Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”

Xalidə Xalid: “Bu cinayətləri kimin ayağına yazaq?..”Azərbaycan bu gün öz tarixinin daha bir qanlı səhifəsini yad edir. Əslində bu tarixlər ildə bir dəfə xatırlanmamalı, hər gün yaddaşımızda kök salmalıdır, hər gün.
Bu gün 31 mart-Azərbaycanda erməni vəhşiləri tərəfindən qanlı soyqırımın unudulmaz tarixlərindən biridir.
Bu gün yenidən iyrənc maskasını taxıb, dünyaya “biz günahkar deyilik, günah türklərdədir” deyə bağırır daşnak sözçüləri.
Ermənistan və Dağlıq Qarabağda yaşayan sovinist daşnak qırıntıları bəs deyilmiş kimi, xarici ölkələrdə yaşayan ermənilər də hər zamana olduğu kimi bunların səsinə hay verirlər.
“Azərbaycan əsgərinin cəsarəti yoxdu...”
Siz sözə baxın hələ. Bunu kim deyir? Amerikada oturub, Azərbaycan ordusu haqqında proqnoz verən ABŞ ordusunun keçmiş hərbi briqada generalı, erməni əsilli livanlı Seto Malatyan.
Livanda doğulub böyüyən, usağlığından amerikan ve alman filmlərinə baxaraq, zabit olmağa və məhz Livan orudusunda xidmət etməyə qərar verən bu adam NEW.am saytına verdiyi müshaibəsində deyir :
“ Hərbiçi olmaqda əsas iki məqsədim olub:
1. Ona görə ki, Livan ordusunda xidmət edim, hansı ki, bu ölkə mənim xalqıma soyqırım vaxtı çox yardım edib.
2-Peşəkar zabit olaraq erməni xalqına lazım gələn anda yardım edə bilim.”
S. Malatyan jurnalistin “Necə oldu ki, siz ABŞ ordusunda xidmətə başaldınız?” sualına belə cavab verir:
“Mən amerikanlılarla təlim keçəndə bacarığım və fəallığım onların diqqətini çəkdi və mənə Amerika orudsunda xidmət etməyi təklif etdilər. Etiraz etmədim. Çox çətin mərhələlərdən keçərək, nəhayət bu ordunun zabiti ola bildim.Mən pokovnik rütbəsi ilə istefaya çıxıb Ermənistana qayitmaq fikrində idim. 2014-cü ilin may ayında mən Ermənistana getmək üçün dəvətnamə aldım.
Beləcə Yerevana getdim. Mənim generalım Narek Abramyan da gəldi. Biz Yerevanda Ermenistan ordusunda hərbi tədqiqatlar üçün orudya xudmətimizi təklif etmək üçün birləşdik. Lakin Ermənistanda məni yenidən ABŞ-a qayitmağa məcbir etdilər. Səbəb isə mənim general rütbəsini mütləq almağımın vacibliyini göstərdilər. Düzünə qalsa əvvəlcə mənə çox gülünc gəldi. 53 yaşında bundan sonra mən yenidən imtahan verib o rütbəni necə alacaqdım?. Amma, yox bunu etməliydim. ABŞ-a qayidib Ali Baş komndanlığa rütbə üçün müraciət etdim. Və çox çətin imtahanlardan uğurla verərək nəhayət ki, general rütbəsini aldım. Bu mənim millətimə çox lazımdı...”
Daha sonra isə Malatyan Azərbaycan-erməni münaqöşəsiylə bağlı fikrini belə dilə gətirir:
“Bu gün Azərbaycanın yüksək hərbi texnikası olsa da, onu idarə edə biləcək tək-tək əsgəri var. Erməni ordusu isə onlardan qat-qat güclüdür, çünki hərbi bacarığı var və onu da deyim ki, biz öz torpaqlarımızdayiq.
