Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib

Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib Mayın 3-də Bakıdakı “Gülüstan” sarayında
ümummilli lider Heydər Əliyevin
anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Mərasimdə Təhsil Naziri Mikayıl Cabbarov
ulu öndər Heydər Əliyevin təhsil fəlsəfəsinin bu gün də öz bəhrəsini verdiyini və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil etdiyini vurğulayıb.

Nazir qeyd edib ki, gənclərimizin əsl vətəndaş kimi yetişdirilməsi üçün hər bir məktəblinin vətənə məhəbbət ruhunda tərbiyə olunması, milli özünüdərk və milli iftixar hissinin aşılanması mühüm əhəmiyyət kəsb edir.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I,9 nəfər II,15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.

Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

“Ən yaxşı təqdimat”
müsabiqəsində
təcrübəli təhsil işçisi
Mehparə Mansurova
nın
rəhbərlik etdiyi
bizim 231 N-li orta
məktəbin XI sinif şagirdi
Həbibə Cabbarova
da
iştirak etmiş və II yerə
layiq görülmüşdür.

Onu da qeyd edək ki,
Həbibə öz uğur və nailiyyətləri ilə bizi dəfələrlə sevindirib.

Fəxrimiz olan Həbibəni ürəkdən təbrik edir və ümid edirik ki, o, yeni-yeni uğurları ilə müəllimlərini, valideynlərini, dostlarını sevindirəcək.

Vəsxanım ƏSƏDOVA,
Bakının Pirallahı rayonundakı
231 №li orta məktəbin
Azərbaycan dili və
ədəbiyyat müəllimi.


Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib Həbibə öz növbəti uğuru ilə bizi yenə sevindirib



































.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: