DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, Mitinqdə Azərbaycan, türk və alman dillərində “Ermənistan, Azərbaycandan rədd ol!”, “Xocalıya ədalət”, “Xocalını unutma!”, “Qarabağa azadlıq” və bu kimi şüarlar səsləndirilib, səsgücləndirici vasitəsilə almanca çıxış edən soydaşımız Etibar Qəniyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verib. E.Qəniyev XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qırğınının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu şəhər sakinlərinin diqqətinə çatdırıb. O, faciənin soyqırımı kimi tanınması ilə bağlı Almaniya hökümətinə və parlamentinə soydaşlarımız adından ünvanlanan müraciəti də səsləndirib.
Aksiya iştirakçıları iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımına dair planlaşdırılan müzakirələrə də etiraz bəyanatı ilə çıxış ediblər. Mitinqdə həmçinin, iştirakçılara iyunun 7-də Berlin şəhərində Federal Kansler Aparatı qarşısında keçirilməsi planlaşdırılan sülh nümayişi barədə məlumat verilib və onlar aksiyaya qatılmağa dəvət olunub.
Nümayişdə Hannover, ətraf şəhər və rayonlar, o cümlədən Almaniyanın digər federal əyalətlərindən gəlmiş azərbaycanlı və türk icmasının nümayəndələri iştirak edib.
Təxminən saat yarım davam edən mitinq Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin “İstiqlal marşı”nın canlı ifası ilə başa çatıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.