Tədbirdə əvvəlcə 1 dəqiqəlik sükutla Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımız yad edilib.
Kitabın müəllifi ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi kafedrasının müəllimi Şıxəmməd Seyidməmmədov haqqında məlumat verilib.
Şıxəmməd müəllim 69 illik ömrünün 50 ilini gənc nəslin təlim və tərbiyəsinə hər etmiş dəyərli ziyalımızdır. Qubamızın sayılıb seçilən yazaralarındandir.
Daha sonra tədbirdə filialın direktoru dosent Yusi Alıyevin geniş nitqi dinlənilib. O, bildirib ki, müəllifin son bir illik hərb tarixinə ən böyük xidməti, yazdığı 44 günlük tarixi möcüzə" kitabıdır. O bu günümüzün diri şəhididir. O, həm də bu günümüzün şahididir. O, şahid olduqlarını, eşitdiklərini, gördüklərini, həzin kövrək pıçıltılarla qələmə alıb.
Şixəmməd Seyidməmmədov Quba şəhidlərinə olan borcunu "QUBA ŞƏHİDLƏRİ" və "44 GÜNLÜK TARİXİ MÖCÜZƏ" kitabları ilə yerinə yetirib. Bu adi iş deyil, ağır zəhmətdir, ürək ağrısıdır. 44 günlük tarixi möcüzə. Bu adi kitab da deyil. 50 dastandır, 50 ağrıdır. Müəllif 50 nəfərlik igid soydaşlarımızın ömür yolunu özünəməxsus yığcamlıüla, kövrək, incə bir ruhla qələmə almış, 50 nəfər şəhid ömrü yaşamışdır.Bu səbəbdən filial rəhbəri olaraq lazımi dəstəyi göstərilmiş, önsözdə də bütün fikirlərimiz qeyd edilmişdir.
Tədbirdə ADPU-nun Quba filialının dekanı Qələmşah İdrisovun da "Zəfər Çələngi" adlı kitabı haqqında da məlumat verilib.
Bu kitab Müzəffər Ali Baş Komandannın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsinə həsr edilib.
Daha sonra hər zaman öz vətənpərvərliyi ilə tanınan filialın əməkdaşları, Təbiət Fənnləri və onun tədrisi metodikası kafedrasının müdiri Güləddin Həmzəyev, Pedaqoji Fakültənin dekanı Qələmşah İdrisov, Qabaqcıl təhsil işçisi Rahib Alpanlı, İctimaiyyətçi, AYB üzvü Nəhayət Şirinova da öz dəyərli fikirlərini qeyd etmiş, müəllifə yaradıcılıq uğurları arzu etmişlər.
Gənc nəslin vətənpərvərlik tərbiyədində göstərdiyi xidmətlərə görə kitabın müəllifi Ş.Seyidməmmədov "Fəxri fərman"la təltif edilmişdir.
Tədbirdə həmçinin filialın tələbələrinin çəkdikləri rəsmlər nümayiş olunub, müəllifin həyat və yaradıcılığına, Şəhidlərimizə aid hazırladıqları videoçarxlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Nəhayət Şirinova,
ADPU Quba filialının əməkdaşı,
İctimaiyyətçi,
"Ziya2 və "Zirvə" İnformasiya Mərkəzlərinin,
ZiM.Az" və "Zirve.info" xəbər portallarının
Şimal zonası üzrə nümayəndəsi.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.