Azərbaycandan fərqli olaraq, hansiki o silahı Rusiyadan alır,(burda deyiblər ha,”adımı sənə qoyum”) bizim özümüzün balistik raketlərimiz var. Biz istədiyimiz anda Azərbaycanın istənilən nöqtəsini darmadağı edə bilərik. Qaldı ki, Azərbaycanda olan silahlara, onların əsgərinin cəsarəti catmaz onlardan istifadə etməyə. Bizim əsgərimiz isə hər zaman hazır vəziyyətdədir. Bizim genişmiqyaslı silahlarımız olmasa da, güclü alimlərimiz var ki, onların köməyi ilə biz Ermənsitanda istənilən silahı istehsal edə bilərik,
Mən Ermənistana və ya Livana qayitmaqımla baqlı səsvermə kecirmisəm Facebbokda. Çoxluq mənim Ermənistana qayıtmağımı istəyir. Alqışlayıram həmin insanları.
Müharibədirsə-yalnız Ermənistan üçün döyüşərəm, ölməkdisə yenə də yalnız Ermənistan üçün ölərəm, Mənim tək hədəfim-erməni ordusunda xidmət etmək, bütün potensialımı bu ordunun güclənməsinə sərf etməkdi..”
Mən bu erməni qırığının müsahibəsindən parçanı əbəs yerə sizlərlə paylaşmadım. Nəzərinizə bunlardakı ruyakarlıqla bərabər, özlərinə qarşı diqqəti, bağlılığı bir daha çatdırmaq istədim.
Bu şərəfsiz də digər özünkülər kimi, yenə yazıq erməni ordusunu güclü ordu kimi təqdim edir, Azərbaycanın güclü ordusunun uğurunu həzm edə bilmir.
“Azərbaycan əsgərinin cəsarəti yoxdu”-sözə baxın bir. Buna deyən gərək ay yazıq, Azərbaycanın tək Mübarizi sizin ananızı ağlatdı. Sizinkilər isə gündə biri qaçıb gəlir Azərbaycana.
Vərəm, müxtəlif xəstəliklər, aclıq görəsən kimin ordusundadır, bizim yoxsa sənin?
Aydın məsələdir ki, hər hansı mnüharibəni aparmaq üçün güclü maddi baza və iqdisadi güc olmalıdır. Şükür ki, bütün bunlara sahib olan bizik- Azərbaycan Ordusu
Aclıq, səfalət, “dedavşina”, özbaşınalıq, hərbi nizamnamənin pozulması və digər rəzalət baş alıb gedir.
Bəs Ermənistan Ordusunda vəziyyət nə yerdədir?
Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə gətirib. İşğalçı ölkənin zəbt edilmiş Azerbaycan ərazilərində olan hərbi birləşmələrində son vaxtlar daha ciddi problemler yaranmağa başlayıb. Bu gün Ermənistan ordusu çökmək üzrədir...
Artıq analar da övladlarının hərbi xidmətə getmələrinin əleyhinə kampaniyalara başlayıbıar.
Bu günlərdə ANPress də yayınlanan bir xəbərdə belə bir cümlə oxudum:
“..Erməni nazir Azərbaycan tərəfə keçmiş əsgərin valideynləri barədə təhqiramiz sözlər işlətmişdi. “Əsgərlər onun ailəsinin arasında münasibət pis olub. Onun əməlinin səbəblərini ailəsində axtarmaq lazımdır”,- deyə Ohanyan vurğulayıb.
Əsgər anaları bu sözlərə qəzəblə cavab veriblər. Oğlu həlak olmuş İrina Qazaryan bunu Ermənistan Müdafiə Nazirliyinin iş üslubu sayır: “Əsgərləri zorlayanda, deyirlər, ailəsi günahkardır. Öldürəndə, deyirlər ki, tərbiyəsiz imiş. Əsgər Azərbaycan tərəfə keçəndə deyirlər ki, günah ailəsindədir.”
Tarix boyu başqa güclərin əliylə türk millətinə qarşı soyqırımlar törədən bu əclaflar bir şeyi unudublar-Türk heç vaxt başqasının əlində oyuncaq olmayıb. Türkdən başqa qüvvələr istədikləri kimi istifadə edə bilməyiblər. Eləcə də bu gün, Azəbaycan özü güclü, yüksək hərbi potensiala malik bir ölkə olaraq öz imzasını dünya miqyasında qoyur, və müstəqil dövlət olaraq qərar verir.
Sonda isə S, Malatyana bir sualım var:” Yalançı qəhrəman, bu günün 31 martın, Xocalının başına gəirilən ən ağır faciənin səbəbkarlarını harda axtarmalıyıq hə, bu cinayətin cəzasını sizdən başqa kimin ayağına yazmalıyıq???
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: