MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR

MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIRMADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIRMADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR MADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIRMADDİ-MƏDƏNİYYƏT ABİDƏLƏRİMİZİN SİRRLƏRİ ARAŞDIRILIR
Bu gün -
2017-ci il iyulun 31-də
"Cabir Novruz"
Mədəniyyət Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitu­tunun
akt zalında
"Azərbaycanı dünyaya bağlayan maddi-mədəniyyət abidələrimiz" mövzusunda elmi konfrans keçirib.

Zim.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəs­təyi ilə həyata keçirilən "Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliginə dair təşəbbüslər" adlı layihə çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov açıb, konfrans haqqında iştirak­çılara qısa məlumat verib və məruzəçi - tanınmış tədqiqatçı Şakir Qa­bıssanlının elmi fəaliyyətindən danışıb.

Tanınmış kulturoloq, professor Fuad Məmmədov "Cabir Novruz" Mədəniyyət Fondunun fəaliyyətini yüksək dəyərləndirib, Fondun həyata keçirdiyi layihəyə uğurlar arzulayıb və Fondun Qobustan abidələri haqqında ha­zırladığı video-klipi konfrans iştirakçılarına təqdim edib.

Sonra Şakir Qabıssanlı "Azərbaycanı dünyaya bağlayan maddi-mə­dəniyyət abidələrimiz" mövzusunda məruzə edib.
Məruzə böyük ma­raq doğurub və diqqətlə dinlənilib.

Məruzə ətrafında geniş müzakirə olub, professor Murad Baxşıyev, sənətşünaslıq üzrə fəlsəfə dok­toru, dosent Qorxmaz Əlilicanzadə, ta­­nınmış kinoşünas Şeyx Əbdül Mahmudbəyov, fəlsəfə doktorları Fikrət Nəbiyev, Firudin Qurbansoy, "Zirvə" İnformasiya Mərkəzinin rəhbəri Müşfiq Borçalı və baş­qaları çıxış edərək, məruzə ilə bağlı öz fikirlərini bil­di­riblər, Ş.Qa­bıssanlının əməyini yük­sək qiymət­lən­­di­rib­lər.

Tədbirə "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti və layihə rəh­bəri, professor Cavanşir Qurbanov yekun vurub, tədbir iştirakçı­la­rına təşəkkür edib və öz minnətdarlığını bildirib.

Konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, professor Fuad Hacızadə, tanınmış rəssam Minayə Feyzullayeva, şairlər Musa Ələkbərli, Gilə Əliqızı, Müşfiq Cabiroğlu və b. iştirak ediblər.

Aytac MƏDƏDLİ,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: