Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

TƏBRİK EDİRİK!..

Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub Dəyərli qələm dostumuz,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının əməkdaşı,
fəal ictimaiyyətçi,
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavini,
İnklüziv təhsil üzrə təlimçi,
"Qızıl Qələm" mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
çox hörmətli Nəhayət Məhəmməd qızı Şirinova
bu günlərdə "Zirvə" İnformasiya Mərkəzinin,
"ZiM.Az" saytının, "Şərqin səsi" qəzetinin
və "Borçalı" nəşriyyatının Quba bölgəsi üzrə
xüsusi nümayəndəliyinin rəhbəri təyin olunub.

Bu münasibətlə hörmətli Nəhayət xanımı ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
əmək və ictimai fəaliyyətində, eləcə də, ədəbi-bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub Qeyd edək ki,
Nəhayət Məhəmməd qızı Şirinova -

1981-ci il yanvarın 6-da
Quba rayonundakı Tülər kəndində
ziyalı ailəsində dünyaya göz açıb.
ADPU Quba filialının əməkdaşıdır.
Fəal ictimaiyyətçidir.
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavinidir.
İnklüziv təhsil üzrə təlimçidir.
Ailəlidir, 3 övladı var.
Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur.
Hələ orta məktəb illərindən şeirlər yazır.
Şeirləri və publisistik məqalələri müntəzəm olaraq
"ZiM.Az", "Zirve.info", "Borcali.org" saytlarında,
"Şərqin səsi", "Elm və təhsil", "Ziya" və s.
müxtəlif mətbuat orqanlarında,
"Buta", "Zirvə", "Vətən", "Canım Azərbaycanım",
"Sazlı-sözlü Borçalı", "Rəvan"
ədəbi məcmuələrində,
"Poeziya çələngi" və s. poeziya antologiyalarında dərc olunub.
"Abdulla Şaiq""Qızıl Qələm" mükafatları laureatıdır.
"XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.
Bir neçə dəfə Fəxri Fərmanla təltif olunub.

Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza
təqdim edirik.


ZiM.Az


Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub Azərbaycan!

Adınla bağlıdır bütün zəfərlər,
Ey odlar diyarım, Azərbaycanım!
İgidlərin yolunda can verərlər,
Ey gözəl diyarım, Azərbaycanım!

Adın sanın bəllidir hər millətə,
Az yaşınla çatmışam bu ülfətə,
Örnək oldun sən minlərlə dövlətə,
Sən ey qalib yurdum, Azərbaycanım!

Ulu Heydər dühasından güc aldın,
Müstəqillik zirvəsinə güc aldın,
Zəfərinlə sən dünyaya səs saldın,
Qalibiyyət yurdu, Azərbaycanım!

Sərhədləri aşdı səsin, sorağın,
Qan tökməyə yoxdur sənin marağın,
İlham Əliyevdır Ali Baş Komandanın!
Qələbə müjdəli, Azərbaycanım!


ANA

Adın müqəddəsdir, adına qurban,
Ömrünü bizlərə sərf edən Anam.
Halal zəhmət ilə böyütdün bizi,
Bizə həyat verən mehriban Anam.

Qəlbinə dəysək də sən hey “can” dedin,
Bizə bizdən də çox yananım Anam.
Öz canını sən bizə qurban verdin,
Bizə həyat verən mehriban Anam.

Ömrün uzun olsun, canın sağ olsun,
Arzumdur ki, anam hət an var olsun.
Ürəyin bizlərdən fərəhlə dolsun
Bizə həyat verən mehriban Anam.

Yuxusuz gecənə qurbanam, Ana,
Bizimlə rəng qatdın sən öz dünyana.
Borcumdur ki, hər cəfana dayanam,
Bizə həyat verən mehriban Anam.


QUBA

Adın-sanın səs salıbdı hər yana,
Cənnət məkan olan diyarım Quba.
Şimal paytaxtısan sən bu ölkənin,
Xoş gəlir sorağın, sənin ay Quba.

Şah dağından ilham aldım daima,
Xınalığın gözəlliyi bir yana.
Minarədə tamaşaya dayana
Hər gələn qonağın, sənin ay Quba.

Ağ çay ilə Qara çayın bacıdır,
Baxıram hər tərəf bağdır, bağçadır,
Təngaltı dərəsi bir tamaşadır,
Nurludur çırağın, sənin ay Quba.

Bir tarix qalası deyim mən sənə,
Səlnamə yazmısan sən bu cahana,
Qəcrəşin havasın çəkdim sinəmə
Adına qurbanam sənin ay Quba


QIZIMIN TOY GÜNÜNƏ

Sən ömür bağçamda açan çiçəksən,
Arzumdur xoşbəxt ol hər zaman qızım.
Həyatda nə qüssə nə qəm görəsən,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Bu gün başladığın bu yeni yolun,
Sənə sevgi dolu çələng yetirsin.
Arzumdur yarınla çox xoşbəxt olun,
Həyat sizə xoş müjdələr yetirsin.

Sən mənim gözümə tək dolan sevinc,
Sən dünya içində dünyamsan qızım.
Sən ilk növbaharım, sən ilk baharım,
Xoşbəxtlər xoşbəxti olasan, qızım.

Güllərdən gözəlsən, şirin sözlümsən
Ürkək baxışlımsan, gözəl gözlümsən
Dövlətim, varımsan cah cəlalımsan
Bəxtin də donun tək ağ olsun, qızım.


Axtarıram mən

Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub Sənsiz keçən günüm, gün deyil ömrüm,
Sənli günlərimi axtarıram mən.
Sənə bir zamanlar dediyim ,gülüm,
Şirin sözlərimi axtarıram mən.

Mən oldum səninçün haqqa əl açan,
Sənin görüşünə quş təki uçan.
Tanrıya səninçün yüz yol əl açan,
Göydə əllərimi axtarıram mən.

Danış bir yalançı söylədiklərim,
Sənlə bir olmağdı yalnız istəyim.
Bil hər an sızlayır, fəqan ürəyim
Sənli illərimi axtarıram mən.

Sanki yox olubdur,o, günlərimiz,
Yetim tək boynunu bükdü sevgimiz,
Üst-üstə düşmədi istəklərimiz
O, nakam qisməti axtarıram mən.

Hara baxıramsa səni görürəm,
Sənin xəyalınla qala görürəm,
Qalada şahzadə səni görürəm,
İtkin xəyalları axtarıram mən.

Əlimi tutmağa əl tapmıyanda,
Qəlbimi odlayan dil tapmıyanda,
Heç kəsin yanında yer tapmıyanda,
Heyy səni gəzirəm, axtarıram mən!
Hey səni gəzirəm, axtarıram mən!


Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub Ürəyimi açıram

Sirli ürəyimi sənə açıram,
Qəlbimin niskili boşalsın deyə.
Riyadan, yalandan uzaqlaşıram
Qorxuram gün gələr başımı əyər.

Gözümün gülüşü aldadır səni,
Mən kədər yeyirəm çörək yerinə.
Özüm də bilmirəm necə dözürəm,
Sinəmdə daş vurur, ürək yerinə.

Gah dönür həyatım zülmət gecəyə,
Ömür yollarında gah sökülür dan.
Soyuğ ocağımı isitsin deyə
Bir çırağ görünür sanki uzaqdan.

Elə bil həyatım nağıl kimidir,
Bax hər kəs dinləyir mənim dilimdən,
Ay dostlar, bəlkə siz deyəsiz bilim
Mən hara üz tutum fikrin əlindən?

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: