ADPU-dan ZiM.Az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdi müəyyənləşdirilmiş mövzu ilə bağlı kafedranın dosenti, filologiya üzrə elmlər doktoru Kamil Bəşirovun məruzə edəcəyini bildirib.
Filologiya üzrə elmlər doktoru, dosent Kamil Bəşirov “Azərbaycan orfoepiyasının problemləri” mövzusunda məruzə ilə çıxış edərək bilidirib ki, bu gün istər orta məktəblərdə, istərsə də ali məktəblərdə dilçiliyin bu sahəsi üzrə kifayət qədər problemlər var. Belə ki, dilin bütün vahidləri heç də həmişə yazıldığ kimi tələffüz olunmur. Yazılışından fərqli tələffüz olunan söz və qrammatik formalara münasibətdə bu sahənin mütəxəssislər arasında fikir ayrılıqları mövcuddur. Bu problemləri aradan qaldırmaq üçün vahid koordinasiya mərkəzinə ehtiyac vardır.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.