Rustavi şəhərində
"Salam"
Mədəni Xeyriyyə
cəmiyyətinin
təşkilatçılığı ilə
Azərbaycanın
Xalq şairi
Zəlimxan Yaqubun
anım mərasimi
keçirilib.
Tədbir
Qurandan ayələr
oxumaqla başlayıb.
Din xadimi
Məhəmməd Şamilov
Xalq şairi
Zəlimxan Yaquba
rəhmət diləyib.
Tədbiri giriş szü ilə
"Salam"
Mədəni xeyriyyə
cəmiyyətinin sədri
Maya Rəcəbova
açaraq
Xalq şairi
Zəlimxan Yaqub
yaradıcılığının
Gürcüstanda
azərbaycanlılar
yaşayan bölgələrdə,
o cümlədən də
Rustavidə də
sevildiyini və
hər il görkəmli şair ilə
görüşlər keçirildiyini
bildirib.
Tədbirdə
Kəpənəkçi icra
hakimiyyəti nümayəndəsi
İmran Qasımov,
Rustavi Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin sədri
Xaləddin Yolçuyev,
Gürcüstan
Azərbaycanlı Jurnalistlər
Birliyinin sədri
Nizami Zillioğlu,
Gürcüstan parlamentinin
keçmiş deputatı
Ramiz Bəkirov,
şairlərdən
Zahid Ələmpaşalı,
Əsəd Əliyev və
başqaları
Zəlimxan Yaqub
yaradıcılığını
yüksək qiymətləndirərək,
onunla bağlı
xatirələrini
söyləyiblər.
Sonra
gənc aşıqlardan
Məsim Rəcəbov və
Almaz Nadiroğlu
Z.Yaqubun şeirlərinə
bəstələnən mahnılar
oxuyublar.
"Salam" Xeyriyyə Cəmiyyətinin
gənclərdən ibarət üzvləri
Z.Yaqubun şeirlərini
söyləyiblər.
Sonda
Z.Yaqubun qardaşı
Çingizxan Yaqubov
anım mərasiminə gələn
bütün qonaqlara,
həmçinin
anım mərasimini
təşkil edən
"Salam" Mədəni
Xeyriyyə Cəmiyyətinin
sədri Maya xanım
Rəcəbovaya
təşəkkürünü bildirib.
Tədbirdə
Z.Yaqubun həyat və
yaradıcılığından bəhs edən
film nümayiş olunub.
Anım mərasimində
Tiflisdən,
Marneulidən,
Qardabanidən,
Bolnisidən və
Rustavidən gələn
tədbir iştirakçılarına
ehsan süfrəsi açılıb.
Nizami Məmmədzadə.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.