ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Ociyev ilə görüş keçirilib

ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Ociyev ilə görüş keçirilib ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Ociyev ilə görüş keçirilib ADPU-da Səmərqənd Dövlət Universitetinin professoru, həmyerlimiz Səxavət Ociyev ilə görüş keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının professor-müəllim heyəti ilə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, Turan Akademiyasının akademiki, həmyerlimiz Səxavət Ociyevun
görüşü keçirilib.


ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli
ZiM.Az
-a bildirib ki,
görüşü giriş sözü ilə fakültənin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov açaraq, alimin həyatı və elmi-pedaqoji fəaliyyəti haqqında geniş məlumat verib.
Qeyd edib ki, Səxavət Ociyev - 1951-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Doğma kəndlərində 8 illik məktəbi bitirmiş, 1966-1969-cu illərdə Bakı şəhərindəki 5 nömrəli texniki-peşə məktəbində həm ümumtəhsil almış, həm də xarrat peşəsinə yiyələnmişdir. 1975-1981-ci illərdə Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. Səmərqənd Vilayət İcraiyyə Komitəsində Arxiv şöbəsinin baş inspektoru vəzifəsində çalışmış, Səmərqənd Dövlət Universitetinin Tarix fakültəsində “Arxivşünaslıq” kursu üzrə mühazirələr oxumuşdur.
1990-cı ildə Səmərqənd Dövlət Universitetinin Pedaqogika kafedrasına müəllim vəzifəsinə seçilmişdir.
Özbək, tacik və rus dillərində mühazirə və seminar məşğələləri aparmaqla yanaşı, 1966-cı ildə Bakıda “Səid Rza Əlizadənin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
“Türküstanlı Azərbaycan maarifpərvərlərinin maarifçilik fəaliyyəti və pedaqoji görüşləri (XIX-XX əsrlər)” mövzusunda doktorluq dissertasiyası üzərində işləmişdir.
Hazırda Səmərqənd Dövlət Universitetinin Pedaqogika kafedrasının professorudur.
1992-ci ildən “Azərbaycan-Özbəkistan mədəni-iqtisadi əlaqələr Mərkəzi”nin təsisçisi və sədridir.
Uzun müddət bələdiyyə sədri olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndəsi olmuşdur. Turan Akademiyasının həqiqi üzvü seçilmişdir.
200-dən çox elmi-pedaqoji və publisistik əsərin-məqalə, ssenari, monoqrafıya, kitab və kitabçanın müəllifidir.

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Y.Rzayeva, professor S.Quliyev, dosent T.Hüseynova Azərbaycan-Özbəkistan elmi-pedaqoji əlaqələrinin inkişafında professor Səxavət Ociyevin fəaliyyətini yüksək dəyərləndiriblər.

Tədbirin sonunda professor Səxavət Ociyev çıxış edib, özünün həyatı, elmi-pedaqoji yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında danışıb, Özbəkistanın təhsil və maarif tarixi ilə bağlı verilən sualları cavablandırıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: