Şəhla RAMAZANQIZI: "Ərköyün təbəssümlü ev"

Şəhla RAMAZANQIZI: "Ərköyün təbəssümlü ev" Şəhla RAMAZANQIZI (Şəhla Ramazan qızı Qafarova) - 1989-cu il noyabr ayının 11-də İsmayıllı rayonunun Diyallı kəndində musiqiçi ailəsində anadan olub. 1996-2007-ci illərdə Diyallı kənd orta məktəbində, 2008-2012-ci illərdə Bakı Slavyan Universitetinin Xarici dili və ədəbiyyatı fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2015-ci ildən İsmayıllı rayon Gənclər və İdman İdarəsində baş məsləhətçi vəzifəsinə test üsulu ilə dövlət qulluğuna qəbul olub, kiçik dövlət qulluqçusudur. Eyni zamanda, 2015-ci ildən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının Gənclər Birliyinin sədridir.

2010-cu ildən Şəhla RAMAZANQIZI imzası ilə şeirləri və məqalələri Respublika mətbuatında (“Kaspi”, "Möhtəşəm Azərbayacan", "Azad qələm", "Eimiz.Günümüz", “Olaylar”, “Əkinçi”, “İsmayıllı xəbərləri”, “İctimaiyyət və təhsil”, “Tovuz-Turan”, “Skanvord”, “Oxu məni” və s. qəzetlərdə), müxtəlif ədəbiyyat və mədəniyyət portallarında dərc olunur.
2013-cü ildə “Zirvə” mətbəəsində “Qəlbimin sözü” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevrilib.
Bir sıra ədəbi birliklərin, o cümlədən, 2015-ci ildən İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin, 2016-cı ildən DGTYB-nin üzvüdür.
2013-cü ildən İsmayıllıda təşkil olunan “Dağ çiçəkləri” ədəbi məclisinin ən fəallarındandır.

Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü, gənc xanım yazar, şairə, jurnalist Gülnarə İsrafilqızının müəllifi və rəhbəri olduğu "Zərrələr" layihəsi çərçivəsində işıq üzü görən "Zərrələr" antologiyasında dərc olunaraq ilk dəfə olaraq, Respublika səviyyəsində ictimaiyyətin nəzərinə çatdırılıb.

“Daş Ürək” hekayəsi 2015-ci il avqust ayında qardaş Türkiyə Cümhuriyyətinində Tokat Şairler ve Yazarlar Derneğinin orqanı olan KÜMBET DERGİSİ-nin 37–ci sayısında işıqüzü görüb.

Şeirləri isə 2015-ci ildə "Vehdet.org "Ədəbi-İslami-Vəhdət" saytının və "Aşıq Şəmşir" Ocağı İctimai Birliyi tərəfindən maliyyələşdirilən və həyata keçirilən "Söz və Amal Birliyi" layihəsi çərçivəsində işıq üzü görən "Söz tonqalı" Türk dünyası yazarlarının antologiyasının birinci hissəsində, 2015-ci ildə ASKEF-in təşkilatçılığı ilə işıq üzü görən Avrasiya Şairləri Antologiyasının 3-cü cildində, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şairələrimiz Nəcibə İlkin, Zeynəb Dərbəndli və Elmir Mədətoğlunun təşkilatçılığı ilə 2016-cı il 11 mayda təqdimatı keçirilən “Atəş 2016” antologiyasında, yenə ASKEF–nin təşkilatçılığı ilə hazırlanan mayın 24-26 –sı Şəki və Bakı şəhərlərində təqdimatı keçirilən “Turana açılan könüllər” antologiyasında və s. dərc olunub.

Biz də Şəhla Ramazanqızına yeni-yeni yaradıcılıq uğurları arzulayır və
aşağıda onun bir hekayəsini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



Ərköyün təbəssümlü ev

Bu gün bir dostumun həyat hekayəsini Sizə yazmaq istəyirəm. Bəlkə bu hekayə qəhrəmanının yaşadıqları Sizlərin taleləri ilə üst-üstə düşəcək, bəlkə də yox. Bəlkə oxuyub sevəcəksiniz, bəlkə də sevməkdən əl çəkəcəksiniz. Sadəcə demək istəyirəm ki, Sizi sevəni ömür boyu sevin. Heç yalnız buraxmayın.

Bulud çayın qırağında oturub əlinə yığdığı xırda daşları hərdən suya atır, hərdən də doluxsunub göz yaşlarını içinə axıdırdı.

Bir neçə dəqiqə sonra kənddən maşın siqnalları eşidildi. Bəli bu toy- Gəlin Getdi məclisinin səsisdi. Hamı şadlanırdı, sevinirdi. Bulud isə etinasız halda başını qaldırıb gedən maşın karvanına dalğın nəzərlərlə baxdı və yenə də əvvəlki halına qayıtdı. Bir dəfə də başını qaldırıb baxdı, artıq maşın karvanının son iştirakçısı da gözə görünmədi. O bu dəfə özünü saxlaya bilmədi, dərindən bir ah çəkdi, elə ah ki, dağları, daşları göz yaşına qərq elədi. ELə ah ki, səmanı ağlatdı. Bayaqdan içində qaynayan vulkan püskürdü, səsi yetdiyi qədər qışqırdı...Sanki sinəsindən ürəyini ayırdılar. Birdən susdu...Sadəcə göz yaşları içərisində boğulmağa başladı...

Gözlərindən süzülən yaşla sanki bütün ümidləri axıb gedirdi. Elə bil köksündən can ayrıldı.

Bulud bu gün çox ağladı, çox...Nəhayət axşama doğru gözlərini silib yerindən qalxdı. Əllərini, üzünü çayda yuyub evə yolandı. Sakitcə həyətə girib öz otağına qalxdı. Qapını bağladı...daha göz yaşları axmırdı.. Yerində uzanıb gözləri tavana zillənmiş halda donub qaldı və beləcə yuxuya getdi.

O gündən qəlbinə daş bağladı, sevməyəcəyinə dair and içdi.

Aradan xeyli zaman keçdi. Onu da deyim ki, Bulud xüsusi bacarığı sayəsində daşlardan müxtəlif fiqurlar hazırlayırdı, xüsusilə də çay daşlarından. Daşlar onun lal sirdaşlarıdır. O hazırladığı əsərlərini emalatxanasında saxlayırdı. Universitetə sənəd versə də qəbul ola bilməmişdi. Amma onun məktəb dostu Ramil tələbə idi. Onların dostluğu davam edirdi.

Yay tətilinə buraxılan əksər tələbələr kimi Ramil də dərslərin stresini kənddə dincələrək atmaq üçün kəndə gəldi.

Ramil kəndə gəldisə demək Buludun emalatxanasına baş çəkəcəyi mütləqdi. Ramil artıq emalatxananın önündədi, Buludu gözləyir. Bulud gəldi onlar görüşüb oturdular çay içməyə...Söhbətləşməyə başladılar.

-Bulud, maşallah, heç dincəlməmisən ki...Nəisə sənə daha çox gec verib hə? –deyə Ramil əsərləri işarə etdi.

-Yox. Ramil, sadəcə olaraq bu müddət ərzində zamanımı keçirəcək, dərdləşəcəyim ortağımla bir az çox vaxt keçirmişəm.

Söhbət əsnasında Ramil dostuna şəhərə gəlməyi, qalıb işləməyi təklif etdi.

-Bulud, düzdür, əsərlər yaradırsan, amma bundan çörək pulu çıxmır. Gəl gedək şəhərə, mənimlə qal, işlə. İş axtarıb taparıq.Gəzərsən, gözün, könlün açılar. Qalmısan daşlarla dərdləşə-dərdləşə. Gəl gedək bir az da insanlarla dərdləş.

O öncə bu təklifə həvəslənsə də sonra nəisə düşünüb imtina etdi.

-Ramil, qardaşım, bura mənə daha xoşdur. Burada özüm oluram.Şəhər mənlik deyil. Qoy arzusunda olanlar yaşasın orda.

Sonuncu cümləni sanki iztehza ilə dedi... Elə bil kiminsə acığına gəlsin deyə söylədi...

Şəhər mövzusu Onu sanki xatirələrə, keçmişə qaytardı bir anlıq da olsa. Orda yaşadıqlarına dərin bir nifrətlə dedi son cümləni sanki...

Axşamadək birlikdə olan dostlar doyunca söhbət etdilər. Üç aylıq tətil müddətində Ramil hər gün emalatxanaya gəlir və əksər halllarda şəhərə getməyi ortaya atırdı. Ramil çox pis olurdu. Onun ən yaxın dostu özünə qapanıb, məhvə gedirdi. Əlindən heç nə gəlmirdi...

Hətta zarafatla da Buluda: -gəl gedək eynin açılar, şəhər cənnətdi, orda hurilər dolanır. Ay avam, bu nə gündü, burda səni heç cinlər də xatırlamaz”-deyirdi.

Sentyabr ayı gələr-gəlməz bütün tələbələr şəhərə üz tutur. Ramil də hamı kimi.

Dərslərin başlamasından on gün keçmişdi. Ramil tələbə yoldaşları ilə yeməkxanada oturmuşdu. Birdən uşaqlardan biri sərgi keçirilməsi haqda elan gördüyünü dedi.

Hamı birdən:

-Hə nə olsun, belə sərgi tez-tez keçirilir də” –dedilər.

Tələbə oğlan:

-Elə deyile, bu məsələdə diqqət çəkən məqamlar var. Sərgi Əl əməyindən hazırlanan əsərlərin sərgisidir. Özü də bizim rektorun qızı keçirir”- deyə sözünü yekunlaşdırdı.

Ramil sanki yuxudaydı oyandı, yerindən qalxıb elanla maraqlanmaq üçün bufetdən çıxdı. Xəbəri dəqiqləşdirdi. Dərhal dostuna xəbər etməyi qərarlaşdırdı.

İnanmağına bircə mane olan sərgi rəhbərinin birinci kurs tələbəsi olması idi.

Univestitetdə hamı : - papanın gül balasıdır, o edər. Atasının əlində su içmək kimidir, özü edir, qızının adına yazır” –deyə dedi -qodu edirdilər.

Dərsdən sonra Ramil Buluda zəng vurdu. Vəziyyəti ona izah etdi. Buludsa qalib gələcəyinə heç inanmadı. Sadəcə olaraq dostunu qırmamaq səbəbiylə razılıq verdi. Ramil şənbə günü əsərləri kənddən gətirdi. Sərgidə onun da əsərləri yer aldı. Üzərində “Ə” hərfi yazılan daş ürək” əsəri bütün sərgi iştirakçılarının diqqətinə səbəb oldu. Sərginin ən yaxşı əsəri də məhz “ Daş ürək” oldu. Bulud gəlmədiyi üçün mükafatı Ramil aldı. Tədbir qurtardı və hamı getdi. Sərginin rəhbəri Əsma hələ də “Daş ürək”-dən gözlərini ayıra bilməmişdi. Sakitcə oturub seyr edirdi.Əsərin mənasını anlamağa çalışırdı. Qız sanki daşa ilk baxışda vuruldu. Əsəri yaradanın ürəyini sevdi.

Hər gün sərgi salonuna gəlib saatlarla əsəri izləyirdi. Yeni mənalar kəşf edirdi, daha çox sevirdi. Daşlaşan ürəyi.. Öz-özünə xəyallar qurmağa başlamışdı artıq.

Daş ürək..Daş var üzərində gül bitər, daş var içindən bulaqlar qaynayar, daş var sadəcə daş... Fikirləşirdi və cavab axtarırdı sual dolu nəzərləriylə...

Əsma daşın üzərindəki Ə-yə görə bəlkə bir az daha çox sevdi.

Günlər keçdi. Əsma sənətkarı görmək qərarına gəldi. Təkrar sərgi təşkilini atasına təklif etdi. Atası:

-Qızım yenilikçi ol, çalış əvvəlkindən heç nə olmasın, yoxsa heç kimin marağı olub gəlməz ha”- deyib xatırlatdı.

Sərginin vaxtı dəqiqləşdi.Bu dəfə qəsdən əsər müəlliflərinin iştirakı vacib şərt kimi qeyd etdi.

Ramil bu dəfə də Buluda xəbəri çatdırdı. Bulud o zaman kənddə deyildi. Qonşu rayonda usta kimi işləyirdi. Villa tikirdi. İştirak etməyəcəyini bildirdi.

Qəbul başa çatdı. Lakin nə Ramil, nə də Bulud adlı şəxs qeydiyyatdan keçmədi. Əsman üçün artıq sərgi marağını itirdi. Atasında aparıcılığı başqasına həvalə etməyi xahiş etdi. Atası razılaşdı.

Sərgini aparan qız Ramilin xoşuna gəldi və onunla sərgi sonrası həmsöhbət oldu.

Yay tətili yenidən başladı. Artıq Buludun işlədiyi villada demək olar ki, son tamamalama işləri qalıb. Evin sahibi ay ərzində ən azı iki dəfə baş çəkib onların ehtiyaclarını təmin edirdi.Buludun mədəniliyi, öz işinə can yandırmağı, xüsusilə də villanın tikintisində yeniliklər etməsi, standart daşlara müxtəlif naxışlar vurması ev sahibi Zakir əminin çox xoşuna gəlirdi. Burda hamı Zakir əminin xətrini çox istəyirdi. Kəndə yeni köçməsinə baxmayaraq qonşuları ilə olduqca səmimi münasibət yarada bilib.

Bulud bu həyatda yeganə dayağı olan nənəsi Ziba xanımla yaşayırdı. Nənəsini də itirəndən sonra artıq qonşu rayonlara işləməyə gedirdi.

Əsma son dəfə öz doğum günündə və yeni evlərində sərgi keçirmək qərarını atasına söylədi. Sərgi yeni evlərində keçirilsin istədi Əsma. Ata razı oldu. Əsma ilk sərgidən yalnız “Daş ürəyi” gətirdi. Atası evlərində təmir tikinti işini aparanların hamısını tədbirə dəvət etdi.

Bulud sərgi günü adi geyimdə gəldi. Zakir əmi əslində Armilin rektoru idi. Bulud özüylə heç bir əsər gətirməmişdi, birindən başqa.

Zakir əmi hər dəfə bu evi sevimli qızına hədiyyə edəcəyini söyləyirdi ustalara. O qızının dəcəlliyindən, onun necə sevimli olmasından danışanda heç kim inanmazdı ki, söhbət 19 yaşlı qızdan gedir. Bəlkə də o evin yeganə övladı olduğu üçün bu qədər sevimli idi.

Zakir əminin sözlərini nəzərə alaraq Bulud, kiçik meymun hazırlamışdı daşdan üzərində Ə hərfi.

Sərgi zamanı hamı bir-biriylə tanış olmağa başladı. Bulud meymunu vermək üçün qızcığazı gözləyirdi. Gözlərinə inanmadı. Zakir əmi qızını qonaqlara təqdim edəndə qəşəng, ucaboy, sarışın bir gənc xanım olacağını Bulud gözləmirdi. Onun ağzı açıla qaldı heyranlıqdan.“Necə də gözəl qızdır”- deyə xəyallarından süzüldü Əsmanın surəti. Sonra tez özünü danladı. Olmaz deyə.. Sərginin sonunu səbirsizliklə gözlədi. Əlindəki meymunu gizlətməyə çalışsa da alınmadı. Əsma gördü. Lakin yaxınlaşmadı. Hiss etdi ki utanır.

Tədbirin sonunda Bulud meymunu masanın üzərinə qoyub getdi.

Kəndə gəldi. Nənəsinin evinə. Tək yaşadığı mənzil onu üşütdü.Qərar tuta bilmədi burda. Getdi emalatxanasına. Öz dünyasına. Əsərlərinə baxdı. İlk məhəbbətinə -onun ürəyini daşa çevirən qızın şəklinə baxdı. Göz yaşlarını saxlaya bilmədi. Oradan çayın kənarına gəldi. Qocaman bir ağac var idi orda minlərlə sevgilərə şahidlik etmiş. Dərdinin qaysağını qopardı yenə. İlk məhəbbəti gözlərinin önündə gəlib durdu. Yaşadıqları xoş anlar və... son...

Içində “niyə? niyə” –deyə bağırtılı suallar bir-birini izləməkdə idi. Dərdləri ilə baş-başa satlarla qaldıqdan sonra ordaca yuxuya getdi.

Sarışın gözəlin gözlərini ona dikmiş halda qarşısında durduğunu görüb yuxudan diksindi. Baxdı ki, ətraf zülmət qaranlıq, bayırda heç kəs yoxdur, ulaşan çaqqallardan, hürüşən itlərdən savayı. Durub üstünü çırpıb evinə qayıtdı. Əllərini yuyub çay qoydu. Çay içəndən sonra nənəsinin hər gün oxuduğu “Qurani-Kərimi” açıb oxumağa başladı. Oxuduqca sanki ayələr ruhunu sakitləşdirdi. Gərginliyi keçdi. Sonra nənəsinin namaz sütrəsini götürüb namaz qıldı. Duasında da ən çox səbr istədi.

Əsma meymunu götürüb baxdı. Üzərində Bulluddan balaca Ə-yə hədiyyə yazılmışdı. O özlüyündə anladı ki, Bulud “Daş ürəyin” sahibidir.

Bir dəfə evin daşlarını nəzərdən keçirərkən Əsma möhtəşəm, böyük bir sənət əsərinin şahidi oldu. Atasını çağırdı...

Evə öndən baxanda üzərindəki naxışlarla sanki ərköyün qızın təbəssümünü, kənardan baxanda isə incikliyini əks olunduğu aşkarca görünürdü.

Əsma bu möhtəşəmliyi hamıya nümayiş etdirmək üçün dostlarını, ötən sərgiyə dəvətliləri çağırdı.

Ötən bu günlər ərzində Bulud sərgidə düşdüyü vəziyyəti xatırlayıb gülürdü. Böyük qıza balaca meymun hədiyyə etmişdi...

Getdikcə sanki Əsma Buludn daşa çevrilən qəlbini həyata qaytarırdı. Özündən bixəbər Əsma onun ruhuna xoş gəlirdi, bağlanırdı sanki. Amma ürəyinin təkrar daşlaşmağından qorxurdu Bulud. Amma sevgi ağlı dinləmir ki...

Əsma qonaqları şəxsən özü çağırdı. Buludu isə atasından xahiş etdi ki çağırsın.

Budur artıq qonaqlar yığışıb. Hava da olduqca sərin... Evin ətrafında çiçəklər açılıb.. Tədbiri başlamaq olar..

Tədbir başladı. Əsma qonaqları bağa dəvət etdi. Ardınca ən möhtəşəm sənət əsərini təqdim etdi. Sadəcə mükəmməl bir iş idi.

Zaman keçdi Buludla Əsma ötən vaxt ərzində tez-tez bir ortama gəldilər. Bulud imtahansız universitetə qəbul oldu. Oxuduğu müddət ərzində bir sıra beynəlxalq sərgilərdə iştirak etdi, mükafatlar qazandı.

Əsma və Bulud birgə sərgi salonları açıb. Onların qızı da Bulud kimi qeyri-adi bacarığa malikdi.

Ən böyük iz isə daşa dönən ürəyin əvəzində ürəyə dönən daşın ərköyün qıza təbəssümü oldu.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: