mənəvi dünyasında
çox böyük tərbiyəvi əhəmiyyəti var.
O elə bir mənəvi dünya, elə bir duyğudur ki,
burada bəşəri ideyalar doğulur.
Bizim xoş günlərimizin sayı
nə qədər çox olsa da,
doğulduğumuz müqəddəs torpağımızı,
bizə mənəvi dəstək verən elimizi-obamızı
heç vaxt unutmayırıq, unuda da bilmərik.
Hər an, hər dəqiqə Azərbaycanı,
Borçalını, Sadaxlını düşünməliyik.
Bu sözlər qədim Borçalı mahalında -
indiki Gürcüstanın Marneuli rayonundakı
Sadaxlı kəndində dünyaya göz açmış,
tanınmış inşaatçı-mühəndis,
texnika üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Layihə İnstitutunun
baş konstruktoru
Nazim Şamil oğlu Poluxovun
“Nurlar” nəşriyyatında təzəcə çapdan çıxmış
– “Sadaxlı elinin Poluxöyü şəcərəsi” adlı
kitabından götürülmüşdür.
Kitab uzun axtarışların, hədsiz duyğu-düşüncələri
süzgəcdən keçirməyin, digər müəlliflərin mövzu ilə
bağlı yazıb-söylədiklərinə də nəzər salmağın nəticəsi kimi ərsəyə gəlib.
Müəllif faktlara söykənməklə Gürcüstanda, onun dilbər guşəsi olan Sadaxlıda azərbaycanlıların çox qədimlərdən məskunlaşdıqlarını göstərmək üçün yalnız bir nəslin – Poluxöyü nəslinin şəcərəsini yaratmışdır. Bu isə yerli əhalinin təsəvvürlərinə görə, Sadaxlı elində ən qədim nəsillərdən biridir.
Nazim Poluxov mənsub olduğu şəcərənin, nə az-nə çox,
on nəsli barəsində məlumat verir, adamların adlarını çəkir, peşələrini göstərir. Birinci nəslin haqqında danışarkən onun bünövrəsini qoyan Dəmirçi Ayvazın, ikinci nəsildə Allahverdi Ayvazoğlunun, üçüncü nəsildə Polux Allahverdioğlunun, dördüncü nəslidə Xəlil Poluxoğlunun və Vəli Poluxoğlunun adlarını
iftixar hissi ilə çəkir.
Beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və
onuncu nəsillər barəsində ətraflı məlumat verən müəllif
müasir dövrdə Sadaxlı kəndində ən çox ali təhsillilərin
bu nəslin nümayəndələri olduğunu göstərir və onların
sayının artıq iyirmi beşə çatdığını qeyd edir.
Onların sırasında Gürcüstan SSR-in Əməkdar həkimi Polux Məhəmmədoğlunun, Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, tibb üzrə elmlər doktoru, professor Ramiz Şamiloğlunun, Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri, tarix üzrə fəlsəfə doktoru Elxan Poluxoğlunun, Azərbaycan Tibb Universitetinin mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Raziyyə Poluxqızının, uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aynur Əliqızının, farmakologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Şahzadə Musaqızının adları öndə gəlir.
Bu sırada daha sonra Ukraynada Xerson Dövlət Aqrar Universitetinin ekoloq-melioratoru,
monitorinq laboratoriyasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Alı Yasinoğlunun,
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Ekspertiza Baş İdarəsinin
baş mütəxəssisi İlham Xəliloğlunun, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi
Natəvan Sabirqızının, Azərbaycan Dövlət Neft Şirkətinin aparıcı iqtisadçısı Toğrul Nizamioğlunun
və başqalarının adları böyük iftixar hissi ilə çəkilir.
Nazim Poluxovun kitabı azərbaycanlıların Gürcüstanda hələ ilkin orta əsrlərdən məskunlaşdığını bir daha elmi surətdə təsdiq edir. O, tarixçi olmasa da, ciddi sənəd və faktlara biganə qalmamış, kitabda təkcə öz nəslinin yox, bölgədə məskunlaşan azərbaycanlıların bu torpaqların tarixi sakinləri olduqlarını sübuta yetirir.
Müəllif kitabın ərsəyə gətirilməsində xidmətləri olan
şəxslərə, o cümlədən Fərman Mustafaoğluna,
İlyas Yasinoğluna, Mahmud Məhəmmədoğluna,
Hafiz Fərmanoğluna, Əməkdar jurnalist
İlyas Adıgözəlliyə, Sadaxlıdakı 2 saylı orta
məktəbin direktoru Adil Şərifova,
tarix üzrə elmlər doktoru Fəxri Valehoğluna
təşəkkürünü çatdırır, onların məlumatlarının
Poluxovlar şəcərəsinin tərtibində köməyini
yüksək dəyərləndirir.
Həmid VƏLİYEV,
Bakı Dövlət Universitetinin
Beynəlxalq jurnalistika kafedrasının müdiri,
professor,
Gürcüstanın əməkdar jurnalisti
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.