ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin başlanması ilə bağlı konfrans keçirilib

ADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin başlanması ilə bağlı konfrans keçirilibADPU-nun Magistratura və doktorantura şöbəsində elmi-pedaqoji təcrübənin başlanması ilə bağlı konfrans keçirilib 2017-ci il fevral ayının
15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsində magistratura səviyyəsi üzrə əyani formada təhsil alan
II tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanması ilə bağlı konfrans keçirilib.


ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli
ZiM.Az
-a bildirib ki, konfransda Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov “2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.

Sonra professor İ.Bayramov II tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanması barədə ətraflı məlumat verərək qeyd edib ki, magistrantların elmi-pedaqoji təcrübəsi mövcud tədris planına əsasən 2017-ci ilin 16 fevral-15 mart tarixlərində ixtisas kafedralarında keçiriləcək. Elmi-pedaqoji təcrübənin səmərəli və metodik cəhətdən keyfiyyətli təşkil edilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Magistrantların elmi-pedaqoji təcrübədə fəal iştirakı məhz Magistratura və doktorantura şöbəsindən, ixtisas kafedrasının müdirlərindən və təcrübə rəhbərlərindən asılıdır. Tədrisin bu mərhələsinə ciddi fikir vermək lazımdır.

Sonda magistrantların sualları cavablandırılıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: