ADPU-nun professoru beynəlxalq konfransda

ADPU-nun professoru beynəlxalq konfransda ADPU-nun professoru beynəlxalq konfransda 2017-ci il fevralın 16-17-də Türkiyənin Ankara və Əskişəhər şəhərlərində TÜRKSOY-un təşkilatşılığı ilə “Türk dünyasının öncülləri: Məhəmmədhüseyn Şəhriyar” mövzusunda konfrans keçirilmişdir.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli
ZiM.Az
-a bildirib ki, bu konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)
“Türk araşdırmaları” Elmi-Tədqiqat Laboratoriyiasının (ETL) elmi rəhbəri, professor Elman Quliyev iştirak etmişdir.

Fevralın 16-da Ankara şəhərində TÜRKSOY-un “Türk dünyasının öncülləri: Məhəmmədhüseyn Şəhriyar” mövzusunda keçirdiyi konfransda professor E.Quliyev M.Şəhriyarın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. Həmin tədbirdə professor E.Quliyev Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin genişlənməsində xidmətlərinə və türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması sahəsində fəaliyyətinə görə TÜRKSOY-un medalı ilə təltif edilmişdir.

Fevralın 17-də TÜRKSOY-un, Türk Dünyası Vəqfinin və Əskişəhər Anadolu Universitetinin birgə təşkil etdiyi “Türk dünyasının öncülləri: Məhəmmədhüseyn Şəhriyar” adlı konfransda professor E.Quliyev “M.Şəhriyarın poetik dünyası” mövzusunda məruzə ilə çıxış etmişdir. Onun məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, professor E.Quliyev Ankara və Əskişəhərdə keçirilən konfranslarda son vaxtlar ADPU-da aparılan səmərəli təhsil islahatları ilə bağlı konfrans iştirakçılarını məlumatlandırmışdır. Hər iki tədbirdə professor E.Quliyevə TÜRKSOY-un, Türk Dünyası Vəqfinin və Anadolu Universitetinin təşəkkürnamələri təqdim olunmuşdur.
Müşfiq BORÇALI,
ZiM.Az

ADPU-nun professoru beynəlxalq konfransda ADPU-nun professoru beynəlxalq konfransda














.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: