verir...
Mədəd müəllimin ömrünün təxminən son 20 ili doğma ölkəmizlə - Azərbaycanla bağlıdır. Bu illər Mədəd Çobanov müxtəlif elm ocaqlarında - ali məktəblərdə fəaliyyət göstərib, gənc nəslin ali təhsilli kadr kimi yetişməsində, formalaşmasında böyük əmək, zəhmət sərf edib. Onun son illərdə kafedra mudiri vəzifəsində çalışdığı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində, eləcə də Hərbi Akademiyadakı fəaliyyəti də uğurla keçib. Müharibə şəraitində yaşayan ölkəmizin ordu quruculuğunda, nizam-intizamlı hərbçi kadrların hazırlanmasında Mədəd müəllimin özünəməxsus rolu olub. Onun hərbçi tələbələr üçün hazırladığı lüğətlər, metodik göstərişlər və vəsaitlər uzun müddət bu sahədə təhsil alan tələbələrin stolüstü kitablarına çevrilib və əminik ki, həmin kitablar bundan sonra da onların stolüstü kitabları olacaqdır...
Professor Mədəd Çobanov harada işləməsindən asılı olmayaraq öz şəxsi keyfiyyəti ilə hamını intizama dəvət edib. O, kristal bir şəxsiyyətdir. Onu öz amalından, müəllimlik peşəsindən, elmi yaradıcılığından heç bir vasitə ilə ayırmaq mümkün deyil. Bu fikirləri ona görə cəsarətlə deyirəm ki, biz bu yaxın illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bir yerdə fəaliyyət göstərdik, türk tələbələrinə dərs dedik.
Tələbələrin davranışlarından, intizamından hiss etmək olurdu ki, Mədəd müəllim işinə, peşəsinə, pedaqoji fəaliyyətə nə qədər önəm verir.
Mədəd Çobanov bu gün də elmi yaradıcılıqla ciddi məşğul olur. Onun son illər “Kredo” qəzetində çap olunan Borçalı toponimləri ilə bağlı silsilə məqalələri bu sahə ilə məşğul olan oxucuların rəğbətinə səbəb olub. Qeyd olunan yazılarında Mədəd müəllim təkcə Borçalı toponimlərini deyil, ümumiyyətlə, Gürcüstan ərazisindəki türkköklü onomastik vahidləri araşdırır. Borçalı deyəndə, əsasən, Marneuli, Bolnisi, Dmanisi (Başkeçid), Qardabani (Qarayazı) nəzərdə tutulursa, Mədəd Çobanov bu axtarışlarında Tetri-Skaro (Ağ-bulaq), Zalqa, Saqareco, Gürciani, Laqodexi, Kaspi və s. rayonlardakı Azərbaycan mənşəli, eləcə də Tiflis şəhəri həndəvərindəki toponim və urbanonimləri yenidən araşdırır və onların semantikası haqqında elmi fikirlər irəli sürür.
Professor Mədəd Çobanov ümumtürkologiya sahəsinə dair bir neçə kitabın və onlarla məqalənin müəllifidir. Onun 2008-ci ildə çap olunmuş “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyası geniş elmi ictimaiyyat tərəfindən maraqla qarşılanmışdır. Onu da qeyd edim ki, Mədəd müəllim Türk Dili Qurumunun IV və VI Qurultaylarında, Türk Ocaqlarının Trabzon və Çevrəsi Uluslararası simpoziumunda və digər elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Müəllifin qeyd olunan monoqrafiyası barədə Türkiyə alimləri geniş rəylər çap etdirmiş və monoqrafiyada gündəmə gətirilən problemlərin həyata keçirilməsi barədə mülahizələr irəli sürülmüşdür.
Professor Mədəd Çobanovun mənim də rəyçisi olduğum “Türk ədəbi dillərinin birliyinə doğru” monoqrafiyasının ikinci cildi bu günlərdə işıq üzü görüb.
Müəllif tərəfindən bu cilddə türklüyün oyanışı, onun əsas problemləri, Şumer və Türk dillərinin tarixi-linqvistik, mədəni və mənəviyyat baxımından bir-birinə yaxınlığı, Türk dilləri ailəsinin yenidən təsnifi, Şumer və Türk dillərinin vahid Şumer-Altay-Türk dilləri ailəsində birləşməsi, dünya sivilizasiyasına şumerlərin və türklərin töhfələri və s. geniş araşdırılmışdır.
Mədəd müəllim uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyasında
Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərib.
Bu sahədə də o, prinsipiallığı,
elmə münasibəti, dəqiqliyi ilə seçilib.
Onun bu yönümdəki fəaliyyəti görkəmli alim
və pedaqoqların diqqətini cəlb etmiş, belə
kristal təbiətli ziyalının elmə, təhsilə lazımlılığı,
faydalılığı dəfələrlə qeyd olunmuşdur.
Mədəd Çobanovun mənəvi bütövlüyü,
pedaqoji və elmi yaradıcılığı,
istərsə də ictimai fəaliyyəti haqqında
çox yazmaq, çox danışmaq olar.
Onu bu əziz doğum günündə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür arzulayır, övladlarına həmişəki kimi başucalığı gətirən ata, nəvələrinə qayğıkeş baba olmasını arzulayıram!...
Nəbi ƏSGƏROV,
filologiya elmləri doktoru, professor.
BORÇALIDAN UÇAN QARTAL
“Qartal yuvasından qartal uçar!”
Calal BƏRGÜŞAD.
Görkəmli dilçi alim, professor
Mədəd Çobanovun 75 illiyi münasibətilə
Qartallar yurdudur Borçalı yurdu,
Dayanmaz önündə bir böyük ordu,
Adın ucalardan, ucada durdu,
Səmtin zirvəyədir bil, Mədəd qağa.
Başın ağarsa da coşqundur ürək,
Mənalı taleyi biz qoşa sürək,
Həmişə biz sizi növcavan görək,
Ömrünə gəlsə də il, Mədəd qağa.
Qartal yuvasından qartallar uçar,
Sizin tək alimi sevinclər qucar,
Qəm-kədər yox olar, uzağa qaçar,
Sizi qucaqlayar əl, Mədəd qağa.
Borçalı yaşayar sazın telində,
Ucalar nəğməsi dağlar selində,
Gələndə hər zaman Darvaz elində,
Bəzəsin ömrünü gül, Mədəd qağa.
Neçə yazıların artdı-qalandı,
Şərəfin xeyriyə yolu salandı,
Ən böyük əsərin Müşfiq balandı,
Söyləyir bu sözü el, Mədəd qağa.
Bu gün yetmiş beşi salırıq yola,
Üzümüz yüzədir qalmayaq dala,
Alqışlar söylənir siz tək oğula,
Qocalıq sözünü sil, Mədəd qağa.
Səyavuş Uyğundu burda dayağın,
Türkün dünyasından gəlsin sorağın,
Bir alim oğlusan ana torpağın,
Yaşa hər bir zaman, gül, Mədəd qağa.
Səyavuş UYĞUN,
Borçalı, Marneuli şəhəri.
24 avqust 2012-ci il.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.