Kimya və biologiya fakültəsində elmi seminar keçirilib

Kimya və biologiya fakültəsində elmi seminar keçirilibKimya və biologiya fakültəsində elmi seminar keçirilib Kimya və biologiya fakültəsində elmi seminar keçirilib Sentyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor
Asəf Zamanov
açıb.
Professor A.Zamanov məruzəçi haqqında məlumat verərək qeyd edib ki, Breqadze Vladimir İosifoviç Rusiya Elmlər Akademiyasının A.N. Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutunda Alüminium və bor üzvi birləşmələr laboratoriyasının müdiridir. Kimya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir. SSRİ və Rusiya Federasiyasının dövlət mükafatları laueratıdır. 400-ə yaxın elmi əsərin müəllifi-dir. Breqadze Vladimir İosifoviç borun poliedrik birləşmələrinin, qeyri-keçid metalların üzvi törəmələrinin sintezi, quruluşu, xassələri, reaksiyaya daxil olma qabilliyətinin tədqiqi sahəsində fundamental təcrübi və nəzəri elmi nəticələr əldə etmişdir. Bu elm sahəsi üzrə dünyanın tanınmış kimyaçı alimləri sırasındadır. Hələ 1980-ci illərdən başlayaraq universitetimizlə A.N.Nesmeyanov adına Element Üzvi Birləşmələr Kimyası İnstitutu arasında elmi əməkdaşlıq mövcud olmuşdur.

Professor A.Zamanov məruzəçiyə dəvəti qəbul etdiyi üçün öz təşəkkürünü bildirib və belə əlaqələrin çox vacib olduğunu vurğulayıb.

Sonra söz məruzəçiyə verilib.

Professor V.İ.Breqadze səmimi qəbula görə universitetin rəhbərliyinə və bütün seminar iştirakçılarına öz təşəkkürünü bildirib, onları 15 Sentyabr-Bilik Günü münasibətilə təbrik edib. Alim A.N.Nesmeyanov adına Element Üzvi Birləşmələr İnstitutunda aparılan elmi-tədqiqat işləri və əldə edilən ən mühüm elmi nəticələr haqqında məlumat verərək “Karboranların və borun digər klasterlərinin kəşfi-XX əsrin ikinci yarısının ən vacib nailiyyətlərindən biridir” mövzusunda məruzə edib. Məruzə çox maraqla qarşılanıb. Məruzəçi verilən çoxsaylı sualları ətraflı şəkildə cavablandırıb.

Fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva, Analitik və üzvi kimya kafedrasının müdiri, kimya elmləri doktoru Əli Zalov çıxış edərək istər tələbələr, istərsə də professor-müəllim heyəti üçün elmi əlaqələrin çox əhəmiyyətli olduğunu qeyd edərək professor V.İ.Breqadzeyə öz təşəkkürlərini bildiriblər.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: