Aksiyaya Polşanın Vrotslav, Lodz, Krakov, Qroets və digər şəhərlərində yaşayan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 100-ə yaxın adam qatılıb.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan mitinqdə iştirakçılar “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından çıx!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”- kimi şüarlar səsləndiriblər. Çıxış edən gənclər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdar çıxdıqlarını, lakin müharibə olacağı təqdirdə ordu sıralarına qatılmağa hər an hazır olduqlarını bildiriblər.
Aksiyanın sonunda Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası adından Polşa parlamentinə müraciət ünvanlanıb. Həmçinin, Şura adından Polşa mətbuatı vasitəsi ilə Polşa xalqına da müraciət ünvanlanıb və onlardan ədalətin tərəfində olmaları xahiş olunub.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.