ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur



ZiM.Az/Tv-nin bu günkü qonağı
ADPU-nun dosenti Vaqif İsrafilovdur.


My Webpage

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur İsrafilov Vaqif İsmayıl oğlu 17.06.1959-cu ildə Gürcüstan Respublikası, Bolnisi rayonu, Arakol kəndində anadan olmuşdur. 1967-ci ildə I sinfə getmiş və 1976-cı ildə Sol Göyəç kənd orta məktəbini bitirmişdir. 2 il Bəytəkər kənd 8-illik məktəbdə katib işləmiş, 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İntitutunun (hal-hazırda ADPU) filologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin fakültəni bitirmişdir. 1982-1987-ci illərdə təyinatla Cəlilabad rayonu, Novoqolovka kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1987-ci ildə ADPU-nun Azərbaycan dilçiliyi kafedrasına dissertant qəbul olunmuş və 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır. 1987-1990-cı illərdə Bakı şəhəri 42 N-li texniki-peşə məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1990-cı ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant, baş elmi işçi vəzifələrində işləmiş, hal-hazırda həmin kafedrada dosent vəzifəsində çalışır və doktorluq dissertasiyası üzərində işləyir. 1 dərs vəsaiti, 3 kitab, 4 tədris proqramı, 80-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 2-ci və 3-cü çağırış Binəqədi rayon Bələdiyyəsinə üzv seçilmişdir. 2012-ci ildə ADPU-nun 90 illiyi ilə əlaqədar olaraq təhsildəki xidmətlərinə görə Azərbaycan Respublikası Təhsil Nazirinin fəxri fərmanı ilə təltif olunmuşdur. Ailəlidir. Həyat yoldaşı İsrafilova Şəfaqət Hacıbala qızı, Binəqədi rayonu, 3 N-li orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. 2 qızı vardır. Hər ikisi ali təhsillidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: