Hacan Hacısoy Beynəlxalq Mükafata laiq görülmüşdür

Hacan Hacısoy Beynəlxalq Mükafata  laiq görülmüşdür
TƏBRİK EDİRİK!...

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Hacan Hacıyev (Hacısoy) beynəlxalq nüfüzlu təşkilat olan Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru seçilib.

ZiM.Az xəbər verir ki, alim bu fəxri ada Türk dünyasında elmin, iqtisadiyyatın, mədəniyyətin, o cümlədən Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin genişlənməsindəki fəaliyyətinə görə layiq görülüb və fəxri professor diplomu ilə təltif edilib. Həmçinin H.Hacısoya Akademiyanın təltif qaydasına uyğun olaraq türk bayrağı həkk olunmuş xüsusi parçadan tikilmiş cübbə də təqdim olunub.

Biz də tanınmış alim və diplomat Hacan Hacıyevi Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: