Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ADPU-nun dekanı B.XƏLİLOVdur.



ZiM.Az/Tv-nin bu günkü qonağı ADPU-nun fililogiya fakültəsinin dekanı,
filologiya elmləri doktoru, professor BULUDXAN XƏLİLOVdur.


My Webpage

Professor Buludxan XƏLİLOV - 50

TƏBRİK EDİRİK!..

Bu gün əziz dostum-qardaşım, hələ tələbəlik illərindən nəinki biliyi, savadı, istedadı ilə,
eləcə də dostcanlığı, səmimiyyəti, mehribançılığı, sözübütövlüyü, mərdliyi, sədaqəti, etibarı ilə hamımızın böyük hörmətini qazanan və bu gün də böyük fəxr və qürurla ünsiyyət saxladığımız görkəmli ziyalı, ləyaqətli vətəndaş, tanınmış dilçi alim, fəali ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Buludxan Əziz oğlu Xəlilovun 50 yaşı tamam olur.

Görkəmli dilçi alim Buludxan Xəlilov həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda
öz dəyərli elmi-tədqiqatları ilə, yüksək səviyyəli elmi məruzələri ilə, dərslik, dərs vəsaiti və
monoqrafiyaları il tanınan alimdir.

Professor Buludxan Xəlilov eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən və
əsl vətəndaş mövqeyi ilə seçilən ziyalılarımızdan biridir.

Bu əlamətdar yubileyi münasibətilə biz də hörmətli Buludxan müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Yubileyin mübarək, qardaşım!... Gün o gün olsun ki, səni 100 yaşında təbrik edək!..

Böyük hörmət və ehtiramla,
Müşfiq BORÇALI.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: