Müşviq Rafael oğlu: "Qorxuram Qarabag nağıla dönə"

Müşviq Rafael oğlu: "Qorxuram Qarabag nağıla dönə" Müşviq Rafael oğlu Bayramov - 1972-ci il martın 17-də qədim Borçalı mahalının Başkeçid bölgəsində - indiki Gürcustanın Dmanisi rayonundakı Şindilər kəndındə şair ailəsində anadan olub.

1980-ci ildən Sumqayıt şəhərində yaşayır.
1989-cu ildə orta məkəbi bitirib və elə həmin ildə də Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin - AzTU-nun)
Maşınqayırmanın texnalogiyası fakultəsinə qəbul olub.
1990-1992-ci ildə hərbi xidmət borcunu şərəf və ləyaqətlə yerinə yetirib.
Sonra ali təhsilini davam etdirib.
1995-ci ildə AzTU-nu müvəffəqiyyətlə bitirib.

Hazırda bizneslə məşqul olur.
Ailəlidir. İki övlad atasıdır.

Müşviq Bayramov Vətəninə, elinə çox baglı bir insandır.
Hələ uşaq yaşlarından saza-sözə, şeirə böyük maraq göstərib.
Arada özü də şeirlər yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Zirvə",
"Sazlı-sözlü Başkeçid", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" adlı poeziya antalogiyalarında və ədəbi məcmuələrdə çap olunur.

Biz də aşağıda Müşviq Rafael oğlunun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, biznes fəaliyyətində və yaradıcılıq işlərində
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



Müşviq Rafael oğlu: "Qorxuram Qarabag nağıla dönə"Qorxuram Qarabag nağıla dönə

Dogma nəfəs duymayır Ana qucağı.
Közə də həsrətdir Ata ocağı
Vətənə məhəbbət artırar həsrət
İfrata çatdıqca olar müsibət.

Torpaq ar eyləyir gülü, çiçəyi
Düşmən tapdagında bitirdiyiçün
Lalənin qan sızır hər bir ləçəyi
Bülbül nəgmə demir öz laləsiyçün.

Göyçə artlq qalıb düşüncələrdə
Zamanında yamacların gəzirdik
İrəvan yaşayır xatirələrdə
Vaxt vardı bir xalı üçün əsirdik.

Qarabag gedəli otuz il olub
Laçın gözləməkdən saralıb, solub
Ruhlar inildəyir, dagılıb məzar
Qanlı göz yaşına bogulub yazar.

Qorxuram Qarabag nagıla dönə
Ümid gözlərimdən əbədi sönə
Xocalı bir dərdli yaziya dönə
Dəhşət adiləşə, insanlıq ölə.

Qopuzu ucadan qoy çalsın Ozan
Silaha sarılsın həm qoca, cavan
Azad etmək üçün olaq biz rəvan
Qanla tarix yazaq eyləyək bəyan!


Əsgər ogluma

Ay ogul sən artıq ərən kişisən,
Vətənə gərəksən əsgər gedirsən
Düşmən üzərinə elə getki sən
Titrəsin vicudu görsün ki nərsən.

Yurdumun hər parçası əmanətdir
Bir qarış itər ilsa xəyanətdir
Xocalı faciəsi müsibətdir,
İntiqam alanmasaq rəzalətdir.

Unutma ki torpagın qan aglayır
Gözü yaşlı analar yas saxlayır
Xan qızı girov qalıb sızıldayır
Əsgər ! Vətən sizə bel baglayır.

Get ogul qurban olum qeyrətinə
Dag çəkin erməninin ümmətinə
Nizə soxun ciyərinə, ürəyinə
Vətənimə o göz tikən gözlərinə.

Xain düşmən qorxaq olar bilin siz,
Ayaq yalın, yalın əllə gedin siz
Parçalayıb, dişinizlə didin siz
Vətən üçün canı fəda edin siz.

Qalib kimi dönər olsan qarşıma,
Cəsarətli ürəyindən öpərəm,
Şəhid olsan! Sıgınıb göz yaşıma,
Büründüyün o bayragı öpərəm!
Yaşa Vətən! Yaşa Vətən! - deyərəm!


Yagışlı gecə

Sakit bir ruzigar, narın yagışlar
Gecəni bəzəmiş ayla, ulduzlar
İslanmış cismimiz, odlu baxışlar
Tükənməz hissimiz, sonsuz arzular.

Sevdalı gecənin tilsimindəydik
Susqun dalgaların sahilindəydik
Yagışın dənizə tökülən səsi
Bizə bəxş etdiyi sevgi nəgməsi.

İstəmirdik tükənə bu gecə, bu an
Necə xoşbəxt idik biz həmən zaman
Sənin gözlərindən alovlanmışdım
Ruhumu, cismimi məndən almışdın.

Deyirdim o yagan yagış mən olam
Süzüləm zülfündən yanaqlarına
İstərdim yagışdan bir damla olam
Yayılam o incə dodaqlarına.

Yagışlı gecənin qaranlıgında
Köç etdin gözümdən ürəyimə sən
Aylı ulduzların o işıgında
Möhürlü imzanla təsdiqlədin sən!


Bivəfa dünya

Üzümə aynadan baxdı gözlərim
Gördüm saçlarıma artıq dən düşüb.
Təəcüblü göründü ötən illərim
Əqrəb zamanıyla düzmü ötüşüb.

Xəyallar içində eylədim soraq
İtən illərimi tapa bilmədim
Bürüdü qəlbimi kədərli maraq
Ömür keçir mən ürəkdən gülmədim.

Edərkən keçmişi mən varaq varaq
Ruhum pıçıldadı : həyat tez keçir
Ömrünün çoxuna vurmusan daraq
Bivəfa dünyadan insan tez köçür!


Gəl elə baxma

Laləli baxçada gördüm bir gözəl
İncə çiçəklərdən çələng əlində
Gözüm görməmişdi bu qədər gözəl
Ən zərif çiçəkdi güllər içində.

Yaradan qələmin nə gözəl çəkmiş
Rəhmindən bir damla əsirgəməmiş.
O, iri füsünkar qara gpzləri
Sanırdım mələkdir yada ki Pəri.

Bilmirəm qəlbimdə cücərən nədir
Bir dəli sevdanln eşq atəşimi?
Sevinclə döyünüb əsdirən nədir
Bir nazlı gözəlin vüsal səsimi.

Kükrək bir sevdalı baxışla baxdı
Bu baxış qəlbimi yandlrdı, yaxdı
Uzun kiprikləri elə bil oxdu
Ürəyim o oxdan yaralı qaldı.

Hicran baxışlarla gözünə baxdım
İçimdən keçəni sanki danışdım
Xəyallar içində süzdü baxışlar
Vurgun oldugumu yəqin ki anlar.

Anlayış halıyla dedi incimə
Gecikmiş bir sevgi salma qəlbimə
Dedi sevdalıyam, uyma him-cimə
Yandırma nə məni, yanma tüstümə.

Dedim eşq dəlisiyəm yoluma cıxma
Nə olar bir daha gəl elə baxma
Hər atəş Müşviqi yaxmazdı əsla
Yandlrdı kipriklə o qaşlar məni.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: