Tədbirdə Diasporla İş Üzrə Dövlət Komitəsindən rəsmi nümayəndə, ölkənin aparıcı media qurumlarından, KİV-dən (Televiziya, radio, qəzet, agentlik, sayt və s.) jurnalistlər, ictimaiyyət nümayəndələri, AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi və digər qonaqlar iştirak ediblər.
Milli Mətbuat Günü münasibəti ilə keçirilən tədbirdə "Polşada Azərbaycanlı Gənclər Şurası” (Azerbaijani Youth Council in Poland) jurnalistlərlə görüş zamanı diaspora təşkilatı Bakıda Azərbaycan jurnalistləri ilə daha yaxından tanış olub.
Tədbiri giriş sözü ilə açan "Polşada Azərbaycanlı Gənclər Şurasının” sədri Nail Əhməd, Polşada diaspor sahəsində gördükləri işləri ildən ilə irəlilədiyi xüsusi qeyd edib.
Daha sonra tədbir iştirakçıları Nail Əhməd, Diaspora İş Üzrə Dövlət Komitəsindən rəsmi nümayəndəsi, AMEA-nın diaspora sahəsi üzrə araşdırmaçı mütəxəssisi Yəhya Babanlı çıxış edərək Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibət ilə təbrik ediblər.
Çıxış edənlər Polşada Azərbaycan diasporunun fəaliyyətindən, ölkənin lobbiçik və həmrəylik işinə verdiyi töhfəsini vurğulayıblar.
Tədbir iştirakçıları Polşada Azərbaycanlı Gənclər Şurasının bundan sonara Azərbaycan mətbuatı və jurnalistləri ilə daha da yaxından işləyəcəklərini arzu ediblər.
Sonda tədbirə gələn qonaqlarla xatirə şəkili çəkilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.