Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi

Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi Azərbaycan-Polşa tarixi əlaqələrinə aid qodim sənədlərdən məlum olur ki, ilk dəfə olaraq 1472-ci ildə Azərbaycan Dövləti olan Ağqoyunlular sülaləsi və Polşamn Yaqellon sülaləsi dövründə iki ölkə arasında diplomatik missiya mübadiləsi baş vermişdir. Belə ki, 1472-ci ildə Ağqoyunlular tərəfmdən Polşaya diplomatik missiya göndərilmişdir. Bunu nəzərə alsaq, 2012-ci ildə Azərbaycan- Polşa diplomatik əlaqələrinin başlanmasmm 540 illiyi tamam olur.Ağqoyunlular sülaləsindən sonrakı dövrlərdə də Azərbaycan-Polşa münasibətlərində inkişaf tendensiyası müşahidə olunmuşdur. Bunu təsdiq edən çoxlu sayda tarixi sənədlər mövcuddur.

XIX əsrin əwəllərində polyak alimi B. Andjeykoviç Azərbaycana səfər etmiş və 1859-cu ildə Polşada Azərbaycan haqqmda ətraflı kitab nəşr etdirmişdir. Bununla yanaşı digər polşah səyahətçilər, o cümlədən S. Berliç, M. Bufovt, İ. Dobrski, L. Qerşevski, Q. Qedroyç, M. Qralevski, A. İdskovski, H. Yavorski, K. Kalinovski, R. Klamovski, V. Podlevski, A. Reqman, Y. Rakovski, F. A. Ossendovski, P. Ordmski, M. Bnlova, K Serena, V. Stjelnitski, H. Djeıjek, E. Heleniuş, B. Hnnyevetski, V. Rogoviç və başqalan Qafqaz haqqmda xatirələrini, yol qeydlərini nəşr etdirərkən Azərbaycan haqqmda geniş məlumat vermişlər. Polyak A. Xodsko ilk dəfə olaraq azərbaycanlı ozanlann dilindən Koroğlu eposunu toplayaraq ingilis dilinə tərcümə edərək Avropada yaymışdır.

XIX əsrin əwəllərində Polşa da Azərbaycanla yanaşı Rusiya İmperiyasmm tərkibinə daxil edilmişlər. Həmin dövrdə əsir götürülmüş polyaklar və müxtəlif zamanlarda Polşada baş vermiş üsyanlann (1812, 1830, 1860) iştirakçılan üçün Azərbaycan sürgün məskəni olmuşdur. Azərbaycana sürgün olunmuş həmin polyaklann hesabma güclü polyak icması formalaşmışdır. Bakıya gəlmiş polyak ziyahlan şəhərin inkişafında aktiv iştirak edirdilər. Bu icmanın üzvləri sayəsində Azərbaycanda “Avropa ədəbiyyatı” kitabxanalan açılır. O dövr üçün proqressiv olan məktəblərdə, xüsusən də qızlar məktəbində polyak əsilli müəllimələr dərs deyirdi. Bakı Qubematorunun Dəftərxanasmda 10 nəfər polyak çalışırdı. 1878-1894-cü illərdə Bakı şəhərinin quruculuq işlərində xidmətləri olmuş şəhərin icra başçısı polyak əsilli Stanislav İvanoviç Despot-Zenoviç olmuşdur.

XIX əsrdə bir sıra polyak memarlan Bakıda, Gəncədə, Şəkidə, Şuşada, Şamaxıda görkəmli binalann memarlan olmuşlar. Bunlardan Azərbaycan Elmlər Akademiyası, Bakı İcra hakimiyyətinin binası, Muxtarovun sarayı, M. Nağıyevin mülkü, Azərbayean Dövlət Tarix Muzeyinin binası, Dövlət Kukla Teatrmın binası və başqalannı göstərmək olar. Azərbaycanda öz memarlıq əsərlərini yaradan polşalı memarlar arasmda Y. Qoslavskini, Y. Ploşkonu, K Skureviçi, E. Skibinskini, K. Bonsoqlebskini, İ. Kşıstaloviçi, A. Koşmskini, P. Zalesskini və P. Kognovitskinin adlarını sadalamaq olar. Qeyd etmək lazmıdır ki, Y. Qoslavski, Y. Ploşko, K. Skureviç müəyyən dövrlərdo Bakı şəhərinin baş memarı olmuşlar. Bundan başqa, polyak K. Borisoqlebski Bakı şəhərinin, İ. Kşıstaloviç isə Gəncə şəhərinin baş meman olmaqla yanaşı, həm də həmin şəhərlərin baş planının müəllifləridirlər.

Azərbaycanm neft sənayesinin inkişafmda polyak neftçiləri P. Pototski və V. Zqlenitski mühüm yer tuturlar. V. Zqlenitski Xəzər dənizinin şelfmdə dünyada ilk dəfə neft çıxarmanm layihəsini vermiş, P. Pototski isə bu layihənin həyata keçirilməsində iştirak etmişdir.

Azərbaycana sürgün olunan şairlər Polşa ədəbiyyatında “Qafqaz şairləri” kimi tanmırlar. Bu şairlər arasında Y. Strutınskini, M. Qralevskini, V. Stjelniçkini, K. Lapçmskini, L. Qerşevskini, V. Strelnitskini,T. L. Zablotski, Y. Zalesskini, V. Yurkovskini, E. Maxçmskini, K. Kalinovskini, S. Novaçkini, F. Pantoçeki, K. Pyetraşkeviçi, S. Pilatı, V. Pototskini, F. Saviçi, A. Sosnovskini, Y. Sujıtskini, M. Şımanovskini, S. Vmnitskini və başqalarım göstərmək olar.

Azərbaycanm siyasi xadimlərindən və maarifçilərindən olan M. Topçubaşov dahi Polşa şairi A. Mitskeviçlə görüşmüş və onlar arasında dostluq əlaqələri yaranmışdır. Topçubaşovun rəhbərliyi altmda Mitskeviç şərq dillərini öyrənmişdir. M. Topçubaşov A. Miçkeviçin “Knm sonetləri”ndən birini tərcümə etmiş və bu sonet 1920-ci ildə Peterburqda dərc olunmuşdur. XIX əsrin ortalannda Azərbaycan yazıçılan, mütəfəkkirləri, filosofları Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşmlı Polşada yaşayıb yaratmış və polyak həmkarlan ilə əməkdaşlıq etmişlər. Azərbaycan ədəbiyyatmın ilk nəsr nümunəsi sayılan İ. Qutqaşmlınm “Rəşid bəy və Səadət xamm” povesti 1835-ci ildə Varşavada işıq üzü görmüşdür. Azərbaycan dramaturgiyasınm banisi Mirzə Fətəli Axundov da Polşa ədəbiyyatmın təmsilçiləri ilə əməkdaşlıq etmişdir. 1876-cı ildə Tiflisdə virtuoz skripkaçı M. Antoni de Kontski ilə tanış olmuş və onunla ünsiyyətdən sonra musiqiçinin qızma həsr etdiyi “Vanda” şerini yazmışdır.

Azərbaycan-Polşa dövlətləri arasında mədəni əlaqələrin inkişafmda ən mühüm mərhələlərdən biri dahi Azərbaycan bəstəkan Üzeyir Hacıbəyovun “Arşm mal alan” musiqili komediyasımn Polşanm müxtəlif şəhərlərinin teatrlannda səhnələşdirilməsidir. Belə ki, 1954-1977-ci illərdə adı çəkilən musiqili komediya Varşava, Qnezno, Opole, Olştm və Lodz teatrlannm tamaşaçılanna təqdim edilmişdir.

XIX əsrin sonu XX əsrin əwəli Azərbaycan və Polşa arasında əlaqələrin daha fəal inkişafı ilə səciyyələnir. Bu əlaqələr yalnız iqtisadi və mədəni xarakter deyil, həmçinin siyasi xarakter də alır. 1918-ci ildə ADR Polşada Səfirlik təsis edir, Polşa isə ADR-də konsulluq açaraq bu səlahiyyəti S. Rılskiyə həvalə edir. Bu səlahiyyəti daha sonralar S. Vonsoviç, T. Tıdelski, V. Byalobjeski və P. Ostrovski yerinə yetirmişlər. Polşa hökuməti yüksək səviyyəli diplomatlan Bakıya göndərərək Polşa tərəfindən Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu göstərmişdir. Polyak siyasətçiləri və hərbçiləri A. Poltojinski, E. Olşevski, S. Vonsoviç, M. Rudzinski, Ç. Qutovski, A. Fridrixoviç, Y. Laşkeviç, E. Komorovski, V. Klenevski, S.Vonsoviç, Z. Balinski, S. Lunievski, V. Minkeviç, K. Odınets, Y. Tomaşevski, Y. Voyevudzki və başqaları Azərbaycan Demokratik Respublikasmın quruculuğunda fəal iştirak etmişlər. ADR Milli Ordusunun Baş Qərargah rəisi polyak M.Sulkeviç, artilleriya komandanı, polkovnik E. Dunin- Martsinkeviç olmuşlar. M. Sulkeviç son dəqiqəsinədək Azərbaycanda qalmış, XI ordu tərəfmdən həbs edilərək, Bayıl həbsxanasmda güllələnmişdir.

ADR-in süqutundan sonra bir çox azərbaycanlı siyasətçiləri və dövlət xadimləri Polşaya mühacirət etmişlər. Onlann mühacir həyatma Polşanm tamnmış dövlət xadimi Y. Pilsudski himayədarhq etmişdir.

Azərbaycanm görkəmli hərbçisi Vəli bəy Yadigar Polşanm ağır günlərində göstərdiyi şücaətə görə Polşada polkovnik rütbəsinə layiq görülmüşdür. Hitler Almaniyası Polşanı zəbt edərkən gizli hərbi müqavimət briqadası yaradaraq qəsbkarlara qarşı vuruşmuşdur. 1944-cü ildə onun da daxil olduğu polkun hərbi bayrağmın mühafizəsi V. Yadigara həvalə olunmuşdur. Cənubi Amerikada dəfn olunmasma baxmayaraq, Polşa hökuməti onun cənazəsini Polşaya gətirərək Azərbaycan ənənəsi və hərbi protokol qaydalan ilə Varşavada dəfn etmişdir.

1472-ci ildə Azərbaycan və Polşa dövlətləri arasmda əsası qoyulmuş diplomatik əlaqələr tarixin gedişində kəsilmişdir, lakin 1991-ci ildə Azərbaycanm müstəqilliyi bərpa edildikdən sonra bu əlaqələrdə yeni mərhələ başlamışdır. Azərbaycanm müstəqilliyini ilk aylarda tanıyan dövlətlərdən biri də məhz Polşa olmuşdur.

1997-ci ildə Azərbaycan Respublikasmm Prezidenti cənab Heydər Əliyevin Polşaya ilk səfəri baş tutmuşdur və bu səfər zamam iki ölkə arasmda siyasi, iqtisadi, hüquqi, mədəni, elm və turizm sahələrində əməkdaşlığa zəmin yaradan bir sıra hüquqi müqavilələr imzalanmış, 1998-ci ildə Polşanm Bakıda səfirliyi açılmış, iki ölkə arasmda əlaqələrin inkişafma zəmin yaranmışdn-. Həmçinin Heydər Əliyevin Polşa xalqınm görkəmli övladı Ikinci Yan Pavel ilə Vatikan və Bakıda görüşləri olmuşdur. Onun Bcikıya gəlişi şərəfinə katolik kilsəsinin tikintisi üçün yer aynlmış və yeni kilsə hal-hazırda Bakmın ən görkəmli yerində ucalır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan-Polşa münasibətləri yeni müstəviyə keçərək daha da inkişaf etmişdir. Belə ki, bu dövrdə də ölkə prezidentlərinin qarşılıqlı səfərləri olmuş və iki ölkə arasmda mühüm sazişlər imzalanmış, 2004-cü ildə Polşada Azərbaycan Səfirliyi təsis edilmişdir.

Son bir il yanım ərzində cənab İLham Əliyev və Bronislav Komorovski arasında beş dəfə rəsmi görüş keçirilmiş və ölkələr arasında sıx əlaqələr yaranmışdır.
Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 illik tarixi Ən mühüm görüşlər sırasmda keçən il baş tutmuş Bronislav Komorovskinin Bakıya və İlham Əliyevin Varşavaya səfərlərini qeyd etmək lazımdır. Bu səfərlər Azərbaycan-Polşa əlaqələrinin inkişafma yeni zəmin yaratmışdır.

Ötən 540 və xüsusən son 20 il ərzində Azərbaycan-Polşa əlaqələri inkişaf edərək, hər iki xalqm tarixinə dəyərli səhifələr əlavə etmişdir.

Həsən HƏSƏNOV,
Azərbaycan Respublikasmm Polşadakı Fövqəladə və Səlahiyyətli Səfıri.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: